..::İmam Zaman ağanın (ə.f.)::..

pol aze 5 Okt 2013 / 20:56
İmam Zaman ağanın (ə.f.) şəfa verdiyi insanın xatirələri

Seyyid Əbulhəsən Məhdəvi nəql edir: “Hillə şəhərinin ətrafında İsmayil ibni İsa ibni Həsən Hərqəli adlı bir şəxs yaşayırdı. O, vəfat edir və övladı Şəmsələddin bu hekayəni nəql etmişdir.
İsmayil Hərqəli cavan olan zaman sol ayağından bir çiban çıxardır. Bahar fəslində partlayır və ondan çirk çıxardı. Onu işdən və ibadətdən saxlayardı. Onun İmam Zaman ağa (ə.f) tərəfindən şəfa tapmasını Fazil Əli İbni İsa Ərbəli “Kəşful ğəmə” kitabında nəql etmişdir. Bir il bu nahahatlığı daha çox olur. Hərqəldən Hilləyə gəlir. Seyyid ibni Tavusun xidmətinə gedir. Öz xəstəliyindən ona danışır. O da Hillədə olan cərrahları toplayır və bir iclas keçirir. Onlar bu çibanı görən zaman dedilər ki, əgər onu əməliyyat etsək, İsmayil öləcəkdir. Biz onu əməliyyat etməyə cürət etmirik. İbni Tavus ona deyir ki, tez bir zamanda Bağdada getməliyəm. Əgər istəyirsənsə, sən də bizimlə bir yerdə gəl. Qoy oranın həkimləri də səni görsünlər, bəlkə əlac etdilər.
İsmayil da onun dediyi kimi edir. Bağdad həkimləri də şura təşkil edir və bu qənaətə gəlirlər ki, Hillə həkimlərinin dedikləri doğrudur və onlar da bu çibanı əməliyyat edə bilməzlər. İbni Tavus İsmayilə deyir: “Allah Təala sənin namazını bu nəcasətlə qəbul edir. Əgər bu ağrıya dözərsənsə, Allah sənə əcr verər. Məsum İmamlara (ə) və İmam Zaman ağaya (ə.f) təvəssül et. Sənə şəfa inayət etsin”. İsmayil deyir: “Əgər bu cürdürsə, mən də Samirraya gedirəm. Məsum İmamlara (ə) pənah aparıram. Xəstəliyimin şəfasını Həzrət Hüccətdən (ə.f.) istəyəcəyəm”.
O, nəlq edir: “Səfər əşyalarımı topladım və əvvəl Həzrət İmam Hadini (ə) və sonra da Həzrət Əsgərini (ə) ziyarət etdim. Sonra İmam Zamanın (ə.f.) məqamına getdim və gecəni orada keçirtdim. Çoxlu ağladım və Həzrət Hüccətə (ə.f.) dua etdim. Səhər Dəcləyə tərəf getdim. Paltarımı və özümü bu suda yudum. Qüsl etdim və hələ də yaş olan paltarlarımı geyindim. Ümid etdim ki, yolda quruyacaqdır. Əsgəreyn (ə) hərəminə tərəf yollandım. Ancaq hələ şəhərin kənarında idim ki, mənə tərəf dörd atlı gəlməyə başladı. Gözüm onlara dəyəndə başa düşdüm ki, seyyidlərdəndirlər. Çünki onların bir çoxu Samirra şəhərinin ətrafında yaşayırdı. Mən kənara çəkildim ki, onlar keçib getsinlər. Ancaq mənə çatanda gördüm ki, onlardan iki cavanın yanında qılınc vardır. Bu cavanlardan birinin saqqal yeri təzə tərləyirdi... Üçüncüsü bir qoca idi və təmiz bir insana bənzəyirdi. Dördüncü kişi çox heybətli bir adam idi və əlində nizəsi var idi. Bu kişi ilə həmin qoca kişi nizələrini aşağı salaraq, mənə salam verdilər. Mən cavab verdim və həmin kişi mənə dedi: “Sabah buradan gedirsən?” Mən fikirləşdim ki, hələ təzə qüsl almışam və paltarım yaşdır. Bu insanlar da nəcasətdən çəkinə bilərlər. Elə bunları fikirləşirdim ki, həmin heybətli kişi mənə yaxınlaşdı və məni özünə tərəf çəkdi. Sonra çibanın üstündən elə basdı ki, möhkəm ağrı verdi. Yenidən qayıdıb atına mindi. Yanındakı qoca kişi mənə dedi: “Ey İsmayil! Xilas oldun. Bu çibandan nicat tapdın”. Mən onları hələ tanımırdım və ona görə fikirləşdim ki, mənə görə dua edirlər və mən də dedim: “Siz də xilas olun”. Sonra qoca kişi mənə dedi: “Bu, İmam Zaman ağadır (ə)”. İmam! Mən bu sözləri eşidən kimi qaçıb İmamın (ə.f.) ayaqlarından öpməyə başladım. İmam (ə.f.) aram hərəkət edirdi və mən də onun yanında gedirdim.
Mənə buyurdu: “Qayıt”. Mən dedim: “Mən sizdən ayrılmayacağam”. İmam (ə.f.) yenə dedi: “Qayıt, məsləhətdir ki, qayıdasan”. Mən yenə dedim ki, sizdən ayrılmayacağam. Qoca kişi üzünü mənə tutub dedi: “Ey İsmayil! Heç utanmırsan, İmam sənə iki dəfə qayıtmağını əmr etdi, ancaq sən itaət etmədin”. Mən dayandım və onlar bir neçə addım məndən uzaqlaşdılar.
İmam (ə.f.) dayandı və üzünü mənə tutub dedi: “Bağdada çatanda Abbasi xəlifəsi səni çağıracaqdır. Sənə bəxşiş verəcəkdir, onu qəbul etmə. Oğlum Rzaya de ki, Əli ibni Əvəzə məktub yazsın və mən sifariş edirəm ki, nə istəyirsənsə sənə versin”. Mən Həzrətin (ə.f.) sözlərinə qulaq asırdım. O, bu sözləri deyib uzaqlaşdı və mən gözdən itənə qədər onların ardınca baxdım. Qəm-qüssədən Samirraya tərəf gedə bilmirdim. Elə orada əyləşib bir xeyli ağladım. O Həzrətdən (ə.f.) ayrıldığım üçün ağlayırdım. Sonra hərəkət etdim və Samirraya çatdım. Şəhər camaatı məni görəndə soruşdular ki, niyə bu gündəsən? Kiminləsə dava etmisən? Dedim: Yox. Dedilər: Çətinliyin var? Dedim ki, buradan keçən dörd atlı kimlər idilər? Dedilər: Yəqin ki, bu yerin seyyidlərindəndirlər. Mən dedim: Yox. Onlardan biri Həzrət Zaman (ə.f.) idi. Soruşdular: Yaranı ona göstərdin? Dedim: Bəli, o, özü yaramı basdı. Bu zaman ayağımdakı yaranı xatırladım. Onlar ayağımı açdılar və orada heç bir yara yox idi. Mən özüm də təəccüb etdim və şəkkə düşdüm. Dedim yəqin ki, o biri ayağımdadır. Ancaq o biri ayağımda da yara yox idi. Hamı paltarımı cırmağa başladı və bir neçə adam məni xilas etməsəydi, onların ayaqları altında qalardım.

