İnternet asılılığının səbəbləri

pol _DeAtH_PaCHKeR_ 2 Okt 2013 / 03:36
İnternet və sosial şəbəkələrdə aktivlik
bəzən boşanmalara səbəb olur İnternet həyatımızın ayrılmaz hissəsinə
çevrilib. Kompüterdən istifadə edən
insanların ayrı-ayrı sosial şəbəkələrdə
“dövr etməsi”, dostluq və tanışlıqlar
şəbəkəsi isə artıq gündəlik normaya
çevrilməkdədir. Amma bəlkə heç birimiz təsəvvür eləmirik ki, ilk
baxışdan çox cəlbedici, dostlarla bol
görünən bu virtual dünya real
həyatımızda müxtəlif problemlərə yol
açır. Azərbaycanda hər 27 nəfərindən biri
“Facebook” istifadəçisidir “Sosial şəbəkə” termini elmi leksikona
1954-cü ildə ingilis sosioloq Barns
tərəfindən daxil edilib. Tərifə görə,
sosial şəbəkə sosial obyektlərdən
(birlik, sosial qrup, insan) ibarət olan
qovşaqları birləşdirən sosial strukturdur. İnternetdə sosial şəbəkə
interaktiv, çoxlu istifadəçisi olan
saytdır. İlk sosial şəbəkənin yaranması
ötən əsrin 90-cı illərinin ortalarına
təsadüf edir. Bu “odnoklassniki.ru”-
nun sələfi hesab edilən “classmates.com” idi. 1999-cu ildə
yaradılan “Livejournal”, 2003-cü ildə
meydana çıxan “MySpace” də öz
növbəsində xeyli populyarlıq qazandı.
Hazırda sosial şəbəkələr içərisində ən
populyarı 2004-cü ildə yaradılmış “Facebook” hesab edilir. 2006-cı ildə
Rusiyada yaradılan “odnoklassniki” və
“V kontakte” də xeyli populyardır.
red. _DeAtH_PaCHKeR_ (02.10 /03:37)

[cavab]

pol (=AyaN=) 2 Okt 2013 / 03:38
Maraqli melumatdi

[cavab]

