Kimlər cənnətə daxil olmayacaq

pol _DeAtH_PaCHKeR_ 4 Okt 2013 / 06:00
Peyğəmbər (s.ə.s) buyurur: «Duasının qəbul olunmasını,
kədərlərinin açılmasını istəyən,
borcunu ödəyə bilməyən, çətin
vəziyyətdə qalmış kimsəni bu
vəziyyətdən qurtarsın». «Ey Allah bəndələri! Bir-birinizə
arxa çevirməyin, bir-birinizdən
qırılmayın, bir-birinizlə qardaş olun.
İki möminin bir-birindən küsməsi üç
gündür. Əgər (üç gündən sonra)
danışmasalar, bir-biriləri ilə kəlmə kəsməyənə qədər Allah onlardan üz
çevirər». «Din qardaşı ilə üç gündən artıq
küsülü olmaq doğru deyil. Üç
gündən sonra onunla qarşılaşarsa,
salam verib halını soruşmalıdır. O
biri də salamı alarsa, birlikdə
savaba çatarlar. Əgər salamı almazsa, günaha girər. Salam verən
də küsülü durmağın
məsuliyyətindən qurtulmuş olar». «Bir-birindən küsülü olan iki
adamdan kim əvvəlcə salam
verərsə, günahları bağışlanar.
Salam verdiyi halda, qarşıdakı
salamını almazsa, bu şəxsin
salamını mələklər alar». Peyğəmbər (s.ə.s) buyurur: «Qeybət
etməkdən çəkinin. O zinadan da
pisdir. Çünki, zina edən tövbə
etdikdə Allah onu qəbul edər, lakin
qeybət edənin günahı qeybət
olunan onu bağışlamadıqca bağışlanmaz». «Meracda olduğumda bir qrup
insana rast gəldim. Onlar dırnaqları
ilə üzlərini və sinələrini cırırdılar.
Cəbraildən onların kim olduğunu
soruşdum. O, «onlar insanların
ətlərini yeyən (yəni qeybət edən) və onların eyiblərini danışanlardır»
- deyə cavab verdi». «Qeybət nədir, bilirsiniz?».
Səhabələr cavab verir: «Ən
yaxşısını Allah və Rəsulu (s.ə.s)
bilər». : «Qardaşınızın xoşuna
gəlmədiyini onun haqqında
söyləməkdir». Səhabələrdən biri sual verir: «Əgər söylədiyim
xüsusiyyətlər onda varsa, onda
necə?». Allahın Rəsulu (s.ə.s)
buyurur:«Əgər söylədiklərin varsa,
qeybət etmiş olarsan, əgər
yoxdursa, onda ona böhtan atmış olarsan». «Dedi-qodu ilə məşğul olan Cənnətə
daxil olmayacaq». «Qəzəb imanı sirkə balı xarab etdiyi
kimi xarab edər». «Mömini şad edən məni şad etmiş,
məni şad edən isə Allahı şad
etmişdir».
Peyğəmbər (s.ə.s) buyurur:
«Müsəlmana hiylə quran bizdən
deyildir». Müsəlmanlar müharibədən
qayıtdıqdan sonra Peyğəmbər
(s.ə.s) onları yanına çağıraraq
buyurur: Xəbəriniz olmun ki, siz
kiçik cihaddan qayıdırsınız.
Müsəlmanlar onlan sonruşurlar: Ey Allah peyğəmbəri, əgər Allah
yolunda vuruşmağımız kiçik
cihaddırsa onda bəs böyük cihad
hansıdır? Peyğəmbər (s.ə.s) buyurur:
Böyük cihad nəfsinizə hakim
olmanız və qəzəbləndiyiniz zaman qəzəbinizi boğa bilmənizdir.

red. _DeAtH_PaCHKeR_ (04.10 /06:01)

[cavab]

pol zamka 5 Okt 2013 / 04:49
Allah razi olsun

[cavab]

pol Melita 5 Okt 2013 / 06:13
Ellerine sagliq.twk

[cavab]

pol aynur653* 5 Okt 2013 / 06:26
sen cehennem odunda yanacaqsan

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1602 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az