[cavab]

pol aze 5 Okt 2013 / 20:57
Beynil Nəhreynin valisi bu macəradan xəbər tutdu və bu məsələni Bağdada xəbər edəcəyini söylədi. Gecəni orada qaldım və səhər dostlarımın müşayiəti altında Bağdada tərəf hərəkət etdim. Sabahısı günü Bağdada çatdıq və şəhər körpüsünün üzərində cəmiyyət toplaşmışdı.
Yoldan gələn hər kəsi sorgu-sual edir və adını soruşurdular. Mənim adımı eşidən zaman üstümə hücum etdilər. Təzə geyindiyim paltarlarımı parçaladılar. Ancaq Seyyid Razəddin gəlib məni onların əlindən xilas etdi. İbni Tavus məni gördü və atdan düşüb yarama baxdı. Çünki yaranı əvvəl də görmüşdü. Ancaq heç bir yara tapa bilmədi. Çoxlu ağladı və özündən getdi. Özünə gələndə mənə dedi: “Vəzir sən gəlməmişdən qabaq səni istəmişdi və demişdi ki, Samiradan Allahın Vəliyyi-Əsr (ə) vasitəsilıə şəfa verdiyi adam gələcəkdir. Sizinlə tanışdır və gələn kimi mənə xəbər edin. Məni vəzirin yanına apardı. Ona dedi: “Bu kişi mənim dostlarımdan və qardaşlarımdandır”. Vəzir üzünü mənə çevirib dedi: “Əhvalatını mənə nəql et”. Mən olanları ona danışdım. O, məni müayinə edən həkimləri çağırdı və soruşdu ki, siz bu kişini müayinə etmisiniz? Dedilər: “Bəli, ancaq əlacı yox idi”. Vəzir dedi: “Misal üçün, əməliyyat olsaydı və yaxşı olmaq üçün nə qədər müddət lazım idi?” Dedilər: “Ən azı iki ay”. Ancaq yaranın yeri ağ idi və üzərindəki tüklər də dururdu. Vəzir soruşdu: “Siz neçə gün əvvəl bu yaranı görmüşdünüz?” Dedilər: “On gün əvvəl”. Vəzir ayağımı onlara göstərdi və onlar çox təəccüb etdilər. Onlardan biri xristian idi və dedi: “Allaha and olsun ki, bu, Həzrət İsanın (ə) möcüzəsidir”.
Nəhayət bu məsələ xəlifənin qulağına çatdı. Xəlifə məni yanına çağırdı və əhvalatı danışmağımı istədi. Bu əhvalatdan o qədər təsirləndi ki, əmr etdi mənə 1000 dinar qızıl gətirsinlər. Dedi: “Bunu özün üçün xərclə”. Mən dedim: “Onu qəbul etmirəm”. Xəlifə soruşdu: “Kimdən qorxursan?” Dedim: “Mənə şəfa verəndən. O Həzrət mənə əmr etmişdi ki, sizdən heç nə götürməyim”. Xəlifə bu sözləri eşidən zaman ağlamağa başladı.
Bəli, İsmayil Hərqəli ömrünün axırına qədər İmamla (ə.f.) yenidən görüşməyi arzuladı və tez-tez Samira şəhərinə gedərdi. Elə bu arzu ilə dünyasını dəyişdi”.

[cavab]

pol O(e)GELECEK 5 Okt 2013 / 21:15
imam kazim eleyhissalam buyurub BI EBI ENYER EN NUCUM BAQIEM BERAKIEM atam sene quraan ey oglum qayim imamiz Zeman senki gece vaxtinda ulduzlara cobancilig eliyeceysen hem ruku halinda hem sucud halinda. coban nece surusune cobanlig eder bizede imam zaman aga cobancilig eliycey biz gunahkarlar surisine

[cavab]

pol aze 5 Okt 2013 / 21:17
O(e)GELECEK, Allah razi olsun

[cavab]

pol O(e)GELECEK 5 Okt 2013 / 22:47
bahem inwallah

[cavab]

pol aze 6 Okt 2013 / 15:46
O(e)GELECEK, Amin

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2108 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az