**** HAVA
-V-E-L-I-
21 Sen 2013 / 13:55
Qarşıdan gələn qış Avropaya
anomal şaxtalar gətirəcək.
Soyuq havaların əsrlik rekordu
qıracağı da istisna edilmir.
Trend-in məlumatına görə, bu
barədə Rusiyanın "Novıye
isvestiya" qəzeti xəbər verir.
Proqnozlar iqlim indekslərinin
hesablanmasına əsaslanır. Bu
qış Artktikadan daxil olan hava
kütlələri Avropa üzərində bir-
birinə qarışacaq ki, bunu da
nəticəsində şiddətli şaxtalar
olacaq. Bundan başqa, həmin
dövrdə Günəşin aktivliyi də
azalacaq.
Qəzetin yazdığna görə, belə
soyuq hava şəraiti Rusiyada
müşahidə olunmayacaq. Belə
ki, ölkə regionlarının
əksəriyyətində qarşıdakı qış 70
faiz ehtimalla iqlim normaları
səviyyəsində olacaq. Bu zaman
yalnız Uzaq Şərq istisna təşkil
edir ki, orada havanın
temperaturu çoxillik iqlim
rəqəmlərindən aşağı düşə bilər.
Xatırladaq ki, ötən mövsüm
Avropada baş verən
görünməmiş şaxtalar yüzlərlə
insan həyatını məhv etmişdi.
İtaliyada qar yığınları bir neçə
kilometrlik tıxaclara,
aviareyslərin və futbol
matçlarının ləğv edilməsinə
səbəb olmuşdu. Böyük
Britaniyada isə fevralda yağan
qar nəticəsində demək olar ki,
ölkənin bütün avtomobil
yollarında hərəkəti iflic etmişdi.
[cavab]
Bölmeye qayıt
0.1357 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az