_qisqancliq__
*_MeRMaiD_*
22 Sen 2013 / 19:30
Qısqanclıq hekayesi buyurun
oxuyun
İki il əvvəl evlənmişdilər. Oğlan
ədəbiyyatı və şeri çox sevirdi.
Yazılarını və şerlərini
internet səhifələrinə ,
qazetlərə göndərirdi. Lakin,
hələki yazıları oxucular
tərəfindən
yetərincə sevilmirdi. Bundan
əlavə oğlan çox gözəl
fotografdır. Öz toy gününün
şəkillərinin əksəriyyətini də
özü çəkmişdir. Ədəbiyyata və
şerə olan sevgisindən
fotograf sənətini 1 yana
atmışdır. Yoldaşını çox sevirdi
və bu sevgi qarşılıqlı idi. Amma
qız
bir az səbirsiz və küsəyən idi.
Kiçik şeylər üstündə dava salar
yoldaşı ilə günlərlə
danışmazdı. Oğlan daha səbirli
və həmişə barışdırıcı olmağa
çalışardı. Bu gün qız yenə
yoldaşının sevmediyi bir işi
görməsini istəyirdi. Qız: "3 gün
sonra rəfiqəmin toyudur.
Məndən şəkilləri sənin
çəkməyin üçün xahiş ediblər.
Üstəlik artıqlaması ilə pul
ödəyəcəklər."
Oğlan: "Bu günlərdə vaxtım
yoxdur."
Qız: "Off.... yenə vaxtın yoxdur.
Bu roman yazmaq işini bir yana
qoy. Onsuzda onun üçün çox
vaxtın olacaq. Istəyirəm ki,
rəfiqəmin toy şəkillərini sən
çəkəsən."
Oğlan: "Xeyr!"
Qız: "Nə olar ki sadəcə 1 gün."
Oğlan:"Dedim ki yox!"
Qız: "3 gün içində ya mənim
təklifimi qəbul edəcəksən ya da
hər şeyə son qoymalıyıq
deyib otaqdan çıxdı." Son iki
gün qız yoldaşı ilə danışmır,
onun suallarını cavabsız qoyur,
hətta onunla 1 otaqda
belə oturmurdu.
Və 3 cü qecə...............
Oğlan: "Danışmağımız
lazımdır."
Qız: "Əgər toy haqqında
danışacaqsansa qulaq asaram."
Oglan: "Xeyr amma çox mühüm
bir söhbətdir." Qız yenə cavab
vermir. Oğlan: "Bir qızla tanış
olmuşam. Məni çox sevir. Çox
xoş xasiyyəti
var . İstəmədiyim şeylri mənə
məcbur etdirmir. Həmdə mənim
yazılarımı dəstəkləyir
və bir gün məşhur 1 yazıçı
olmağıma inanır."
Qız yoldaşının sözlərindən çaş-
baş qalmışdır. Göz yaşlarını
gizlətməyə çalışsada iki damla
yaş yanağına düşdü. Oğlan
əlini pijamasının döş cibinə
ataraq davam etdi:"Şəkilini
çəkmişəm. Baxmaq istəyirsən?"
Qız yaşla dolmuş tərs
baxıslarını oğlana yağdıraraq
"İstəmirəm! Lazım deyil!":dedi
Oğlan işığı söndürüb yatagına
girdi. Qız isə yata bilmirdi.
Yuxusu qaçmışdır. Bir zamanlar
özü yoldaşına həmin qız kimi
davranmışdır. Onu daima
sevəcəyini və nə olursa olsun
həmişə dəstəkləyəcəyini və'd
etmişdir. Verdiyi
və'dləri nə tez unutmuşdur, nə
tez dəyişmisdir. O günlərə
qayıtmaq, sevgisini yenidən
geri qazanmaq istəyərdi. Təkrar
ağlamağa başladı. Sonra gözü
yoldaşının döş gibində olan
şəkilə sataşdı. Maraqdan və
qısqanclıqdan şəkilə baxmaq
istəyirdi. Yavaşca əyilib şəkili
pijamanın döş cibindən
çıxartdı.
Baxdı.....
Doyunca ağlamaq istədi.....
Doyunca gülmək istədi.....
Çox gözəl çəkilmiş 1 şəkil idi.
Qız da çox gözəl idi. Öz şəkili
idi. Özünün xəbəri olmadan
çəkilmiş 1 şəkil. Qız sevincək
halda əyilib sakitcə
yoldaşının yanağından öpdü.
Oğlan dodaqaltı gülümsədi.
Lakin özünü yatmış kimi
göstərdi..
[cavab]
DuA_eDeN_eLLeR
22 Sen 2013 / 19:35
aaaa CoooX MaRaQLiDi,Ne GoZeL HeReKeT eDiB oGLaN=((
[cavab]
*_MeRMaiD_*
22 Sen 2013 / 19:44
DuA_eDeN_eLLeR, oxudugunuza gore tewekkur
[cavab]
*_ALiK_*
22 Sen 2013 / 20:04
Axira qeder oxudum çox gözeldi
[cavab]
*_MeRMaiD_*
22 Sen 2013 / 20:14
*_ALiK_*, twk
[cavab]
Angel
22 Sen 2013 / 20:21
maraqli idi...
[cavab]
NURK@
22 Sen 2013 / 20:23
[cavab]
A_ceyhun
22 Sen 2013 / 21:20
maragldi
[cavab]
Ayla
22 Sen 2013 / 21:37
qeweey
[cavab]
SOSU
22 Sen 2013 / 21:45
Nik satiRam 12 azn 36 seviye isteyen inboxa.
[cavab]
Bölmeye qayıt
0.2073 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az