Qisa Hekayeler.

pol _DeAtH_PaCHKeR_ 4 Okt 2013 / 06:17
Bir hökmdar bir zahidi görüb soruşdu:
-Bizi heç yada salırsanmı?
Dedi:
-Bəli, Allahı unudanda

Bir mürid öz mürşüdünə dedi:
-Adamlar məni bezdiriblər.Boş-boş
suallar verib vaxtımı alırlar.Nə edim?
Mürşid dedi:
Yoxsuldusa, borc ver, varlıdısa borc
istə. Bir də gözünə görünməyəcəklər.

Loğmandan soruşdular:
-Ədəbi kimdən öyrəndin?
Dedi:
-Ədəbsizlərdən.Onlarda gördüyüm pis
hərəkətləri təkrar etmədim

Pis səsli birisi ucadan Quran
oxuyurdu.Onun yanından keçən arif
soruşdu:
-Bu Quran oxumağın üçün sənə nə
qədər verirlər?
-Heç nə qədər. -Bəs niyə özünə əziyyət verirsən?
-Allah xətrinə oxuyuram.
-Allah xətrinə oxuma!

Bir alimdən soruşdular:
-Bir adam bir dilbərlə xəlvət otağa
çəkilə, qapını daldan bağlaya, o
gözəllərin əlindən özünün qurtara
bilər?
-Gözəllərin əlindən qurtarsa da, söz gəzdirənlərin əlindən qurtara bilməz.

Bir kişinin gözü ağrıyırdı.Baytarın
yanına gedib dedi:
-Gözümü müalicə et.
Baytar heyvanların gözünə çəkdiyi
dərmandan onun gözünə çəkdi.Kişi
kor oldu. Onlar dalaşıb hakimin yanina
getdilər.Hakim dedi:
-Baytarın təqsiri yoxdur.O kişi heyvan
olmasaydı, baytarın yanına getməzdi.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.3139 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az