..::HEDISLER::..

pol aze 23 Sen 2013 / 18:32
Qız övladları rəhmət, oğlanlar isə nemətdir. Allah nemətə görə sorğu-sual edər, rəhmətə görə isə mükafatlandırar...
- İmam Sadiq (ə)

“Həqiqətən, insan günah edərkən ona sübhdən gecəyə qədər möhlət verilər. Əgər tövbə edərsə, bu günah ona yazılmaz.”
- İmam Sadiq (ə)

İmam Sadiq (ə):«Bir kişi peyğəmbərin yanına gəlib ərz etdi:«Ey Allahın Rəsulu. Günahlarım çoxalıb, əməllərimsə zəifləyib və azalıb.» Allahın Peyğəmbəri (s) buyurdu:«Çox səcdə et. Çünki külək ağacların yarpağını tökdüyü kimi, səcdə də günahları tökər.» Əmali-Səduq,səh.404 , hədis4

Hz. Əli (ə.s): “Girə bilmədiyin könül sənin deyildir, könül yalnız könül verməklə alınar, könül istəyirsənsə, öncə könlünü verəcəksən...”

Hz. Muhəmməd (s): “Namazda olduğun müddətdə Qadir padşahın evinin qapısını döyürsən. Kim padşahın qapısını çox döysə, axırda qapı onun üzünə açılacaqdır...”

Hz. Muhəmməd (s) buyurur: “Bir bəndə öldükdə camaat deyər: “Özündən sonra nə qoydu getdi?” Və mələklər deyər: “Özü ilə nə gətirdi?”

Həzrəti Əli (ə):
“Allah-Taala qadının çöhrəsini (və gözəlliyini) onun üzündə, kişinin çöhrəsini (və gözəlliyini) isə onun dilində qoyub.”


Hz. Peyğəmbər (s): “Sizlərdən kimsə Allahı ilə söhbət etmək istəyəndə Quran oxusun.”

Allahın Peyğəmbəri (s): «Çoxlu Qur‘an oxumağı və Allahı çox yad etməyi sənə tövsiyə edirəm. Çünki bu, sənin üçün səmada ad (və şöhrət) və yerdə nurdur.» əl-Xisal, səh.525 , hədis13

Hz. Eli (e) : Qelb temiz olarsa, dilden gözel sözler çixar !


Allah-təala beş xüsusiyyət mənə və beş xüsusiyyət də Əliyə (ə) verib; mənə mükəmməl sözlər, Əliyə isə mükəmməl elm əta edib, mənə peyğəmbərlik, Əliyə (ə) isə imamlıq verib, mənə Kövsər hovuzunu, Əliyə (ə) isə Səlsəbili bəxş edib, mənə vəhy göndərib, Əliyə (ə) isə ilham, məni göyə apardı, Əlidən (ə) ötrü isə göyün qapılarını açıb gözləri önündən pərdələri götürdü.Həzrəti Məhəmməd s.a.s

İmam Zaman ağanın (ə.f.) Əhli-beyt (ə) ardıcıllarına tövsiyələri:

1. Allahdan qorxun, təqvalı olun.
2. Bizə sizi fitnədən və imtahandan xilas etməyə kömək edin.
3. Vəd verirəm ki, əgər bir şiə təqvalı olsa və lazım olan şeyi malından ayırsa, azdırıcı fitnələrdən və zülmət çətinliklərdən amanda qalacaq.
4. Əgər ardıcıllarımızdan biri Allahın ona verdiyi maldan Onun göstəriş verdiyi şəxslərə verməyə paxıllıq etsə, dünya və axirətdə zərərə uğrayacaq.
5. Əgər bizim ardıcıllarımız onlardan alınan əhdə sadiq olsalar, bizim onlarla görüşümüz təxirə düşməyəcək.
6. Bizim zühurumuz yalnız şiələrin pis rəftarlarına görə təxirə düşür. Onalrın etdiklərindən biz xəbərdarıq.
7. Allahdan qorxun, bizə itaət edin, doğru yoldan sapmayın.
8. Niyyətinizi - sizə dediyim aşkar sünnəyə uyğun olaraq- dostluqla bizə qaytarın.
9. Sizin malınızı pak olmayınca (xüms, zəkat ayrılmayınca) qəbul etmərəm… Kim istəyir əməl etsin, istəməyən əməl etməsin. Ona görə ki, bizim sizin varınıza ehtiyacımız yoxdur.
10. Zühurun vaxtını yalnız Allah bilir. Bunun vaxtını təyin edənlər yalançılardır.
11. Baş verən hadisələrdə müctəhidlərə müraciət edin. Ona görə ki, onlar mənim sizə höccətlərimdir. Mən də Allahın onlara höccətiyəm.
12. Qeybdə olduğum zaman məndən faydalanmaq, üzərini buludların örtdüyü günəşdən faydalanmağa bənzəyir.
13. Sizə xeyri olmayan mövzular barədə soruşmayın. Sizdən istənilməyən mövzuları mənimsəməklə özünüzü sıxıntıya salmayın.
14. Zühurumun tez baş verməsi üçün (fərəc üçün) çox dua edin. Bu, elə sizin qurtuluşunuzdur.
15. Hər kəs icazəmiz olmadan bizə aid olan malı (xüms, zəkat, vəqf) mənimsəsə - zalımdır və Qiyamət günündə ondan şikəyət edəcəyik.
16. Bilmirsinizmi, Allah Təala Həzrət Adəmdən indiyədək xalq üçün sığınmağa daldalanacaq seçib, hidayət olunmağa bələdçi təyin edib. Hər vaxt onlardan bir əlamət gizlənsə, yeni bir əlamət zahir olur. Hər vaxt onlardan bir ulduz qürub etsə, yeni bir ulduz doğur. Allah Təala İmam Həsən Əsgərini özünə sarı apardıqdan sonra Özü ilə insanlar arasında əlaqəni kəsdiyini düşünməyin. Heç vaxt belə hadisə baş verməyib və Qiyamətə qədər də baş verməyəcək.
17. Bilmirsinizmi, Yer üzü Allahın höccətindən boş olmaz. İstər həmin höccət gizli olsun və istərsə də aşkar.
18. İnsanlar nəfsani istəkləri özündən uzaqlaşdırmalıdır. Qeyb dövründən öncəki kimi rəftar etməlidirlər. Onlardan gizlədilən şeyin arxasınca getməməlidirlər… Bilin, haqq bizmlədir və bizim yanımızdadır.

Mənbə: Əllamə Məclisi “Məhdi-e Moud”


Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizlərdən hər hansı biriniz Allahla danışmaq istəyirsə, Quran oxusun. Elmin əvvəlini və axırını (öyrənmək) istəyənlər gərək Quran oxusunlar.” İmam Əli (ə) buyurmuşdur: “Ən fəzilətli zikr Quran oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur.” Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həddi-büluğa çatmamışdan qabaq Quran oxuyanlara, şübhəsiz ki, hikmət verilmişdir.”
red. aze (23.09 /18:41)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1674 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az