*Sevmek NeCe olur*
BerryBlack
24 Sen 2013 / 21:56
Nə qədər asandır "SƏNİ SEVİRƏM" deyə bilmək..
Nə qədər asandır qarşımızdakının gözlərinin də dərinliklərinə baxarkən bu sözü pıçıldamaq.
Nə qədər asandır qarşımızdakını sevgimizə inandırmaq.
Nə qədər asandır bir şeylərin tutulduğu yerdə "bu olmadı, məndə şansımı başqa sevgililərdə sınayaram" deyə bilmək.
...........SƏNİ SEVİRƏM........
Görəsən neçə adam bu sözü söyləyərkən inanaraq söyləyir?
Görəsən neçə adam sevgini ən gerçək və ən sadə halıyla hiss etdirir ürəyində?
Görəsən neçə adam sevgisinin üzərində mənfəət toxumlarının yaşıllaşmasına icazə vermədən sevməyi bacara bilir?
Görəsən neçə adam sevgisini tək bir qadına/kişiyə sıxlaşdırıb, "biri gedərsə digəriylə sevgili olaram" zəifliyinə düşmədən bəsləyə bilir?
Yəqin sevməyi səhv öyrəndik. Səhv mənimsədik.
Sevmək; yalnız sevgiliylə yataqda keçirilən bir neçə saat demək deyil.
Sevmək; yalnız "budur yataq xaricində də birlikdəyik" deyib, sağda solda gəzişmək demək deyil.
Sevmək; yalnız sevgilini qoluna taxıb, ətrafa acıq vermək demək deyil.
Sevmək; yalnız partlamış qarğıdalı yeyərək ya da əl-ələ alovlanaraq film seyr etmək deyil.
Sevmək;Yalnız həftə içi, yalnız həftə sonu, yalnız müəyyən saatlarda görüşmək deyil.
Sevmək; "sevirsə məni buraxıb getməz, gedərsə onsuz da sevmirdi" fəlsəfəsini müdafiə edərək sevgini öz qismətinə tərk etmək demək deyil.
Sevmək; "O mənə necə davransa, mən də ona elə davranaram" demək də deyil.
Sevgidə yalan olmaz, təkrarlanan olmaz, mənfəət olmaz, xəyanət olmaz.
NƏ QƏDƏR MƏNALIDIR "SƏNİ SEVİRƏM" DEMƏK
Sevmək; bəzən heç səbəbsiz, sırf səsini eşitmək üçün zəng etməkdir.
Sevmək; gecənin bir yarısında oyanıb "Səni Çox Sevirəm" mesajı göndərə bilməkdir.
Sevmək; heç gözləmədiyi bir anda, heç bir şey demədən sarıla bilmək, saçlarını oxşaya bilməkdir.
Sevmək; çətin anında yanında olduğunu hiss etdirə bilməkdir.
Sevmək; çətin zamanlarda sözlə deyil, tam dəstək ola bilməkdir.
Sevmək; itirməmək üçün var gücü ilə mübarizə edə bilməkdir.
Sevmək; "təkrar təkrar nə gərəyi var ki" deyə düşünmədən dəfələrlə " Səni Sevirəm" deyə bilməkdir.
Sevmək; avtomobili birdən dayandırıb, küncdəki çiçəkçidən bir çiçək alıb verə bilməkdir.
Sevmək; heç gərəyi yoxkən belə ona kiçikdə olsa bir şey almaq, onu sevindirmək istəyidir.
Sevmək; vərdişlərdən sevə sevə imtina edə bilməkdir.
Sevmək; sevgisi uğruna hər şeyi ayaqlar altına ala biləcək ürəyi daşıya bilməkdir.
Sevmək; sevgisi uğruna hər şeyi ayaqlar altına alaraq, sizə qaçan sevgiliyə ürəyinizi aça bilməkdir.
Sevmək; şərtlər nə olursa olsun, bir dilim çörəyi paylaşa bilməkdir.
Sevmək; maraqlanmaq, maraqlanıldığını bilmək istəməkdir.
Sevmək; darıxmaq, darıxıldığını eşitmək istəməkdir.
Sevmək; başqalarına baxmaq, başqa birilərini düşünmək, başqalarıyla da könül əyləndirməyi əsla düşünməmək, belə bir istəyin içindən gəlməməsidir.
Belə hiss etmirsək,
Sevgimizi belə yaşamırsaq birazca dürüst olaq və kimsəyə "səni sevirəm" deməyək, aldatmayaq həm özümüzü həm də qarşımızdakını.
Dünyada hər şey bu cür çirklənmişkən, buraxaq da heç olmasa sevdalarımız təmiz qalsın.
[cavab]
ROM@NTIK_AWK
24 Sen 2013 / 21:58
Bunun qisa bendi yoxdu oxuyaq sen cani bu şeyiri hardan tapmisan
[cavab]
BerryBlack
24 Sen 2013 / 21:58
ROM@NTIK_AWK, weir deil bunu oxusan yaxwi olar cunki qisasin tapa bilmerem
[cavab]
ROM@NTIK_AWK
24 Sen 2013 / 22:08
BerryBlack, superdii yeni kimdese sevgi nedi bilisen mrn deyrrdim here elerine sagliq
[cavab]
BerryBlack
24 Sen 2013 / 22:09
ROM@NTIK_AWK, beyendinse xowdu
[cavab]
ROM@NTIK_AWK
24 Sen 2013 / 22:15
BerryBlack, beyemmemek olar men doyulmek istemirrem
[cavab]
BerryBlack
24 Sen 2013 / 22:16
ROM@NTIK_AWK, beyenmeyeni doyurler beyem?)
[cavab]
anominka
24 Sen 2013 / 23:30
BerryBlack, hmm ) yaxwi idi ..twk gozelim
red. anominka (24.09 /23:30)
[cavab]
BerryBlack
24 Sen 2013 / 23:34
anominka, xowdu can)
[cavab]
ErRoR_FiGhT
25 Sen 2013 / 00:12
Menali cumlelerdi(((
Twk...
[cavab]
Bölmeye qayıt
0.1557 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az