" GETDI "

pol Fayiq 10 Okt 2013 / 23:37
Nəfəs də yox ümid də həyat da olmaz artıq,
Daha da inanmaram quru həvəsdi, getdi,
Varlığına inandım yeri də dolmaz artıq,
Bəlkə də bir ümiddi, bəlkə nəfəsdi, getdi.

Səbəbini bilmədim, izlərini izlədim,
Ruhum ağlayar deyə, xəyalımı gizlədim,
Mən tanrıdan tufanlar, qasırğalar istədim,
Xəyalların içindən təkcə yel əsdi, getdi.

Demək ki, hər gedənin bir qalanı var imiş,
Yaşla baxan gözlərin min yalanı var imiş,
Sevgi qatarının da öz zamanı var imiş,
Yubandığımdan deyil, qatar tələsdi, getdi.

[cavab]

pol Golf 10 Okt 2013 / 23:39
Qeweydi

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1602 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az