..::Həzrət Əlinin (ə.s)::..

pol aze 30 Sen 2013 / 17:04
Həzrət Əlinin (ə.s) iman və ibadəti..
İbadət Allaha tə’zim və Ondan qeyrilərinə göz yummaqdır. Ruh üçün ən böyük fəzilət Allaha sitayiş və Onunla yaxınlığa sə’ydir. İbadət zəruri şərtlər ödənməklə yerinə yetirilərsə, olduqca böyük məqam və iftixar əldə edilər.
Təqva maddi və fani dünyadan uzaqlaşmaq, ruhani və əbədi aləmə üz tutmaqdır. Təqva ilə zinətlənmiş iman həqiqi imandır. Xaliscəsinə, riyasız yerinə yetirilən ibadət insanı yəqin mərtəbəsinə çatdırır.
Yuxarıda deyilənləri nəzərə alsaq, əmin olarıq ki, həzrət Əli (ə) iman, təqva, zöhd, ibadət və yəqin baxımından misilsiz olmuşdur. Həzrət Peyğəmbər buyurur: «Əgər tərəzinin bir gözünə səmalar və yer, o biri gözünə Əlinin (ə) imanı qoyularsa, şübhəsiz ki, onun imanı ağır gələr».
Həzrət Əli (ə) Allaha eşq və məhəbbətlə ibadət edirdi. O, vəzifəni öhdəsindən götürmək üçün yox, həqiqi məhbubunu layiq bildiyi üçün ibadət edirdi. Həzrət ibadət edərkən öz mə’budunun dilrüba camalından başqa bir şey haqqında düşünmürdü.
Həzrət Əli (ə) təqva və ibadətdə o qədər çalışqan idi ki, həzrət Peyğəmbər (s) onun tündlüyündən gileylənənlərə belə buyurmuşdu: «Əlini (ə) məzəmmət etməyin. Çünki o, Allah aşiqidir».
Həzrət Əli (ə) münacat edərkən qulağı eşitməz, gözü görməzdi. O, dünyanı unudar, bütün diqqətini həqiqi mə’buda yönəldərdi. Məşhur bir rəvayətə görə döyüşlərdən birində həzrətin ayağına batmış oxu namaz qıldığı vaxt ayağından çıxarırlar və həzrət bundan xəbər tutmur.
Həzrət Əli (ə) dəstəmaz alarkən təpədən dırnağadək əsərdi. Mehrabda namaza durduğu vaxt bədənini titrətmə bürüyər, Allahın əzəməti qorxusundan gözlərindən yaş süzülərdi. Həzrətin səcdələri uzun idi. Onun səcdəgahı daim göz yaşlarında nəm olardı. Şair bu barədə deyib:Namazda gözündən axırdısa yaş,
Çöhrəsi gülərdi qopanda savaş.Həzrət Peyğəmbərin (s) səhabələrindən olan Əbu-Dərda belə deyir: «Qaranlıq bir gecədə xurma bağından keçirdim. Allahla münacat edən bir şəxsin səsini eşitdim. Yaxınlaşdıqda gördüm ki, bu Əlidir (ə). Ağacın arxasında gizləndim. O qorxu və həyəcan içində həzin bir səslə minacat edirdi. Cəhənnəm odundan Allaha pənah aparıb, bağışlanma diləyirdi. Həzrət o qədər ağladı ki, hiss və hərəkətdən düşdü. Düşündüm ki, bəlkə yatıb. Yaxına getdim, onu quru ağac kimi gördüm. Tərpətmək istədim, amma tərpənmədi. Düşündüm ki, yəqin dünyasını dəyişib. Tələsik onun evinə qaçıb, ölüm xəbərini verdim. Həzrət Zəhra (s) soruşdu ki, onu nə vəziyyətdə görmüşəm? Mən gördüyümü danışdım. Həzrət Fatimə (s) buyurdu: «O ölməyib, Allah qorxusundan qəşş edib».(Əmali,18-ci məclis,9-cu hədis)
Həzrət Əli (ə) vacib namazlardan əlavə nafilə namazları da qılırdı. Heç vaxt gecə namazını tərk etmirdi. Hətta savaş zamanı da bu ibadəti yerinə yetirirdi. Ləylətul-hərirdə sübhə yaxın həzrət üfüqə baxarkən İbn-Abbas soruşdu: «Məgər o tərəfdən nigarançılığın var? Yoxsa orada düşmənlərin pusqu qurub?» Həzrət buyurdu: «Yox, bilmək istəyirəm ki, namazın vaxtı çatıb, yoxsa yox».

ALLAH Taala bizləri həqiqi Əli (ə) aşiqlərindən qərar versin,o yoldan ayrı salmasın.. İnşəAllah Amin!

[cavab]

pol (=AyaN=) 30 Sen 2013 / 17:06
Bir wey anlamadim

[cavab]

pol aze 30 Sen 2013 / 17:08
(=AyaN=), Allah razi olsun

[cavab]

pol VIP_AZERBAIJAN 30 Sen 2013 / 17:09
Bu nedi qisa yazinda oxumaga heves gelmire

[cavab]

pol aze 30 Sen 2013 / 17:09
VIP_AZERBAIJAN, Allah razi olsun,eger oxumaq istemirsense oxuma qardaw,mecburi deyil

[cavab]

pol (=AyaN=) 30 Sen 2013 / 17:10
aze, senden de(melumatcun

[cavab]

pol aze 30 Sen 2013 / 17:11
(=AyaN=), Amin

[cavab]

pol O(e)GELECEK 30 Sen 2013 / 18:43
(=AyaN=), anlamaq ucun gerer allahi taniyasan peygemberin taniyasan imamin taniyasan huccetin taniyasan wer o deyil ki muselmansan

[cavab]

pol O(e)GELECEK 30 Sen 2013 / 18:45
aze, movzuya gore chox sagol exi allah razi olsun allahu teala mizleri dunya ve axiretde eli eleyhissalama xatir bagiwlasin

[cavab]

pol O(e)GELECEK 30 Sen 2013 / 18:47
allah teala buyurub butun insanlar elinin heqqin tanisaydi men cehennem odun xelq etmezdim

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1733 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az