..::Ölüyə Quran Oxumaq::..

pol aze 4 Okt 2013 / 16:31
Ölüyə Quran, Xüsusiylə də Yasin Oxumaq Olarmı?

Əziz oxucular biz çox çalışdıq ki, bu barədə olan hədislərin hamısını sizə təqdim edək amma mümkün olmadı. Çünki bu barədə hədis o qədər çoxdur ki, burda yazmaq mümkün deyil. Hər halda bu qədər də bəs edər. Gördüyünüz kimi Allahın peyğəmbəri və bizə islam dinini gətirən kəs necə lazımdır ətraflı şəkild məsələni açıqlamışdır. Hədislərə diqqət yetirsək bunu əldə edərik ki, doğrudanda ölülər sonradan göndərilən hədiyyələrdən bəhrələnirlər və hətta özlərinində bəzi əməllərinin savabı onlara çatır. Deməli biz atıq birinci suala cavab vermiş olduq. Yəni artıq sübuta yetdi ki, ölülərə savab çatır. Onlar bu düyadan göndərilən savablardan bəhrələnirlər.
İndi isə keçirik ikinci suala.
Sual budur ki, ümumiyyətlə ölüyə Quran oxumaq nə deməkdir? Axı Allah Taala Quranda buyurur ki, bu kitab hidayət kitabıdır və insanları yəni, diri insanları hidayət etmək üçün göndərilmişdir. Bəs belədirsə onda Həzrəti Musanın (ə) Fironla başına gəldiklərini ölüyə oxumağın nə mənası və faydası vardır? Yaxud günah etməyin və Allahdan qorxun kimi ayələri ölüyə oxumağın nə faydası vardır?
Əvvəla deməliyik ki:
Ölüyə Quran oxumaqda məqsəd budur ki, Allah Taala Quran oxumaq üçün müəyyən etdiyi savabı ölülərə hədiyyə edək. Bunun da heç bir eybi yoxdur. Bundan da əlavə hətta hədislərdə açıq-aydın şəkildə vardır ki, ölülərinizə Quran oxuyub savabını hədiyyə verin. Aşağıda bu hədisləridə gözdən keçirəcəyik. Aydın məsələdir ki, Quran oxumaq özü gözəl bir əməldir və Allah Taala onu oxuyana çoxlu savab vermişdir. Bu məsələ barəsində də olan hədislərə işarə etsək pis olmaz. Əvvəl quran oxumağın savabı barədə olan hədisləri qeyd edirik.

Quran oxumağın savabı.
Peyğəmbər (s) buyurmuşdur: "Öz evlərinizi Quran oxumaqla nurlu edin. Evdə Quran tilavəti (oxumaq) çox olarsa onun xeyir-bərəkəti də çox olar." (Usuli-Kafi,c,2,s,446.)
Yenə də buyurmuşdur: "Oxumadan Quranın xətdinə baxmaq ibadətdir." (Mənlayəhzuruhul-Fəqih,c,1,s,73.)
O həzrət yenədə buyurmuşdur: "Hər kəs gecə 10 ayə oxuyarsa, qafillərdən sayılmaz. Hər kəs 50 ayə oxuyarsa Allahı zikr edənlərdən sayılar. Hər kəs 100 ayə oxuyarsa ibadət edib qunut tutanlardan sayılar. Hərkəs 200 ayə oxuyara, xuşu edənlərdən sayılar. Hər kəs 300 ayə oxuyarsa nicat tapanlardan sayılar. Hər kəs 500 ayə oxuyarsa Allah yolunda zəhmət çəkənlərdən sayılar." (Usuli-Kafi,c,2,s,448.)
Həmçinin peyğəmbər (s) buyurmuşdur: "Ən üstün ibadət Quran oxumaqdır." (Məcməul-Bəyan,c,1,s,15.)
Peyğəmbər (s) Salmana buyurdu: "Ey Salman sənə Quran oxumağı tövsiyə edirəm ki, o günahların kəffarəsi və cəhənnəm odundan qorunmaq, onun əzabından amanda qalmaq deməkdir. Hər kəs Quran oxuyarsa hər bir ayəsinə bir şəhidin savabı verilər. Və hər bir surəni oxuduğuna görə bir mürsəl peyğəmbərin savabına nail olar və onun sahibinə rəhmət nazil olar, Mələklər ona istiğfar edərlər, behişt ona aşiq olar, ağası da ondan razı qalar. Mömin Quran oxuduğu zaman Allah ona rəhmət nəzərilə baxar və hər hərfə görə sirat körpüsündə ona bir nur verər. Ey Salman! Mömin Quran oxuduğu zaman Allah rəhmət qapıların onun üzünə açar və ağzından çıxan hər hərfə görə Allah Taala bir mələk yaradar qiyamət gününə qədər onun üçün təsbih edər." (Müstədrəkul-Vəsail,c1,s,292.)

