Acı bir sevgi hekayəsi

pol _Hack_ 20 Sen 2013 / 05:34
Hüznlü sevgi Gənc bir qız ağır bir
xəstəliyin
pəncəsində son günlərini yaşayırdı.
Yaralı qəlbi
artıq bu dünyada dözə bilmirdi.
Qızın çox varlı olan ailəsi bütün qəzetlərə qızın
qəlbin
sağaldacaq adamı tapmaq üçün
elan vermişdi.
Qızı üçün canını qurban verəcək
birini axtarırdılar. Çünki qızın ürəyini dəyişdirmək
lazım idi. Gənc qızın xəstəxana
otağında həyatı
günü-gündən solurdu. Yenə
xəstəxana
otağında yalnız idi. Gözü yaşlı, boynu bükük
ölümü gözləyirdi. Gözlərini bağlayıb
bu kiçik
otaqda yalnız göz yaşı tökməkdən
yorulmuşdu. Yenə də əngəl ola
bilmədi bulaq kimi çağlayan gözlərinə. Sevgilisi düşdü yadına,
kasıb amma
onu ölüncə sevən sevgilisi.
Hər gün eyni şeyləri fikirləşib,
keçmiş xatirələri
bir film kimi gözlərinin önünə gətirirdi. "Pulum yoxdur amma sənə
verə biləcəyim sevgi dolu
bir qəlbim var" demişdi sevdiyi
oğlan. Gənc qızda başqa bir şey
istəmirdi. Sevgiyə möhtac
olan biri, sevdiyinin sevgisindən başqa nə istiyə
bilərdiki. Amma olmamışdı,
dünyalar qədər bir-
birilərini sevən sevgililərin arasına
pul, var
dövlət girib onları ayıra bilmişdi. Amma indi var
dövlətin keçmədiyi bir vaxt
gəlmişdi. Nə mənası vardı artıq???
Bu son günlərində,
sevdiyi oğlan yanında olsaydı heç
bu qədər ağlamazdı. Ayrıldıqları gündən
indiyə qədər 5 il
keçmişdi. Amma hər gün həsrət
çəkmiş
ürəyini kimsəylə bölməmişdi. Elə
həmin vaxt sevdiyini fikirləşdi. Görəsən nələr
etmişdi bu il müddətində sevdiyi
oğlan... Kim bilir bəlkə də
evlənmişdir. Gözlərindən bir damla
yaş daha damladı
qurumuş dodaqlarına. Əllərinə baxdı. Bir
zamanlar əllərinin, sevdiyinin
əllərini tutduğunu
xəyal edib hər gün saatlarca əllərinə
baxardı.
Ən çox saçlarının tökülməyi onu ağladırdı. Çünki
bir zamanlar o saçları sevdiyi oğlan
öpmüşdü. Hər gün gözlərindən bir
damla yaş axanda
qəlbinə sanki bir ox batırdı. Qəlbi
yenə sızlamağa başladı. Bəlkə sevdiyi
yanında olsaydı
qəlbi bu qədər yorulub, əlvida
deməzdi
həyata. Qız artıq ölümdən
qorxmurdu. Sevdiyindən ayrı yaşamağın
ölümdən nə fərqi var idi ki, təkrar
yenə sevdiyi düşdü yadına. Kaş
yanımda olsa dedi gənc qız.
Gözlərini son dəfə
öpsə, rahatca əbədi olaraq gözlərini yuma
bilərdi artıq. Yenə gözləri bulaq kimi
çağlamağa
başladı. Sevdiyini son dəfə
görməmiş ölmək
istəmirdi. Az da olsa ondan bir xatirə almamış bu dünyadan
köçmək istəmirdi. Amma sevdiyi
kim
bilir kiminlə bərabər idi...! Qız öz
sevgi dolu
qəlbini heç kimlə bölməmişdi görəsən oğlan
kiminlə bölmüşdü öz qəlbini? Onun
sevgisini
silib atdımı görən qəlbindən? Qızın
içi birdən
nifrətlə doldu. Üstünə bir ağırlıq çökdü. Onu düşünəndə hər
dəqiqəsinin hüznlü keçməsi
çətin gəlirdi gənc qıza. Ölmək istədi,
artıq
yaşamaq istəmirdi bu dünyada.
Amma sevdiyindən bir xatirə almamış bu
dünyadan
köçməyəcəyinə and içmişdi gənc
qız. Kim bilir
bəlkə də sevdiyi oğlan onu unudub
artıq. Təkrar gözlərini açdı. Dərin bir düşüntü. Birdən
qızın atası içəri girdi. Və qızına
ürəyini vermək
istəyən bir könüllü tapıldığını dedi.
Qız bu
xəbərə heç sevinmədi. Gözləri artıq yaşla dolmuşdu. Həmin gecə biri
gözlərini əbədi olaraq yumdu və
gənc qız
cərrahiyyə əməliyyatı olundu.

