" SENI DUSUNUREM "

pol Fayiq 8 Okt 2013 / 15:56
Gecədir sükuta qərq olub aləm,
Mənsə yatmamışam oyağam hələ.
Səni düşünürəm, səni anıram
Bir əldə kağızdır, bir əldə qələm.

Bu axşam düşmüsən yadıma yaman
Xəyalın gözümün qabağındadır.
Sanki sən getdiyin o, andan bəri
Gözlərim yolunun sorağındadır.

Düşünüb, anıram səni hər zaman
Düşür xatirələr yadıma mənim.
Yalnız xatirələr yetməyir mənə
Çatmayır onlarda dadıma mənim.

Səni düşünərək bir günüdə mən
Ötürdüm beləcə ömür payımdan.
Mən hələ oyağam səni bilmirəm
Bəlkədə yatmısan sən yatağında

[cavab]

pol SoN_BaHaR 8 Okt 2013 / 16:00
cox qeweng

[cavab]

pol Xedice 8 Okt 2013 / 16:02

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1429 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az