Məktubum sənədir....

pol _DeAtH_PaCHKeR_ 3 Okt 2013 / 20:21
Özümü elə qəmgin, tənha hiss edirəm
ki... ona görə belə tənhayam ki, sevgi
var, amma mənə o lazım deyil. Sən
mənə lazım deyilsən. Bu sevgi deyil.
Mən səninlə idim, amma tənha idim.....
Səni sevmək istəyirdim, amma bacarmadım. Bağışla.... Sən mənim
oldun, amma mən sənin ola
bilmədim.... Bunu başa düşürdüm,
amma səni ata bilmirdim... Sevmirdim,
amma buraxa da bilmirdim. Sənsiz
həyat.. Necə? Təsəvvür edə bilmirdim. Səninlə gəzməyə gedirdim, amma
səndən uzaq olmaq istəyirdim... Evdə
tək oturanda isə səninlə bir yerdə
olmaq istəyirdim...Özümü başa düşə
bilmirəm, hisslərimi başa düşə
bilmirəm... Bəlkə ürəyim mənə doğru olanı göstərər? Amma necə, əgər indi
o xaincəsinə susur?
Sənin gözlərinə baxanda o istiliyi hiss
etmirdim, mənə soyuq idi.... Bilirəm,
sən mənə bütün dünyanı belə
bağışlamağa hazır idin, mənim idealım olmaqçün çox çalışırdın, sən hamıdan
yaxşı olmağa çalışırdın və səndə bu
alınırdı. Hərdən boş boş şeylərə görə
səndən küsürdüm, dava etməkçün
hər hansı səbəb tapırdım sən isə hər
dəfə məni qucaqlayıb və tək mənimlə olmaq istədiyini deyirdin.... Və bu
zaman məni təlaş hissi bürüyürdü ki,
səni atmaq üçün belə səbəbim
yoxdur....sən ideal idin, ən azı belə
olmağa çalışırdın.... Bilmirəm nə edim.
Hər şeydən, hər kəsdən qaçmaq istəyirəm, amma alınmır... Hər dəfə
səninlə görüşəndə mən yalnız bir şeyi
fikrləşirdim : Mən səninlə bütün
həyatım boyu xoşbəxt ola
biləcəyəmmi? Bu sualıma cavab tapa
bilmədim....Mən səninlə idim, amma fikirlərim çox uzaqda idi. Sən özündə
bunu hiss edirdin... Xoşbəxliyin nə
olduğunu bilmirəm...əsl sevgini nə
olduğunu bilmirəm....
Mən sənin yanında xoşbəxliyi tapmaq
istəyirdim, bilirsənmi? Elə istəyirdim, ki sən – mənim tək sevəcəyim bir insan
olasan....amma alınmadı, bağışla... Nə
mən səninlə, nə də ki sən mənimlə
xoşbəxt olmayacaqdıq. Ona görə də
hər şeyin belə olmağı daha yaxşı
oldu....Etdiklərimə görə, sənə o qədər əziyyətlər verdiyimə görə məni
bağışla...

[cavab]

pol (=AYSEL=) 3 Okt 2013 / 21:14
:maraglidi:

[cavab]

pol ilkin_555 3 Okt 2013 / 22:01
MARAQLİDİR.
red. ilkin_555 (03.10 /22:02)

[cavab]

pol (=AyaN=) 3 Okt 2013 / 22:38
Maraglidi

[cavab]

pol ErRoR_TeXn 3 Okt 2013 / 22:44
Derde dusubsen

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1625 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az