"Faiq"
Fayiq
7 Okt 2013 / 02:02
Bir gün xatırlasan məni, burax axsın gözyaşların....
Hər kəsdən saxladığın o gözyaşların, mənim üçün
ağladığını eşitdirsin hər kəsə. Hıçqırıqların
eşidilməsin deyə yastığa basdır yüzünü.
Ağlamaqdan qurusun gözlərin. Baxa bilməsinlər
kimsəyə, mənə baxdığın kimi. Elə çox darıx ki məni,
darıxmaqmı ölməkmi desələr ölməyi seç.
Öləcək qədər çox darıx mənim üçün. Özünü
öldürəcək qədər çox darıx. O qədər çox darıx ki, hiss
edə bilim səni. Məni darıxdığını anlayıb gülümsəyə
bilim bir dəfəliyinə. Üşü külək iliklərinə işləsin. O
qədər üşü ki, bədənin istiliyimi istəsin. Əllərin
çatlasın soyuqdan. Əllərin, əllərimi istəsin.
Gözündən yaş gətirsin soyuq. Günəş belə isdə
bilməsin səni. Hara baxsan bax, həmişə məni gör.
Hər şeydə, məndən bir parça tap özünə. İtir özünü. İt
məndə. Qoxumu unut sonra. Qoxumu unutdun
deyə, dəliyə dön. Hər kəsdə mənim qoxumu axtar,
amma əsla tapa bilmə. O çox sevdiyin Gözlərim
gəlsin ağılına sonra. Bir az daha yansın canın o
zaman. Peşman ol. Peşmanlıqdan yaşamağı unut.
Nəfəs almaqdan imtina et.
Mənsiz nəfəs almaqdansa, ölməyi seçəcək qədər çox
sev məni. Aldığın hər nəfəsdə, ölməyi diləyəcək
qədər peşman ol getdiyinə. Geri dönmə heç bir
zaman. Kimsəni sevə bilmə. Kimsənin səni
sevməsinə icazə vermə.
Səndə qalan son parçalarım itməsin deyə toxuna
bilmə kimsəyə. Başqalarının bədəni, atəş olsun
sənə. Yandırsın barmaqlarını. Mənim səndən
başqasını sevmə ehtimalım, o qədər çox ağrıtsın ki
canını, məni sevə biləcək hər kəsə düşmən ol. Nifrət
et insanlardan. Məndə qalan bədənini, qoxunu
başqaları götürüb aparsın. Sənin toxunmağın,
başqalarının olsun. Ağrısın canın.
Kim mənə toxunsa, incə bir sızı batsın ürəyinə. Heç
keçməsin amma. Və bir gün, dənizə at özünü. Yanan
canına ancaq o böyük sular yaxşı gəlsin. Duzlu su
ciyərlərini yandırsın. Nə ağrını nə də sevgini hiss
eləmə. Özündə boğul.
Nə çox şey itirdiyini anlayıb öl sevimli. Öl.
Mənsiz xoşbəxt olmaqdansa, öl daha yaxşı. Yoxsa
məni öldürərsən...
[cavab]
Elikram
7 Okt 2013 / 02:09
cox gozel
[cavab]
(=AyaN=)
7 Okt 2013 / 02:17
(bu qeder qeddar olmag lazim deyil:)
[cavab]
Golf
7 Okt 2013 / 03:24
Menalidi..
[cavab]
FROMIDOM
7 Okt 2013 / 04:35
SALAM, NİK ALIRAM. NİK BAN !
OLSADA ALIRAM. , INBOXA YAZIN
[cavab]
Bölmeye qayıt
0.1647 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az