[cavab]

pol aze 4 Okt 2013 / 16:31
İmam Hüseyn (ə) buyurmuşdur: "Hər kəs Qurana qulaq asarsa Allah Taala hər bir hərfə görə onun üçün bir savab verər." (Usuli-Kafi,c,2,s,447.)
Peyğəmbər (s) buyurmuşdur: "Hər kəs övladına Quran oxumağı öyrədərsə elə bil ki:
10000 dəfə Həccə getmişdir.
10000 nəfər qul azad etmişdir.
10000 dəfə Allah yolunda müharibə etmişdir.
10000 ac müsəlmanı yedirtmişdir.
10000 çılpaq müsəlmana libas geyindirmişdir.
və oxuduğu hər bir hərfə görə: 10 savab yazılar, 10 günahı bağışlanar, əməl tərəzisi ağırlıq edər və sirat körpüsündən ildırım kimi keçər. (Müstədrəkul-Vəsail,c1,s,290.)
İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs oxumadan bir hərf Qurandan eşidərsə onun üçün bir savab yazılar və bir günah bağışlanar... Hər kəs bir hərf öyrənərsə Allah Taala onun üçün 10 savab yazar və 10 günahı bağışlayar.
Peyğəmbər (s) buyurmuşdur: "Müəllim şagirdə belə deyən zaman: De Bismillahir-rəhmanir-rəhim. Və Şagird də Bismillahir-rəhmanir-rəhim deyəndə, Allah Taala cəhənnəmdən bir amannamə (cəhənnəmdən xilas olmaq zəmanətnaməsi) şagirdə, birini onun atasına və birini də onun müəlliminə yazar."
İndiki Quran oxumağın bu qədər savabı var deməli biz yuxarıda ölüyə hədiyyə vermək barədə olan hədislərə əsaslanaraq bu savabı onlara hədiyyə edə bilərik. Necə ki, yuxarıda dəfələrlə qeyd edildi ki, məsumlar buyurlar ki, ölülərə göndərdiyiniz hədiyyələr onlara çatır və onlar bu hədiyyələrə görə sevinirlər. Bəs ölüyə Quran oxumaq o demək deyil ki, biz Quranda gəlmiş hansısa peyğəmbərlərin əhvalatını onlara oxuyuruq yaxud onlara Allahdan qorx ayələrini, namaz qılın ayələrini oxuyuruq. Biz Quranı oxuyub Allah Taalanın bu iş üçün müəyyən etdiyi savabı onlara hədiyyə edirik. Ölüyə Quran oxumaq bu deməkdir. Ölüyə Quran oxuyub savabını onlara hədiyyə vermək barədə olan hədisləri bir-bir qeyd edirik.
Quran oxuyub savabını ölüyə bağışlamaq barədə olan hədislər.
1-İmam Sadiq (ə) buyurmuşdur: "Ölünü qəbirə qoyduqdan sonra sağ tərəfi üstə uzadın və sonra isə həmd, ixlas, nas, fələq və Ayətəl kürsini oxuyun və sonra isə dua edin." (Bihar,c, 79, s, 54.)
2-Peyğəmbər (s) buyurmuşdur: "Hər kəs qəbirstanlığın yanından keçərkən 11 dəfə ixlas surəsini oxuyub savabını ölülərə bağışlayarsa o ölülərin sayı qədər ona savab verilər."
3-Başqa bir hədisdə Müfəzzəl belə nəql edir: "Hər kəs bir möminin qəbrinin yanında qədr surəsini 7 dəfə oxuyarsa, Allah Taala bir mələk göndərər o qəbirin yanında ibadətə məşğul olar və onun ibadətinin savabı o ölənə verilər. Qiyamətdə isə qəbirdən qalxan zaman bütün qorxuları çəkilər, o mələyin vasitəsilə və sevinc içində olduğu halda cənnətə daxil olar."
4-Peyğəmbərin səhabəsi olan Əbdullah ibni Məsud belə nəql etmişdir: "İnsan əlini qəbirə qoyub ey Allahım bunu bağışla deyib, Fatihə və 11 dəfə ixlas surəsini oxuyarkən, Allah Taala o ölünün qəbrini nurla doldurar. Qəbrini genişləndirər. Bu əməli edən də evinə qayıdanda artıq o əməlinə görə günahları bağışlanmış olar." (Müstədrəkul-Vəasil, c, 2, 484.)
5-Başqa bir hədisdə peyğəmbər (s) buyurmuşdur: "Hər kəs qəbristanlığa gedərkən Yasin surəsini oxuyarsa, Allah Taala qəbr əhlinin əzabını azaldar və ölülərin sayı qədər Yasini oxuyana savab verilər." (Bihar, c, 99, s, 302.)
6-Həmçinin İmam Rza (ə) buyurmuşdur: "Hər kəs mömin qardaşının qəbrini ziyarət edərsə və əlini onun qəbrinin üstünə qoyub 7 dəfə, qədr surəsini oxuyarsa qiyamət gününün qorxusundan amanda qalar." (Bihar, c, 99, s, 296.)
7-Başqa bir hədisdə peyğəmbər (s) buyurmuşdur: "Mömin bir insan Ayətəl-kürsini oxuyub savabını ölülərə hədiyyə edərsə, Allah Taala onun hədiyyəsini bütün ölülərin qəbirlərinə çatdırar. Allah Taala onu oxuyan üçün oxuduğunun hər bir hərfinin müqabilində bir mələk xəlq edər ki, qiyamətə qədər onun üçün təsbih edərlər."
8-Həmçinin buyurmuşdur: "Hər kəs qəbristanlıqda Allahın kitabının ayələrindən birini oxuyarsa Allah Taala ona 70 peyğəmbərin savabını yazar və hər kəs qəbir əhlinə rəhm edərsə cəhənnəm odundan nicat tapar və sevinc içində olduğu halda cənnətə daxil olar." (Bihar, c, 99, s, 302)
9-Həmçinin buyurmuşdur: "Hər kəs valideyninin qəbirlərini ziyarət edib Yasin surəsini oxuyarsa, Allah Taala onun hər hərfinin müqabilində günahlarından bağışlar."
10-Başqa bir hədisdə buyurmuşdur ki, elə bir ölü yoxdur ki, onun yanında Yasin surəsi oxunsun və onun əzabından yüngülləşməsin. (Bihar, c, 99, s, 302)

