Ürek, birde sevme menim yerime...
(=KraL=)
1 Okt 2013 / 02:01
Sevəndə o kəsi sev ki, ürəyim,
O, mənim həyatda olsun gərəyim,
Bilmirəm, bu sözü deyim,deməyim,
Ürək, bir də sevmə mənim yerimə!...
Sən sevdin, nə olsun, sonu nə oldu?
Gözlərim hey yaşla boşaldı,doldu,
Sevmək ayrılığa aparan yoldu,
Ürək, bir də sevmə mənim yerimə!...
Sevəndə aglimla sevəcəm daha,
O zaman ümidim olar sabaha,
Daha tapşırıram səni Allaha,
Ürək, bir də sevmə mənim yerimə!...
Nə eşqə inam var, nə sənə güman,
Sən sevsən, bu dərdə tapılmır dərman,
Bu gündən könlümə verilir fərman,
Ürək, bir də sevmə mənim yerimə!...
Sevməkdə bir daha mənə gərəkmə,
Həsrətdən ağlayıb göz yaşı tökmə!
Mən özüm sevərəm, sən zəhmət çəkmə!
Ürək, bir də sevmə mənim yerimə!...
Sevəndə həmdəmin olur kədər,qəm
Sənsən bu dərdlərə dözən,bilirəm,
Çarəm yox, mən sənə əmr eyləyirəm,
Ürək, bir də sevmə mənim yerimə!..
[cavab]
ViP_MeLeK
1 Okt 2013 / 02:16
Vauuuu superdi
[cavab]
wiyin
1 Okt 2013 / 02:21
Eladi twk
[cavab]
*Sesi**
1 Okt 2013 / 02:26
(=KraL=), ellerive sagliq . Super
[cavab]
(Z*A*K*O*N)
1 Okt 2013 / 02:50
(=KraL=),
[cavab]
____SERAP____
1 Okt 2013 / 04:05
(=KraL=), Çox gözeldi...!
Her hansi şaire aiddise çox menali yazmiş. Ve sene tşekkür ki,bunu canlandirdin
[cavab]
_DeAtH_PaCHKeR_
1 Okt 2013 / 05:28
Gedðr
[cavab]
aynur653*
1 Okt 2013 / 06:52
Suppa qeseng serdi
[cavab]
Bölmeye qayıt