::Dedim::

pol Isok 20 Sen 2013 / 03:05
Dedim: avarəyəm, ey gül.
Hər işin qandı, dedi.
Dedim: insaf elə. İnsaf
mənə nöqsandı, dedi.
Səri-kuyində rəvandır
gözümün yaşı, dedim,
Xaki-payim ilə birləşsə o
dərmandı, dedi.
Gecələr hicrin edir könlümü
min parə, dedim,
Vəsli vəsl eyləyən ən xoş
gecə hicrandı, dedi.
Dözə bilməzdi mənim tək
bu qədər kimsə, dedim,
Qeysdən bax götür ibrət, o
da insandı, dedi.
Mənə biganə deyilsənsə
fəğan eylə, dedim,
Nə verər naləvü fəryad,
əriyən candı, dedi.
Ölüyəm, ya diriyəm, heç
xəbərim yoxdu, dedim,
Gözü yol gözləyənin qəlbi
nigarandı, dedi.
Arifəm, halıma yan, qəlbimi
sındırma, dedim,
Tək deyilsən, çoxunun halı
pərişandı, dedi.
Haci Arif Buzovnalı

[cavab]

pol SuPeR_BoY 20 Sen 2013 / 03:24
Isok, yax$idi

[cavab]

pol HT97 20 Sen 2013 / 03:50
super brat.ela yazilib.
red. HT97 (20.09 /03:53)

[cavab]

pol (=AyaN=) 20 Sen 2013 / 03:56
Maragli ve cetindi

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1493 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az