..::Uca Allah::..

pol aze 5 Okt 2013 / 21:38
Həm bu nemətləri mənə göndərmisən, həm də xərcini şeytana ödətmisən...

Allaha daim şükür edən yaşlı qadın var idi.

Hər səhər qapısının ağzına çıxar və uca səslə: “Allahım, bizə verdiyin hər şey üçün sənə şükürlər olsun!” – deyərdi. Hər dəfə də Allahın varlığını qəbul etməyən yan qonşusunun səsi eşidilərdi: “Allah yoxdur, Allah yoxdur!”. Yaşlı qadın bundan nə qədər incisə də, sözündən dönməzdi. Ertəsi gün yenə qapısının ağzına çıxar, dua edər, sonra evinə qayıdardı. Qonşusu da inadla var gücü ilə “Allah yoxdur, Allah yoxdur!” – deyib acıq verməyə çalışardı.
Bir axşam qonşusu yaşlı qadına “tələ qurmağı” qərara alır. Dükana gedib meyvə, tərəvəz, çörək alır. Doldurduğu torbaları yaşlı qadının qapısının ağzına qoyur. Qadın qapını açıb torbaları görür. Əvvəlcə təəccüblənir, sonra əllərini Allaha açıb sevinclə “Sənə şükürlər olsun, Allahım. Göndərdiyin bu nemətlər üçün sənə şükürlər olsun!” – deyir. Bu vaxt ağacın arxasından ona tamaşa edən qonşusu səslənir: “Allah yoxdur, qadın, Allah yoxdur! O gördüyün şeyləri də sənə mən aldım!”.

Yaşlı qadın heç halını pozmadan deyir: “Uca Allahım! Sənə nə qədər şükür etsəm, yenə azdır. Həm bu nemətləri mənə göndərmisən, həm də xərcini şeytana ödətmisən”...

[cavab]

pol tutu 5 Okt 2013 / 21:59
superdi..

[cavab]

pol aze 5 Okt 2013 / 22:00
tutu, Allah razi olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2143 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az