Ömür nedir?
ozdunyamiz
4 Okt 2013 / 05:12
Qoca kişi ilə cavanın söhbətiÇay kənarında yaslı bir ağsaqqal dalğın-dalğın sürətləaxan suya baxırdı. Bir gənc ona yaxınlasıb: “Əmi, çoxdalmısan, nəyə baxırsan elə?” deyə soruşunca, qocababa ah çəkərək: “Bu su kimi axan ömrümə baxıram”dedi. Gənc bəmbəyaz saqqallı, nur üzlü ağsaqqaldanmaraqla soruşdu: “Bir insan ömrü nə qədər olur?”.Yaşlı adam şirin bir gülümsəmə ilə “Əzanla namazarası qədərdir” deyincə, o özünü saxlaya bilməyibhəyəcanla “Necə yanı, ömür bu qədər qısadırmı?”deyə soruşdu. Ağsaqqal: “Bəli, ömür namazsızəzanla, əzansız namaz arası qədərdir”. Gəncintəəccüblü baxışlarını görən qoca baba izah etməyəbaşladı. Yəni, dunyaya bir körpə gələr, onun qulağınaəzan oxunar eləmi? Bax, o əzanın namazı qılındımı?Qılınmadı. O əzan “namazsız əzan”dı. İnsan öldüyüzaman qılınan cənazə namazının da azanı yoxdur. Oda “əzansız namaz”dır. Əslində o namazın əzanıinsan doğulunca qulağına oxunmuşdu... Bax eyinsan! Doğuldun, amma bir gun öləcəksən, ömürdediyin nədir ki? Tez qurtarar. Vaxtını boşa ziyanetmə, həyatını yaxşı dəyərləndir. Ömrünü dolu-dolu,doya-doya yaşa, bir nəfəs belə boşluq buraxma!
[cavab]
ViP_HacKer
4 Okt 2013 / 05:14
Ataw bu qeder movzunu hardan tapirsan?
[cavab]
ozdunyamiz
4 Okt 2013 / 05:16
ViP_HacKer, nese fikirliyem, ele oxuduqca ordan burdan yaziram
[cavab]
O(e)GELECEK
4 Okt 2013 / 05:21
Lebbeyk ya rebbim
[cavab]
Bölmeye qayıt
0.1352 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az