Biz kirletdik indiki dunyani((

pol MaraZ 21 Sen 2013 / 10:22
Qabaqlar nə "Face" bilərdik nə də "Twitter".
Nə Jenifer Lopez`i tanıyırdıq, nə də Justin
Bieber`i. Bir Angelina Jolie var idi bir də Brad
Pitt. Mobil telefonlarla, "Whatsapp"la
böyümədik biz. Pokemonlarla böyüdük.
Cedrik`lə böyüdük. Digərlərindən fərqlənən,
Face`də 3000 dənə dostu olan və statuslarına
2000 like gələn deyildi. Ən çox kimin topu var
idisə o idi digərlərindən fərqlənən "11 duş"
oynayanda. Məhlədə toz içində oynuyurduq,
yıxıla-yıxıla böyüyürdük, dizlərimiz qanayırdı.
Qabıq tutanda da yaranı qopartmağı sevirdik.
Qar yağanda lambir tapıb, üstündə oturub,
buzda sürüşərdik. Əzələli və yaraşıqlı oğlanlar ;
seksi və gözəl qadınlar deyildi xəyalımızdakı
insanlar. Ana və atalarımızdı.. Həmişə onlar
kimi olmaq istəyirdik. Əvvəllər gerçək
olmadığını bildiyimiz halda "Qulyabani"dən
qorxardıq. Bizi "Bunu eləməsən interneti
bağlayacam, luna parka aparmayacam!" kimi
şeylərlə qorxuzmurdular. Kəndə gedəndə
ağaca dırmanmaq idi ən böyük xəyalımız,
"necə edim daha çox diqqət çəkim" kimi bir
şey deyildi. Birindən xoşumuz gələndə ona
məktub yazardıq, günlərlə necə bu məktubu
verəcəyimizi düşünərdik, partada adımızın
baş hərflərin yazardıq, daha Face`də profilini
axtarmazdıq. Dürtməzdik. Dostluq atmazdıq.
Ən azından xoşumuza gələn qızında gic stili,
15 sevgili ilə təcrübəsi, "Balamın balasının
balasıyam" kimi ləqəbi və yekə iplərdən ibarət
şuzikləri olmazdı. Ən azından düşünə bilən qız
Face`də oğlanlarla rahat söyüşlə danışa bilən
qız sayılmazdı. Ən azından bir qıza baxanda
seks qoxusundan çox, gül qoxusu alardıq.
Ağlımıza gəlmirdi. İndi sosial şəbəkələrdə
müəllimlər şagirdləriylə dərsdən başqa hər
şeydən danışır. Hanı indi o bloklarda "fişka"
oynayan uşaqlar? "Love is" saqqızının
şəkillərini yığan uşaqlar? Samakat düzəltmək
üçün paselnik axtaran uşaqlar? Evə çörək
aparmağı, yıxılanı qalxızmağı "Kişilik" bilirdik.
İndi, bəziləri siqaret çəkib, Face`də like yığıb,
küçədə qızlara söz atmağın "Kişilik" olduğu
düşünülür. Ən bahalı telefonu işlətməyin,
planşetinin olmağının, ipodunun olmağının,
"BBM", "Face", "Twitter", "Whatsapp" hesabları
olmağının, Malakanda yatmağın, "Bombalıq"
sayıldığı bir gündəyik yəni. Çox yox, 4-5 il
bundan qabaq idi dediklərim. Biz böyüdük və
kirləndi dünya? Nə oldu axı bu qədər
dəyişəcək? Keşkə yenə dəcəl bir uşaq olsaydıq
və yenə dizlərimiz qanasaydı"..

[cavab]

pol muamar 21 Sen 2013 / 11:12
Duzdu gerek face zad olmasaydı yene ounuyardıq yene yıxılıb dizlerimiz qanasydı topu ağaza atıp sora goturmurduk ki ağacdan yıxılarıq sora soyuw qoyurdular uwaq soyuwleri topu goturmuyen itdi ve s. Mecbur olub gotururduk

[cavab]

pol 10suz_1_Heyat 21 Sen 2013 / 12:51
MaraZ, qaqa halaldi ela yazmisan.

[cavab]

pol semi007 21 Sen 2013 / 12:54
qaqas halaldi sene düz yazmisan.twk

[cavab]

pol -[FERMER]- 21 Sen 2013 / 12:55
Qaqa kaw senin kimi dunya qrdri bilenler cox olardi.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.163 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az