pol _DeAtH_PaCHKeR_ 2 Okt 2013 / 03:38
2011-ci il fevralın 1-ə olan məlumata
əsasən, bu ilin yanvar ayı ərzində
“Facebook” sosial şəbəkəsində qeydə
alınmış Azərbaycan istifadəçilərinin
sayı 12,4% və ya 38,2 min nəfər
artaraq 312 720 nəfərə çatıb. Azərbaycan əhalisinin 3,7%-i və
ölkədə mövcud internet
istifadəçilərinin 8,4%-i “Facebook”dan
yararlanır. Bu isə o deməkdir ki,
Azərbaycan vətəndaşlarının hər 27
nəfərindən biri “Facebook” istifadəçisidir. Sözügedən şəbəkədən
Azərbaycanda istifadə edənlərin 50%-i
18-24 yaş qrupuna, 26%-i 25-34 yaş
qrupuna, 9%-i 16-17 yaş qrupuna,
6%-i 13-15 və 35-44 yaş qruplarına,
2%-i 45-54 yaş qrupuna, 1%-i isə 56-64 və 65-dən yuxarı yaş
qruplarına aiddir. Azərbaycanda
“Facebook”dan istifadə edənlərin
63%-i kişilərdir. Hazırda Azərbaycan
“Fecebook” şəbəkəsində istifadəçilərin
sayına görə Latviya, Qazaxıstan, Belarus, Moldova, Ermənistan,
Özbəkistan, Qırğızıstan, Türkmənistan,
və Tacikistanı qabaqlayaraq 94-cü yeri
tutur. Rusiya bu siyahıda 3 663 900
istifadəçi ilə 29-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin ümumi
sayı 618 517 020-yə çatıb. Sosial şəbəkələrdən istifadə ailədaxili
münasibətlərə ləkə gətirir Azərbaycan Milli Elmlər
Akademiyasının İnformasiya
Texnologiyaları İnstitutunun
direktoru Rasim Əliquliyev APA-ya
bildirib ki, sosial şəbəkələrin meydana
gəlməsi XXI əsrin ən böyük inqilablarından biri olmaqla yanaşı, bir
sıra problemlər də yaradıb: “Təkcə
“Facebook” sosial şəbəkəsinin 500
milyondan artıq “sakini” var. Elə bil
yeni bir internet dünya, yeni bir
internet ölkə yaranıb, insanlar da bu ölkənin vətəndaşlarına çevrilib. Bu
“vətəndaşlar” bir-birinə qarşı istənilən
münasibəti göstərə bilərlər. Amma bu,
real münasibətlərdən fərqli olaraq, bir
qədər hüquqdan kənar
münasibətlərdir. Çünki hər bir ölkədə sosial münasibətlər qanun əsasında
qurulur, əgər onlar bir-birinə qarşı
hansısa təhqirə yol verirlərsə, qanun
işə düşür, Konstitusiya öz sözünü
deyir. Amma internet üzərində virtual
sosial şəbəkələrin meydana gəlməsi artıq qanundan kənar mühit yaradır.
Sosial şəbəkələrin bu gün yaratdığı ən
böyük problem budur. Belə qanundan
