Hisslərin mübahisəsi.. by ErRoR_KaYFaRiK

pol ErRoR_KaYFaRiK 26 Sen 2013 / 01:08
Bir gün hislər mübahisə etməyə
başlayırlar: Kim güclüdür?
- Mən güclüyəm - deyə Nifrət
sözə başladı - mən insanı hər şeyə
sövq edə bilərəm. Mənim
sayəmdə Xəyanət və Acıq
yaranıb.
Qısqanclıq dedi: Xeyr, mən
güclüyəm. Düzdür, mənim
sayəmdə heç bir hiss
yaranmayıb,amma mən insanı
cinayətə sürükləyə bilərəm.
- Siz nə danışırsınız? - deyə
Tənhalıq acıqlandı - Cinayət nədir?
Mən insanı intihara məcbur edə
bilərəm, deməli mən ən güclüyəm.
Bu zaman Xeyirxahlıq söhbətə
qoşuldu: - Siz niyə belə pis, ağır
şeylər danışırsınız? Mən ən
güclünüzəm, çünki mən həyatda
gözəlliklər yaratmağa kömək
edirəm.
Nifrət gülərək onun sözünü kəsdi:
- Bunlar boş şeylərdir. Əgər hamı
bir-birinə nifrət etməyə başlasa
sənin yaratdığın bu gözəllik kimə
lazım olacaq?
- Mübahisə etməyin - Sevgi dedi: -
Güclü mənəm. Mən yaxşı insanı
pis, pisi isə yaxşı edə bilərəm. Mən
bütün maneələri dəf edərək
hamını öz arxamca apara bilərəm.
- Axı indiki zamanda sevgiyə
qiymət verən yoxdur - Xəyanət
dedi.
- Hə,hə. Sən artıq öz yerini
çoxdaaan itirmisən - deyə Şübhə
Xəyanətin sözlərini təsdiqlədi.
- Deməli hamımız eyniyik?
- Xeyr - deyə Ağıl cavab verdi:-
Bir hiss var ki, heç vaxt öz gücü
ilə öyünmür,ancaq hamınızdan
alidir. O Xəyanətin və Acığın
qarşısını ala bilər, Nifrətdən
qorxmur. O hər birinizdən
güclüdür, çünki qorxu nədir
bilmir.
Bütün hislər qışqırmağa başladı: -
Bu ola bilməz,belə hiss
yoxdu.əgər varsa onda o
hardadı?
- Onun indi sizlərlə mübahisəyə
vaxtı yoxdu. O indi keşik çəkir,
qoruyur, vaxtını boş yerə sərf
etmir. O daim Xoşbəxtliyin və
Sakitliyin keşiyindədi…

[cavab]

pol _Huysuz_ 26 Sen 2013 / 01:16
Axiri superdi

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2015 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az