Təklərin ad günü qeyd olunmaz!
ErRoR_SySTeM
24 Sen 2013 / 23:21
Təklərin Ad günü Qeyd olunmaz!
Bu gün yenə yapayalnız bir ad gününə oyandım. Bir il daha köhnəldi xatirələr. Bir il daha köhnəldim. Dəyişməyən tək şey təkliyim, bədbəxtlik həyatımın tam da açıqlaması oldu artıq…
Sıradan bir günmüş kimi bu günü də bitirmək istəyirəm. Ağılıma gəlməsin deyə təqvimlərə baxmıram. Şeirlərə toxuna bilmirəm. Xatırlayanlar olur bəzən. Dostum, yoldaşım… Xoşbəxt olmuram demirəm təbii. Lakin onun yerini tutmur heç kim. Saniyə saniyə sayıram. Bir mesaj, bir əlamət gözləyirəm, unudulmadığıma dair.Gəlmir, heç cür gəlmir…
Təkliyə məhkum edilmiş ürəyim, ömürü boyunca acı çəkməyə dözə biləcəkmi, bilmirəm. Ağır ağır azalır həyata ümidi, hiss edirəm… Gecələri yuxularımı bölən peşmanlığım, itirir məni zamanla. Gözlərimdə ən acı yaşlarla, gözəl günləri görə bilmədən çatıram payıza. Azalır mövsümlərim. Mən ona həmişə baharım demişdim.O sonum oldu. İndi isə çöldə payız, içimdə qış var. Üşüyürəm bu sənsiz şəhərin ağ küçələrində. Görən anlamır halımdan. Mənim qucaq dolusu təkliyim var. Anlamırlar.
Sözlər damlarkən dodaqlarımdan boş kağızlara. Hər cümləmə bir az eşq, bir az nifrət qarışır. Baxma sən mənim bu sitəmli yazılarıma. Səni günahlandırmıram. Qızmıram. Mən səhvlərimin əvəzini ödəyirəm. Unutma, eşqdə hiylə edənlər əsla xoşbəxt ola bilməz. Və təklərin ad günü heç bir zaman qeyd olunmaz.
Remzi Tutak
[cavab]
anominka
24 Sen 2013 / 23:33
Hmm...twk.maragli idi
[cavab]
ErRoR_LoGiN
24 Sen 2013 / 23:42
Twk
[cavab]
ErRoR_FiGhT
25 Sen 2013 / 00:06
Qesey...
Ele menim ad gunumde yazmisan... :(
[cavab]
NURK@
25 Sen 2013 / 00:24
basqa soz ola bilmez ellerine sagliq
[cavab]
*medine*
25 Sen 2013 / 00:29
Superdi sebuw
[cavab]
Bölmeye qayıt