kənar mühit başqa dinləri, başqa
mədəniyyətləri, başqa mental dəyərləri
daşıyanları birdən-birə sosial mühitə gətirir. İkinci ən böyük problem
ondan ibarətdir ki, sosial şəbəkələrin
qanundan kənar mahiyyəti insanların
içində olan ədəbsizlik,
mədəniyyətsizlik və tərbiyəsizliyi üzə
çıxarır. Birdən-birə hər bir vətəndaş ailənin üzvü olmaqla, həmin qanuni
tələblərdən və mental dəyərlərdən
uzaqlaşır, onun daxilində olan gizli,
ictimai qınaqdan kənarda olan “mən”i
üzə çıxır. O “mən” ictimai mühitdən
kənar, çox təhlükəli “mən”dir. O “mən”in içərisində tərbiyəsizlik,
əxlaqsızlıq var. İnsanlar ata-anasının,
müəlliminin, qonşusunun yanında
demədiyini orda demək imkanı əldə
edir. Və düşünür ki, bu qanundan
kənardır, bunu heç kim bilmir, düşünür ki, burda özünü gizlədə,
anonimliyini təmin edə bilər. Həmin
insan abstrakt olan bir azadlıq
mühitinə düşür. Amma o azadlıq
təhlükəli azadlıqdır. Ona görə ki, burda
tənzimləyici mexanizmlər yoxdur. Çünki XXI əsrin internetinin yeni
dəyərləri hələ formalaşmayıb”. R.
Əliquliyevin sözlərinə görə, belə
hüquqdan kənar mühit ziyanlı bir
“kislota” kimi ailə münasibətlərində
özünü göstərir: “Ənənəvi, mental dəyərlərə söykənən ailə
münasibətlərinə sosial şəbəkələrin
gəlməsi ailənin daxilində olan
münasibətlərə ləkə gətirir. Baxırsan ki,
qadın sosial şəbəkədə olur, özünün
marağında olan insanları tapır, ər burda öz marağında olan insanları
tapır, qız burda tapır, oğul orda tapır.
Ailə məkan kimi qalır, amma daxilində
olan dəyərlərə turşu düşdüyü üçün
onları dağıtmağa başlayır. Ailə
daxilində kiçikdən böyüyə, böyükdən kiçiyə olan münasibətlər istiqamətini
dəyişir. Ailə üzvlərinin hər biri sosial
şəbəkələrin subyektlərinə çevrilir,
bununla da ailənin daxilində olan
struktur dağılmağa başlayır. Ailə daha
əvvəlki ailə olmur, milli mənəvi dəyərlərin daşıyıcısı olmaq
funksiyasını get-gedə itirməyə
başlayır. Ailədə olan hər bir insan artıq
özünü azad subyekt kimi hiss edir. Bu
da, əlbəttə ki, mental dəyərlərə,
ölkənin böyük qanunlarına ziddir. Ailə institutu yeni bir forma alır. Sosial
şəbəkələrin gələcəkdə cəmiyyətə vəd
etdiyi münasibətlər bundan ibarətdir”.

