" Ayrildiq Ilahi ayrildiq nece "
Fayiq
10 Okt 2013 / 23:50
Oturub hər zaman xəyal qurardıq
Yarpa tək bar verib,sonra solardıq
Sevgidən alıŞıb,sonra yanardıq
Ayrıldıq ilahi,ayrıldıq necə
Gözlərim hər zaman sənsiz sızlayır
Kədər də,ayrılıq günümü sayır
Gözlərim hər zaman səni arayır
Ayrıldıq ilahi,ayrıldıq necə
Talehin yolunu nə bilmək olur
Yazılan bu yazı,bir gün cin olur
Mənim də bu sevgim ayrılıq olur
Ayrıldıq ilahi,ayrıldıq necə
Ulduz tək parladım,yağıŞ tək yağdım
Bulud tək sızladım,ŞimŞək tək çaxdım
O gözəl sevgimə ayrılıq qatdım
Ayrıldıq ilahi,ayrıldıq necə
SirdaŞım sən oldun,yarım sən oldun
Kədər tək bir zaman gözümdə doldun
Qəlbimin acısi,kədəri oldun
Ayrıldıq ilahi,ayrıldıq necə
Nə edim dərdimin carəsi yoxdur
İlahi yardım et,onu unutdur
Bitirdim Şerimi,axır söz budur
"Ayrıldıq ilahi,ayrıldıq necə"
[cavab]
Bölmeye qayıt