Maragli..

pol (=KraL=) 3 Okt 2013 / 04:28
Bir müdrikdən soruşurlar: “İnsanın ən hansı hərəkəti sizi
daha çox təəccübləndirir?” Müdrik bir-bir deməyə
başladı:
“Uşaq olmaqdan bezirlər və tez böyümək istəyirlər.
Böyüyəndə isə uşaqlılarından ötrü darıxırlar.
Pul qazanmaqdan ötrü sağlamlıqlarınıitirirlər. Sonra da
sağlamlıqlarınıbərpa etmək üçün pul verirlər.
Sabah haqqında düşünüb bu günü unudurlar. Buna
görə də nə bu günü, nə də sabahı dolğun yaşamırlar.
Heç ölməyəcəkmiş kimi yaşayırlar. Lakin heç
yaşamamış kimi ölürlər.”
Bu sözlərdən sonra müdrikdən məsləhət almaq üçün
soruşdular: “Bəs sən nə məsləhət görürsən?”
Müdrik belə cavab verdi:
“Heç kimə özünüzü sevdirməyə çalışmayın. Etməli
olduğunuz tək şey özünüz kimi olub seviləcəyinizi
düşünməkdir.
Qəhrəmanlıq həyatda ən çox şeyə malik olmaq deyil, ən
az şeyə ehtiyac duymaqdır.
Vacib olan nəyə baxdığınız deyil, ona hansı gözlə
baxdığınızdır.”

[cavab]

pol ViP_HacKer 3 Okt 2013 / 04:32
Dudu ataw twk. Superdi

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2045 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az