Yetim usaq :/
Golf
8 Okt 2013 / 21:18
İlin ən şaxtalı,soyuq çağında,
Sən qızınan vaxtı öz otağında,
Bir yetim dayanıb,
Ürəyində qəm,
Üzündə acılar yol qırağında.
Gözünün yaşını şaxta buz edib
Donub təbəssümü al
dodağında.
Titrəyir,
Dişləri dişinə dəyir.
Onun vüqarını,onun qəddini
Hardasa bir yetim taleyi əyir.
Bu soyuq havada çörək dilənir
Baxıb acı-acı yetim dediyin.
Yadına düşmür ki,hər gün
yediyin
Bir parça çörəyi,
Bir dəfə onunla yarı böləsən...
Yox....Yetim uşağın nə çəkdiyini
Sən hardan biləsən,
Necə biləsən?!
Bir dünya qəmini kiçik ürəkdə
Əzab-əziyyətlə daşıyan uşaq.
Soyuq gecələrdə,boranda,qarda
Tənha küçələrdə yaşayan uşaq.
Sənə bəlli deyil onun ağrısı,
Ondan uzaq olub bir ömür boyu
Ata nəvazişi,
Ana qayğısı...
İti bıçaq kimi sərt əsən külək
Kəsir əllərini bir daşın üstə.
Yetim pul dilənir,
Pul verən hanı?!
Donur gözlərində yaş yaşın
üstə.
Ümidi üzülür,səbri tükənir,
Qəlbində arzusu,diləyi donur.
Onun bu şaxtadan əlləri deyil,
Laqeydlikdən ürəyi donur.
Onsuz bu yazını silən deyilsən
Gozünün yaşını bəlkə siləsən...
Yox...yetim uşağın nə çəkdiyini
Sən hardan biləsən,
Necə biləsən?!.
[cavab]
Elikram
8 Okt 2013 / 21:21
Golf, cox tesirlidir. twk. ALLAH hec kimi yetim qoymasin. amin
[cavab]
Sevsen
8 Okt 2013 / 21:21
Golf,
xanim neyaxwiki varsan mesaj qutunu ac zehmet olmasa ayla mesaj yazmaq istir
[cavab]
1ce2miz3un
8 Okt 2013 / 21:28
Golf, sagolun xanim Allah hec kimi ana atasiz qoymasin AMIN! cox tesirlidi yazan eliniz var olsun bir sozle
di.twk-ler 
red. 1ce2miz3un (08.10 /21:29)
[cavab]
anominka
8 Okt 2013 / 21:32
hemiweki kimi......en yarali yerim...neyse be....................
[cavab]
1ce2miz3un
8 Okt 2013 / 21:35
anominka,xanim ne olubki?bilmek olar 
red. 1ce2miz3un (08.10 /21:35)
[cavab]
AwKimiN*AwKiyiM
8 Okt 2013 / 21:35
heqiqeten agladim
yazan ellerin var olsun
[cavab]
Golf
8 Okt 2013 / 21:36
Haminiza twk'ler..Amin.
[cavab]
1ce2miz3un
8 Okt 2013 / 21:38
Golf, deymez xanim
red. 1ce2miz3un (08.10 /21:39)
[cavab]
ErRoR_KraLichA
8 Okt 2013 / 21:59
twk baci
[cavab]
Bölmeye qayıt
0.1267 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az