Töhid Mufazəl risaləsi(1). Yalnız Rəbbinə sidq ilə bağlı olanlar baxsın!

pol PReZiDeNT 28 Sen 2013 / 23:50
Töhid Mufazəl Allah-
Təalanın isbatı, onun
bilik, qüdrət və hikməti
haqda İmam Sadiq (ə)
tərəfindən söylənilən və
ən faydalı mətləbləri
ehtiva edən risalədən
ibarətdir.Mufazəl özü
İmam Cəfəri Sadiq (ə)
yaxınlarından olub.O,
İmamın izni ilə
danışıqları yazı halına
salıbdır. Bu risalədə
çatdırılan sözlər hamıya
faydalıdır. Allahı tanıyan
və ilahi ayələrin
böyüklüyünü dərk edən
hər kəs üçün vacib və
lazımlıdır. Seyid İbn
Tavuz "Kəşvəl
mühəccəsin"də öz
oğluna tövsiyə edir ki,
bu risaləni oxusun. O,
başqa yerdə buyurur:
"Müsafirətə gedənin
(yola çıxanın) yanında
kitab olmalıdır. Bu
kitabların biri Töhid
Mufazəldir". Bu risalənin
təbərrük olmaq üçün bir
neçə hissəsinin
tərcüməsini ixtisarla
təqdim edirik. Risalənin
müqəddiməsində
deyilir: "Bir gün gün
batan çağı Peyğəmbər
(s)-ın məscidində
oturmuşdum.
Peyğəmbərin əzəməti
və Allahın həmin böyük
insana bağışladığı şərəf
və fəziləti haqqında
düşünürdüm. Birdən-
birə o zamanın tanınmış
dinsizlərindən biri İbn
Əvil Əvcə içəri girdi. Elə
yerdə oturdu ki, mən
onun sözlərin eşidirdim.
Oturduqdan sonra
yoldaşlarından biri də
gəldi və onun yanında
oturdu. İbn Əbil Əvcə və
yoldaşı ilə Peyğəmbər
(s) haqqında bir qədər
danışdılar. Bu sözlərdən
sonra dünyanın
yaradanından danışdılar
və dedilər: "Dünyanın
yaradanı yoxdur. Bütün
dünya təbiətdən yaranıb
və hər bir zaman belə
olub, belə də olacaqdır".
Allahın rəhmətindən
uzaq qalan o adamdan
bu sözləri eşidərkən
əsəbimi gizlədə
bilməyib dedim: "Ay
Allahın düşməni! Zındıq
və dinsiz olmusan. Belə
yaraşıqla səni yaradan
Allahı danırsan. Allah
səni cürbəcür hallardan
keçıirib və bu görkəmə
çatdırıb. Düşünüb
özünün hisslərinə rucu
et (yəni nəzər et). Yəqin
ki, Allahın vücudunun
dəlilləri və onun
yaratdığı əsərlərin izi
səndə gözə çarpacaq.
Allahın qüdrəti, bilik və
hikməti səndə
göstərəcəkdir". İbn Əbil
Əvcə dedi: "Ay kişi, sən
mütəkəllimlərdənsənsə
(yəni alimlərdən), sənlə
onların diliynən danışım.
Sən bizi razı salsan,
sənin dininə gələcəyik.
Mütəkəllimlərdən
deyilsənsə, sənlə
danışmaq bizə faydalı
deyil. Cəfər İbn
Muhammədin (ə)
yoldaşlarındansansa, O,
özü bizlə belə danışmaz.
O, bizim sözlərimizi
səndən qabaq dəfələrlə
eşidib, ancaq bizə
yaman söz deməyib,
bizə cavab verdikdə
əndazədən kənara
çıxmayıb. O, səbrli,
düşünən və
mətanətlidir. Bizim
dəllilərimizi eşidər,
sözümüzə qulaq verər,
ən az sözlə bizim
dəlillərimizə batil
damğası vurub, ən qısa
sözlərlə hüccəti bizə
qurtarar. Və biz ona
cavab verə bilmərik. İndi
sən onun
əshabındansansa,
bizimlə gərəkli olan kimi
danış". Mən kədərli
halda məsciddən çölə
çıxdım. Müsəlmanların
bu mülhidlərin (yəni
dinsizlərin) sözlərinə
qulaq asmasına pis
olurdum. Sonra ağam
İmam Sadiq (ə)-ın
xidmətinə yetişdim.
İmam mənim əhvalımı
pis gördükdə soruşdu:
"Sənə nə olub?" Mən o
Allaha inamayanların
sözlərini İmama
söylədim. İmam
buyurdu: "Sənlə Allahın
hikmətindən və
dünyanın
yaranmasından,
heyvanlar, yırtıcılar,
həşəratlər, quşlar,
toyuqlar, insandan
tutmuş əhli-vəhşi
heyvanlar, göy-
göyərtilər, meyvəli və
meyvəsiz ağaclar və
göyərtilər haqqında
danışacağam. İbrət
alanlar ondan ibrət alıb
mömün olacaqlar. Dinsiz
və kafirlər ona uyub
heyran qalacaqlar. Sabah
səhər çağı mənim
yanıma gəl, səni
gözləyirəm". Bu ələ
düşməyən fürsətdən
sevinib evə gəldim. O
həyat bağışlayan vədə
çatınca, gecə mənə uzun
gəldi. (Ardı var)

[cavab]

pol Ayla 29 Sen 2013 / 00:12
PReZiDeNT, ardi ne vaxt olacaq?

[cavab]

pol PReZiDeNT 29 Sen 2013 / 00:16
Ayla, bunu bir oxuyan olsun ki, ardı gəlsində

[cavab]

pol Ayla 29 Sen 2013 / 00:40
PReZiDeNT, men oxudumdaa

[cavab]

pol PReZiDeNT 29 Sen 2013 / 00:44
Ayla, 1 adamla iş düzəlmir istəsən inboxa yazaram ardın

[cavab]

pol A_ceyhun 29 Sen 2013 / 00:44
twk ardi burda olacag yoxsa teze movzuda?

[cavab]

pol PReZiDeNT 29 Sen 2013 / 00:53
A_ceyhun, çox istənilsə elə burda olacaq qaqaş

[cavab]

pol Djaka 29 Sen 2013 / 02:41
PReZiDeNT, özvi naza qoymada brat yazda

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.182 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az