..::Mohur::..

pol aze 4 Okt 2013 / 16:18
Allah Rəsulunun (s) daşa səcdə etməsi:
İbn Abbas belə nəql edir: “İslam Peyğəmbəri (s) daşa səcdə edirdi.”
Bu rəvayəti Hakim Neyşaburi “Əl-Mustədrək” kitabı, c.3, səh. 473-də nəql edərək onu təsdiqləyir. Zəhəbi də “Əl-Mustədrək”in təlxisində həmin məsələnin doğru olduğunu bildirir.

Torpağa səcdə etmək barədə Allah Rəsulunun göstərişi:
Bir çox hədislərdə torpağa səcdə etməkdən çəkinən şəxslərə Allah Rəsulunun (s) torpağa səcdə etməklə bağlı göstəriş verdiyi nəql edilmişdir. Biz əhli-sünnə mənbələrindən nəql edilən həmin hədslərin bir qismini nəzərinizə çatdırırıq:

Əbdürrəzzaq Sənani Xalid Cahanidən belə nəql edir: “Allahın Rəsulu (s) Suheyb adlı bir şəxsin səcdə edərkən üzünü torpağa dəyməkdən qoruduğunu müşahidə etdiyində, ona buyurdu ki, ey Suheyb, üzünü torpağa qoy!” (Əbdürrəzzaq Sənani, “Müsnəf”, c.1, səh. 391, hədis 1528; “Kənzul-ummal”, c.7, səh. 465)

Eyni zamanda, Ümmü Sələmədən belə nəql edilib: “Peyğəmbər (s) mənim Əfləh adlı qulamımın səcdə edərkən özünü torpaqdan qoruduğunu gördükdə, ona buyurdu ki, torpağa səcdə elə!” (İbn Həcər, “Əl-İsabə”, c.1, səh. 252; “Usdul-ğabə”, c.1, səh. 107; “Səhih Tirmizi”, c.2, səh. 236; “Fəthul-bari”, c.3, səh. 68; “Kənzul-ummal”, c.7, səh. 459, hədis 19776)

Allah Rəsulunun (s) yerə səcdə etməsi:
Şiə və sünnilərin icmasına əsasən, Allahın Rəsulu (s) torpağa səcdə etmiş və belə buyurmuşdur: “Mənə məndən öncə heç kəsə verilməyən beş şey verilmişdir… Yer (torpaq) mənim üçün səcdəgah və paklayıcı təyin edilib.” (“Səhih Buxari”, c. 1, səh. 82)

Eyni zamanda, Əbu Vailin belə söylədiyi nəql edilib: “Allahın Rəsulu (s) səcdə edərkən alnı və burnunu torpağa qoyurdu. Həmçinin, o həzrətin səhabələri də Peyğəmbərə (s) tabe olaraq səcdə edən zaman, alınlarını yerdən başqa, heç bir şeyə qoymazdılar.” (Əl-Cəsas, “Əhkamul-Quran”, c.3, səh. 36; “Müsnədi Əhməd”, c.4, səh. 315, 317)

Əbu Übeydə belə nəql edir: “İbn Məsud namaz qılan zaman yerdən başqa, heç bir şeyə səcdə etməzdi.” Təbərani bu rəvayəti “Əl-Kəbir” kitabında nəql etmişdir. (Heysəmi, “Məcməuz-zəvaid”, c.2, səh. 57)
Hətta Məsruq ibn Əcdə kimi bəzi səhabələrin özləri ilə birlikdə günümüzdəki möhürə bənzər bir şey daşıdığını və gəmi ilə səfər edərkən ona səcdə etdiyini də nəql etmişlər.
Məhəmməd ibn Səd “Ət-Təbəqatul-kubra” kitabında belə yazır: “Məsruq ibn Əcdə gəmi ilə səfərə çıxdığı zaman özü ilə bir qədər torpaq götürərdi ki, namaz vaxtı ona səcdə eləsin.” (Məhəmməd ibn Səd, “Ət-Təbəqatul-kubra”, c.6, səh. 79)

[cavab]

pol Golf 4 Okt 2013 / 18:25
Çox maraqlidi tsk)

[cavab]

pol (=AyaN=) 4 Okt 2013 / 18:27
Cox maraglidi,twk Allah razi olsun
red. (=AyaN=) (04.10 /18:29)

[cavab]

pol aze 5 Okt 2013 / 20:19
Golf, Allah razi olsun:)deyer:)))))

[cavab]

pol aze 5 Okt 2013 / 20:20
(=AyaN=), Allah razi olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1786 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az