[cavab]

pol Ayla 20 Sen 2013 / 05:35
menasiz

[cavab]

pol _Hack_ 20 Sen 2013 / 05:35
Əməliyyatdan 1
həftə sonra qız sağaldı. Amma dünya daha
başqa gəldi qıza. Sanki nə isə əksik
idi
həyatından. Aradan aylar keçmişdi
gənc qız artıq təmiz sağalmışdır.
Amma içindəki həsrət, kövrəklik qurtarmamışdı. Sevdiyi
yadına
düşəndə ürəyi əvvəlkindən çox
ağrıyırdı. Bir
dəfə görə bilsəydim deyə ürəyində
danışdı. Qəlbi yenə sızlamağa başlamışdı.
Amma nəyə
görəsə hər gecə qəfildən güclənir və
onu yuxudan oyandırırdı və bərk
döyünürdü. Amma
qızın dibçəkdə yetişdirdiyi güllər var idi ki,
həmişə onlarla danışırdı. Ən çox
sevdiyi gülü isə
qızıl gül idi. Çünki qızıl gülün yeri
onun üçün ayrı
idi. Çünki o gül də gənc qızla gülüb ağlayırdı.
Amma qız bu qızıl gülü sevdiyinə
hədiyyə verəcəyinə and içmişdi. Bu
gülü ona görə
saxlayırdı. Birdən qapıları döyüldü
qızın. Qız qapını açdı amma heç kim yox idi.
Birdən gözü
yerdəki ağ məktub zərfinə sataşdı.
Yavaşca
gəlib zərfi yerdən götürdü. Bu an
qəlbi həyəcanla döyülməyə başladı. Nə
olduğunu başa düşmürdü qız. Zərfin
üzərində nə ad
nədə adres var idi. Qız zərfi açdı.
İçindən ağ bir
kağıza yazılmış bir məktub çıxdı. Qəlbi daha
güclü döyünməyə başladı. Çünki
sevdiyi oğlanın
qoxusu var idi bu məktubda. Başı
gicəllənməyə başladı. Gedib
yavaşca divanda oturdu. Kağızı açdı və əlləri titrəyərək
oxumağa başladı. Sevdiyi oğlan
məktubda belə
yazmışdı: Sevgilim səndən
ayrılandan sonra bir
ürəyə iki sevginin sığmayacağını başa düşdüm.
Səndən sonra nə birini sevdim nə də
birinə
baxdım. Sadəcə həmişə səni sevdim.
Sənsiz günlərimin hər biri o birindən
daha çətin keçirdi. Hər gün daha çox
darıxırdım. Sənə bir
kitab şer yazdım. Hər gün yazdım,
hər gün
oxudum illərcə ağladım. Hər gecə
səhərə qədər səni düşündüm. Hər gecə sənin
yanında
olmağı istədim və hər gecə
sənsizliyə lənət etdim. Yuxuları
haram etdim özümə. Sənsizliyin
acığın gözlərimdən aldım və bir gün hər şeyi
dəyişdirəcək bir fürsət düşdü əlimə.
Bunu
fürsət hesab etməyib özümə
haqsızlıq edə
bilmədim. Və bu fürsət məni səndən çox
uzaqlara apardı.

[cavab]

pol *Ayla**Aynur* 20 Sen 2013 / 05:36
pisdi

[cavab]

pol _Hack_ 20 Sen 2013 / 05:37
Mən səndən çox
uzaqlara getdim, bəlkə səni
unudaram dedim. Amma tam
tərsi oldu. Səndən uzaqlardaydım,
amma səni görmək üçün uzaqlardan səni
görməyə
gəlirdim. Həmdə hər gecə gəlirdim.
Gəlib
sənə baxırdım, səni sevirəm və
əyilib hər gecə yanağından öpürdüm. Sən isə
hər gecə gözlərini açıb baxarkən
gəldiyimi zənn edirdin.
Amma məni görməyib təkrarən
yuxuya
dalırdın. Sabah bir-birimizi sevməyimizin altıncı il
dönümüdür. Həmişə mən gəldim
sənin yanına
sabah da sən gəl sevgilim. Sənin hər
dəfə
qəlbin döyünərək ağrıyanda mən sənin yanında olurdum. Amma birdə
unutmamış deyim
ki, sinəndə daşıdığın mənim qəlbimə
yaxşı
bax. Çünki göz yaşlarımla adını
yazdım ora. Səni səndən çox sevən bir sevgi var
qəlbinin içində.
Gələndə qızıl gülü də yaddan
çıxarma. Səni
sevirəm yanıma gələnə qədər də
sevəcəm sevgilim... Bu sözləri oxuyandan sonra qız sinəsində
daşıdığı ürəyin sevdiyi oğlana aid
olduğunu və
cərrahiyyə əməliyyatından çıxanda
gördüyü
üzü bağlı cansız gəncin öz ürəyini qıza verən
sevgilisi olduğunu başa düşdü. Elə
həmin vaxt
qız ölüm yuxusuna getdi. Amma
qızın ürəyi döyünür. Aradan 20 il
keçdi amma ürəyi döyünsə də qız ölüm yuxusunda
xəstəxana
otağında yatır, sonsuza dəkdə
yatacaq.

[cavab]

pol _Hack_ 20 Sen 2013 / 05:38
Hayda oxumamiw elememiw gelib yazirlare bir yuxarda biri asagda

[cavab]

pol (=ILQAR=) 20 Sen 2013 / 05:40
superdi

[cavab]

pol *Ayla**Aynur* 20 Sen 2013 / 05:40
tekrar

[cavab]

pol _Hack_ 20 Sen 2013 / 05:43
*Ayla**Aynur*, linki at

[cavab]

pol *Ayla**Aynur* 20 Sen 2013 / 05:46
_Hack_, axot yoxdu axtarmaga

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1847 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az