[cavab]

pol aze 4 Okt 2013 / 16:32
Sünni qardaşların mənbələrində olan hədislər:
Məhəmməd Həqqi həzrətləri ''Sirlər Xəzinəsi'' kitabında (''Hazinətül-Esrar'' tərcüməsi Türk dilində səh.578) Tirmiz Mekat ibn Yaşardan nəql edir ki, (1038-ci hədis) Peyğəmbər (s) buyurub: ''Yasin'' surəsi Quranın qəlbidir. Axirət yurdunu diləyərək bunu oxuyan insan mütləq bağışlanar. O halda bu surəni ölüləriniz üzərində də oxuyun.'' ''İslami həqiqətlər'' kitabında Əhməd Salman (360-cı səhifə, türk dilində) Buxari ibni Ömərdən, Təbəri Əbu Hüreyradan nəql edir ki, (1040-cı hədis) Peyğəmbər(s) buyurub: ''Gecə sırf Allah rizası üçün ''Yasin'' surəsini oxuyan kimsənin günahları bağışlanar. O halda bu surəni ölülərinizə də oxuyun.''
Bunlardan əlavə Əbu Bəkirdən və ibni Abbasdan rəvayət edilmişdir ki, (''Ruhil-bəyan'' təfsiri ''Dörd səhih hədis'' kitabı Əbu Hüreyradan, 1044-1066-cı hədis) Peyğəmbəri Əkrəm buyurub: ''Qəbristanlığa girib ''Yasin'' surəsini kim oxuyarsa, mütləq o gün üçün o qəbirdəkilər həfiflənmiş olarlar. Oxuyana da oradakı ölülər sayısınca savab verilər.'' Əhli-sünnə alimlərinin topladığı hədislərdən aydın olur ki, ölüyə ''Yasin'' surəsini oxuyarkən həm ölünün ruhu şad olur, həm də oxuyan kimsəyə savab yazılır.
Son söz
Bütün bu hədislər ölüyə Quran oxumağın əvvəl düzgün bir əməl olduğunu və sonrada nə qədər gözəl bir iş olduğunu göstərir.
Vəssəlamu əla mən ittəbəl-huda.

[cavab]

pol _Huysuz_ 4 Okt 2013 / 18:07
Qesengdi)

[cavab]

pol (=AyaN=) 4 Okt 2013 / 18:11
Allah razi olsun

[cavab]

pol aze 5 Okt 2013 / 20:16
Golf, guya?:)

[cavab]

pol aze 5 Okt 2013 / 20:16
(=AyaN=), sizdende

[cavab]

pol @ibrahim@ 5 Okt 2013 / 20:32
-di

[cavab]

pol aze 5 Okt 2013 / 20:35
@ibrahim@, Allah razi olsun

[cavab]

pol Golf 5 Okt 2013 / 20:36
aze, guyasiz)

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.176 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az