sonraki pewmanciliq

pol ErRoR_KaYFaRiK 26 Sen 2013 / 01:02
Bir yaşlı qadın günlərin bir günü
oğlunun evinə köçür. Oğlunun
yoldaşı və 4 yaşlı oğlu var imiş.
Qadın çox yaşlı idi, gözləri zəif
görürdü, əlləri əsirdi. Hər axşam
bütün ailə ilə birlikdə masa
arxasında əyləşib nahar edərdilər.
Yaşlı qadının əlləri əsdiyindən
yemək yeyərkən əziyyət çəkirdi,
çox vaxt isə yeməyi süfrəyə
dağıdardı. Bir neçə gündən sonra
bu hal oğlu ilə gəlini narahat
etməyə başlayır. Oğlu bu hala bir
çarə tapır, çarə isə otağın
küncündə balaca stol qoymaq və
anasının orada yemək yeməsi idi.
Yaşlı qadın hər axşam gözüyaşlı
tək küncdə yerləşən stolda nahar
edirdi. Yeməyi isə taxta qabda
verilirdi. Balaca uşaq hər şeyi
görüb başa düşürdü.
Bir gün atası uşağın taxtalarla
oynadığını görür. "Oğlum nə
düzəldirsən?" deyə soruşduqda.
Uşaq tam əmin şəkildə və
gülümsəyərək: "Ata taxtadan
anamla sənə qab düzəldirəm, mən
böyüyəndə siz bu qabdan yemək
yeyəcəksiz" deyə cavab verərək
başını aşağı salıb işinə dəvam
edir. Uşağın cavabına donub
qalan ata və ana nə deyəcəklərini
bilmədilər. Hər ikisi də böyüş
peşimançılıq hissi keçirir. H'əmin
axşam oğul anasının qoca
titrəyən əllərindən tutaraq onu
masa arxasında əyləşdirir və çox
peşiman olduğunu etiraf edir. O
gündən yaşlı qadın süfrəyə
yemək dağıtsa belə evdə heç kəsi
narahat etmirdi.

[cavab]

pol semi007 26 Sen 2013 / 01:08
superdi qaqa.gerek hele ogula usaq hele cavab versin

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.151 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az