[cavab]

pol _DeAtH_PaCHKeR_ 2 Okt 2013 / 03:39
Sosial şəbəkə boşanmaya da səbəb
olur Qadın Krizis Mərkəzinin rəhbəri
Mətanət Əzizova APA-ya bildirib ki,
rəhbərlik etdiyi quruma sosial
şəbəkələrdə yaranmış problemlərlə
əlaqədar müraciət edən şəxslərin
dəqiq statistikası aparılmasa da, müraciət edənlər var. Bəzən internet
və sosial şəbəkələrdə aktiv iştirak
etmə boşanmaya da səbəb olub.
Yaxud da bu, ailədə münaqişə
yaradıb. Bəzən şəbəkələrdə iştirak ailə
zorakılığının bir elementi də ola bilər: “Mərkəzə bəzən kişilər müraciət
edərək bildiriblər ki, həyat yoldaşı ona
xəyanət edib. Söhbət edərkən məlum
olur ki, xanım hansısa sosial şəbəkədə
olub, köhnə dostları, sinif yoldaşları ilə
danışıb. Evin kişisi bunu virtual xəyanət sayıb. Həyat yoldaşının
internetdə kiminləsə yazışmasını
xəyanətə bir addım qəbul edib. Bəzən
isə əksinə olur. Xanımlar köhnə
dostları ilə sosial şəbəkələrdə yazışan
həyat yoldaşlarının hərəkətini xəyanət kimi qəbul edirlər. Bütün bunlar
əvvəlcə xırda münaqişəyə, sonra isə
boşanmaya səbəb olur. Maraqlıdır ki,
müraciət edənlərin arasında evdar
qadınlar deyil, ali təhsilli şəxslər də var.
Bizə bir həkim qadın müraciət etmişdi, onun həyat yoldaşı kütləvi informasiya
vasitələrinin birində çalışır. O, həyat
yoldaşına çoxlu məktublar yazıldığını
görüb bunu düzgün qəbul etməyib,
son nəticədə də onlar boşandılar.
Bəzən tənhalığa görə bizə müraciət edən insanlara hansısa saytlarda
özlərinə dost tapmağı məsləhət
görürük. Amma fikir verirəm ki, son
vaxtlar gənclərin arasında sosial
şəbəkələrdə çərçivələrə əməl
etməmək, özlərini apara bilməmək tendensiyaları artıb. Bəzən
mədəniyyətsizlik, hətta tərbiyəsizlik
belə edirlər. Bu, xoşagəlməz hallara
gətirib çıxarır. Mən də sosial şəbəkənin
üzvüyəm, özümə qarşı orada təhqir,
söyüş də olub. Hətta elə vəziyyət yaranıb ki, o sosial şəbəkədən çıxmalı
olmuşam”. M. Əzizova deyib ki, adətən sosial
şəbəkələr üzündən problemi yaranan
şəxsləri psixoloq yanına göndərirlər:
“Əgər insanda qısqanma varsa, o,
baxmayacaq ki, bu sosial şəbəkədə,
yoxsa real həyatda olub. Bəzən həyat yoldaşı hədsiz qısqanan qadınlara
təklif edirik ki, müvəqqəti olsa da,
sosial şəbəkədən çıxsınlar. Ailədə
vəziyyət düzələndən sonra isə yenidən
sosial şəbəkəyə qayıda bilərlər. Məncə,
elə sosial şəbəkələr var ki, həqiqətən də problem yarada bilər. Elə insanlar
var ki, sosial şəbəkələrdən tanışlıq,
pornoqrafik şəkilləri və saytları bir-
birinə ötürmək üçün istifadə edilər.
Məhz sosial şəbəkələrdən düzgün
istifadə edilmədiyinə görə biz təklif edirik ki, onlar bu şəbəkələrdən
uzaqlaşsınlar. Ailədə iki insan bir-
birinə xoş sözlər deyib ünsiyyət
yaratmaqdansa, real həyatı internet
həyatına dəyişir. Bu da onların bir-
birindən uşaqlaşmasına və sonda boşanmasına səbəb olur. İnternetdən
uzaqlaşmaq bəzən ailədə barış yarada
bilər”. M. Əzizovanın sözlərinə görə,
problemlərdən çıxış yolu kimi təbliğatı
gücləndirmək lazımdır: “Hər bir insan
bilməlidir ki, sosial şəbəkədən istəyi
nədir. Bu, narkotik kimi bir şeydir.
Bəzən insan bu saytlara o dərəcə bağlanır ki, bir gün bu sayta girməsə
özünü çox narahat hiss edir. İnsanları
öyrətmək lazımdır ki, sosial
şəbəkələrlə necə davranmaq lazımdır.
Hər bir insan bilməlidir ki, internetdə
nə qədər oturmalıdır. Şəbəkələrin müsbət və mənfi tərəfləri tam
açıqlanmalıdır. Əgər bu, ailədə
problem yaradırsa, buna əvvəlcədən
fikir vermək lazımdır. Əgər həyat
yoldaşı internetdə gündən-günə daha
çox vaxt keçirirsə, deməli, bu, artıq qadın və kişi üçün bir şüuraltı zəng
olmalıdır. Buna qarşı mübarizə
aparmaq, tez-tez qonaq getmək,
ünsiyyəti artırmaq, havaya çıxmaq
lazımdır. Hələlik sosial şəbəkələrdə
çox vaxt keçirmə kütləvi təhlükəyə çevrilməyib. Sosial şəbəkələrdə
oturmaqdansa, tanışlıq və porno
saytlarda oturmaq daha çox ailələrin
dağılmasına səbəb olur. Sosial
şəbəkənin əsas məqsədi ünsiyyət və
dostluq qurmaqdır. Amma bizdə bu şəbəkələrdən düzgün istifadə
olunmur”.

