..::Həzrət Süleymanın (ə)::..

pol aze 1 Okt 2013 / 19:40
Həzrət Süleymanın (ə) təvazökarlığı..

Həzrət Süleyman (ə) o qədər cah-cəlallı, əzəmətli idi ki, tayı-bərabəri yox idi. Amma belə bir məqam sahibi özünü o qədər təvazökar aparardı ki, hətta qarışqa da onu mühakimə edib haqqını istəyərdi.
Bir gün Süleyman əlinin üstündəki qarışqanı yerə qoydu. Amma Süleyman o qədər təvazökar idi ki, qarışqa ona etiraz edib dedi: «Bu xudpəsəndlik nədir? Məgər bilmirsən ki, mən də sənin kimi Allah bəndəsiyəm? Sənin nə üstünlüyün var ki mənimlə belə rəftar edirsən?»
Qarışqanın sözləri Süleymanı mütəəssir etdi. Düşündü ki, qiyamət günü bu sayaq mühakimə edilsə çətin olacaq. Bu fikirlərdən ayrıldıqdan sonra özünə gəlib əmr etdi ki, qarışqanı onun hüzuruna gətirsinlər. Süleyman dedi:
- «Nə üçün belə qəzəblə etiraz etdin?» Qarışqa belə cavab verdi:
- «Mənim bədənim zəifdir. Sən məni tutub yerə atanda bədənim əzildi, narahat oldum. Bu rəftarına görə də etiraz etdim». Süleyman həmişəki təvazökarlıqla dedi:
- «Mən bu işi pis niyyətlə etməmişəm, sənə verdiyim əziyyətə görə üzr istəyirəm».
Bəli, misilsiz əzəmətə malik Süleyman ən zəif bir varlığı bilmədən azacıq incitdiyi üçün üzr istəyir!
Qarışqa deyir:
- «Mən səni bağışladım. Bir şərtlə ki, dünyaya şəhvət və nəfs istəkləri ilə üz tutmayasan, sərvəti insanlara sərf etmək üçün istəyəsən, israfa yol verməyəsən, ləzzətlərə uyub milləti unutmayasan, kömək istəyənlərə öz yardım əlini uzadasan». Qəlbi zəiflərə mərhəmətlə dolu olan Süleyman qarışqanın şərtlərini qəbul etdi, qarışqa da Süleymanı bağışladı..

[cavab]

pol Elikram 1 Okt 2013 / 20:51
Sagol brat, bu yazdiqlarin belke ozlerini basqalarindan qat-qat ustun sayanlara numune olar.
red. Elikram (01.10 /20:53)

[cavab]

pol O(e)GELECEK 1 Okt 2013 / 21:10
qardaw chox sagol belke burdakilardan bezileri senin yazdigin gozer nurli islam kelamlarinan ibret alarlar

[cavab]

pol aze 2 Okt 2013 / 17:50
Elikram, Allah razi olsun

[cavab]

pol aze 2 Okt 2013 / 17:51
O(e)GELECEK, Allah razi olsun:Insallah

[cavab]

pol _Huysuz_ 3 Okt 2013 / 00:55
Superdi buda saol)

[cavab]

pol aze 3 Okt 2013 / 18:10
_Huysuz_, Allah razi olsun:)

[cavab]

pol _Huysuz_ 3 Okt 2013 / 18:11
aze, cumlemizden)

[cavab]

pol aze 3 Okt 2013 / 18:11
_Huysuz_, gelim?:)

[cavab]

pol _Huysuz_ 3 Okt 2013 / 18:15
aze, istiyirsense)

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1618 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az