..::Həzrət Mikayilin (ə) məqamı barədə::..
aze
1 Okt 2013 / 19:29
Mikayilin (ə) Quranda adı ancaq bir ayədə çəkilmişdir. "Kim Allah, Onun mələkləri, peyğəmbərləri, Cəbrail və Mikail ilə düşmən olsa (kafirdir və) şübhəsiz Allah da kafirlərə düşməndir". ("Bəqərə" 98).Mikayilin (ə) məqamı haqqında ancaq bu ayə mövcuddur. Bu ayənin nazil olması haqqında belə nəql edirlər. O zaman ki, Peyğəmbər (s) Mədinəyə gəlir, Fədək yəhudilərinin alimlərindən olan Abdullah ibni Suriya Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir. O, Həzrətə (s) müxtəlif suallar verir. Nübuvvətinin nişanələrini axtarır. O, sual verir: "Ey Muhəmməd! Sənin yuxun necədir? Belə ki, bizə gələcək peyğəmbərin yuxusu haqqında məlumat verilmişdir”. Həzrət (s) buyurur: “Gözüm yuxuya gedir, ancaq qəlbim oyaqdır”. Deyir: “Düz dedin”. Sonra yenə müxtəlif suallar verir və nəhayət deyir: “Bir sual qalıb, əgər ona da düz cavab versən, İslam dinini qəbul edəcəyəm. Sənə nazil olan mələyin adı nədir?” Buyurur: “Cəbrayil (ə)”. İbni Suriya deyir: “O, bizim düşmənimizdir. O, cihad və müharibə haqqında çətin əmrlər gətirərdi. Ancaq Mikayil həmişə sadə və rahat əmrlər gətirərdi. Əgər sənin vəhy mələyin Mikayil olsaydı, sənə iman gətirərdim".Mikayil sözü əbri dilindən ərəb dilinə keçmiş sözdür və o, Allaha yaxın mələklərdən biridir. Yəhudilər və xristianlar ona Mişel deyirdilər.Daniyal kitabında Mikayilin adı dəfərlərlə çəkilmişdir. O, İsrayil qəbiləsinin himayəçisi kimi tanıdılmışdır. Mikayil Şeytanı Adəmə (ə) səcdə etməyə vadar edən ilk mələk olmuşdur. Ancaq Quranda bu məsələyə rast gəlinməmişdir.Ona görə də islam hədislərində Cəbrayil (ə) və Mikayil (ə) Adəmə (ə) səcdə edən ilk mələklərdir.Şəbəstəri "Ulumi Quran" kitabında yazır: "Mikayil (ə) o mələklərdəndir ki, meracdan əvvəl Peyğəmbərin (s) sinəsini genişləndirmişdi. O, həmçinin Bədr döyüşündə müsəlmanlara kömək edən mələklərdən biri olmuşdur. Mikayil (ə) həmçinin Allah tərəfindən bəndələrə ruzi paylayar və mühüm məsələlərdə Cəbrayil (ə) ilə bir yerdə olar".Qədim yunanlılar Mikayili dünyadakı bütün dənizlərin qoruyucusu hesab edirdilər.Beləliklə deyə bilərik ki, Mikayil (ə) Allaha yaxın dörd mələkdən biridir və onların hərəsinin öz yeri vardır. Onlar xüsusi nurdan xəlq edilmişdilər.
[cavab]
Bölmeye qayıt