[cavab]

pol _DeAtH_PaCHKeR_ 2 Okt 2013 / 03:39
Sosial şəbəkələrin yaratdığı problemlər
üzündən psixoloqlara müraciət edən
şəxslərin sayı həddindən artıq çoxdur Psixoloq Azad İsazadə APA-ya bildirib
ki, sosial şəbəkələr cəmiyyətdə
ünsiyyət yaratmaq tələbindən yaranıb:
“Şəhərlərdə daş evlərin içində oturub
bir-birimizlə ünsiyyət qurmuruq. Sosial
şəbəkələr imkan verdi ki, insanlar sərhədsiz, kimlə istəyir ünsiyyət
qursun. Mən hesab etmirəm ki, sosial
şəbəkələr birbaşa boşanmaların
sayına təsir göstərir. Sadəcə ailə
üzvlərindən biri sosial şəbəkədə
kiminləsə ünsiyyət qurmuş həyat yoldaşını qısqana bilər. Amma bir şeyi
başa düşməliyik ki, cütlükdə əks tərəf
ünsiyyət axtarırsa, deməli, problem
onun özündə deyil, əks tərəfdədir.
Həmin şəxs qarşı tərəfə lazım olan
ünsiyyəti verə bilmir ki, o da bunu kənarda, tanış olmayan insanda
axtarır”. A. İsazadənin sözlərinə görə, sosial
şəbəkələrin yaratdığı problemlər
üzündən psixoloqlara müraciət edən
şəxslərin sayı həddindən artıq çoxdur:
“Bunların arasında hətta boşanmaya
gətirən hallar da var. Şəbəkə sadəcə vəsait kimidir. Ailənin içində problem
olur ki, kişi və ya qadın axşamlar
internetdə yazışır. Amma internetdə
cins yoxdur. Çünki orada yazılan kişi
və ya qadın adının arxasında bilinmir
kim oturub, onun sifəti necədir, yaşı neçədir. İnternet cinssiz mühitdir. Ona
görə internetə qısqanmaq da düzgün
deyil. Sadəcə, kimsə mənimlə ünsiyyət
qurmursa, internetdə ünsiyyət
qurursa, deməli, problem mənim
özümdədir”. Psixoloq deyib ki, hazırda sosial
şəbəkədə yaranmış problemlərlə
əlaqədar ona müraciət edən 8 nəfərlə
iş aparır. Yanvar ayı başlayandan isə
belə problemli 15 şəxsə psixoloq
yardımı göstərib: “İldən-ilə internetlə bağlı edilən müraciətlərin forması
dəyişir. İki il əvvəl daha çox kompüter
oyunları ilə bağlı problem yaranırdısa,
indi daha çox sosial şəbəkələrlə bağlı
müraciət edirlər. Adətən bir nəfər
bütün şəbəkələrdə olur. Birindən çıxır, o birisinə girir. Bu zaman həm də gecə
yuxusu ilə bağlı problem yaranır.
Bütün gecəni otururlar, ünsiyyətdə
olduqları insanlar gedib yatmayana
qədər yatmırlar. İnsanları sosial
şəbəkələrdə bu qədər vaxt keçirməyə ünsiyyətin çatışmazlığı vadar edir.
Əsasən də gənclər ünsiyyət qurmaq,
əylənmək üçün istər-istəməz maddi
vəsait xərcləməlidirlər. Amma
internetdə oturub eyni vaxtda bir neçə
dostla ünsiyyətdə olmaq mümkündür. İnsanlar bir növ öz həyatlarını sosial
şəbəkələrə açıb tökürlər. Burada heç
bir norma yoxdur”. A. İsazadənin sözlərinə görə,
psixoloqa müraciət edənlər içərisində
yeniyetmələr, xüsusən də yeniyetmə
qızlar üstünlük təşkil edir: “Əsas
problem yenə də ünsiyyətdir. Oğlanlar
yenə harasa çıxa bilirlər. Qızlar üçün isə evdən kənar ünsiyyət bir qədər
problemləşib. Əsasən də axşamlar.
Əvvəllər telefon əsas ünsiyyət vasitəsi
idi, indi “Facebook” onu əvəz edir. Elə
olub ki, ailədə əvvəlcə biri, sonra onun
acığına o biri internetdə tanışlıq yaratmağa başlayıb. Sonda ikisində də
bu məsələ açılıb, konflikt yaranıb,
proses boşanmaya qədər gəlib çıxıb.
Demirəm səbəb şəbəkədə fəaliyyət
göstərmək idi, amma bu, onların
arasında olan çatı daha da genişləndirdi və son damla oldu”.

[cavab]

pol _DeAtH_PaCHKeR_ 2 Okt 2013 / 03:40
Din sosial şəbəkələrdə tanışlıqların
əleyhinə deyil “Məşədi Dadaş” məscidinin axundu
Hacı Şahin Həsənli APA-ya bildirib ki,
hər hansı yenilik, elmi tərəqqi dini
baxımdan müsbət qiymətləndirilir.
Problem heç də sosial şəbəkələrin
varlığında deyil, onlardan hansı məqsədlərlə istifadə olunmasındadır:
“İstisna eləmək olmaq ki, bəzi hallarda
insanlar arasında virtual tanışlıqlar
ailələrin dağılmasına səbəb ola, onların
əxlaqına mənfi təsir göstərə bilir.
Amma bunun günahını sosial şəbəkələrdə axtarmaq düzgün
olmazdı. Ümumiyyətlə, bunun əsas
günahını insanların bu və ya digər
əxlaqi dəyərlərə bağlılığında görmək
lazımdır. Şəbəkələrin varlığı müsbət
haldır. İnsanlar kiminləsə ünsiyyət qurmaq, tanışlıqlarını artırmaq istəyir,
bu normaldır. Din də bu cür
tanışlıqların əleyhinə deyil. Əsas olan
ünsiyyətin mövzusudur. Bu isə sosial
şəbəkələrlə yox, cəmiyyətin mənəvi
durumu ilə bağlıdır”. Azyaşlı uşaqların sosial şəbəkələrdə
iştirakının əleyhinə olduğunu bildirən
axund deyib ki, valideynlər tərəfindən
bunun qarşısını almaq üçün nəzarət
mexanizmləri olmalıdır: “Belə hallara
qarşı mübarizə aparmaq üçün cəmiyyətin immuniteti olmalıdır.
Azyaşlılar özbaşına buraxılarlarsa,
bunun ciddi fəsadları ola bilər”. İnsanlar sosial şəbəkələrin müsbət
cəhətləri ilə yanaşı, mənfi cəhətlərini də
bilməlidirlər Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin informasiya cəmiyyətinin
inkişafı şöbəsinin müdiri İsfəndiyar
Əliyev də APA-ya bildirib ki,
Azərbaycanda internet və sosial
şəbəkələrlə bağlı tənzimlənmə aparılmır. Ona görə də ölkədə sosial
şəbəkələr tam müstəqil fəaliyyət
göstərir: “Sosial şəbəkələrin müsbət
cəhəti də çoxdur. İnsanların bir-biri ilə
ünsiyyət qurmasında, müəyyən
məsələlərin müzakirəsində çox böyük üstünlüklər yaradır. Amma sosial
şəbəkələrdən düzgün istifadə
etmədikdə müəyyən problemlərə rast
gəlmək olar. Xüsusən insanların
aldadılması, müxtəlif cərəyanlara cəlb
edilməsi mümkündür. Ən vacib məqam insanların bu sahədə
maarifləndirilməsidir. İnsanlar sosial
şəbəkələrin müsbət cəhətləri ilə
yanaşı, mənfi cəhətlərini də
bilməlidirlər. Bilirsiniz ki, sosial
şəbəkələrdə çoxlu sayda informasiya toplanır. Bu informasiyalardan pis
məqsədlər üçün də istifadə edilə bilər.
Buna görə də sosial şəbəkələrdə
işləyərkən mütləq məlumatlı olmaq
lazımdır. Orda gənclərimizi, qızlarımızı
bizim istəmədiyimiz cərəyanlara cəlb etmək imkanları var. İnsanları
aldadaraq, müəyyən münasibətlər
quraraq onlardan sonra istifadə edə
bilərlər. Bu təhlükə hər zaman var.
Buna görə də insanlar çox diqqətli
olmalıdırlar. Sosial şəbəkələrə daxil olarkən insan özü haqqında
məlumatlar yerləşdirir. Öz profilinizi
özü yaradır. Sonra həmin
informasiyalar onun əksinə istifadə
oluna bilər”. Bir daha internet asılılığının fəsadları
barədə... İnternet asılılığı insanlarda bir sıra fiziki
və psixoloji fəsadların yaranmasına
səbəb olur. Bu isə həm onların özləri,
həm də cəmiyyət üçün arzuolunmaz
haldır. Mütəxəssislərin qənaətincə,
internet asılılığının əsas psixoloji fəsadları bunlardır: - Kompüter arxasında özünü yaxşı
hiss etmə və eyforiyaya qapanma;
- Kompüterdən ayrılmağın problemə
çevrilməsi;
- Kompüter arxasında keçirilən vaxtın
tədricən artması; - Ailəyə, yaxınlara və dostlara qarşı
etinasızlıq;
- Kompüterdən kənarda olarkən
mənəvi boşluğun, depressiyanın, əsəb
gərginliyinin yaranması;
- Öz fəaliyyəti haqqında işdə müdiriyyətə, evdə isə ailə üzvlərinə
yalanlar uydurma;
- İş və ya təhsillə bağlı problemlərin
aranması. İnternetdə uzun müddət vaxt keçirmə
karpal kanalı sindromu (əl əzələlərinin
uzun müddət gərilməsi nəticəsində
yaranan problem), gözlərdə quruluq,
miqren tipli baş ağrıları, bel ağrıları,
qida rejiminin pozulması, şəxsi gigiyenaya qarşı etinasızlıq,
yuxusuzluq kimi fiziki fəsadlar da
yaradır.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1576 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az