..::Hacı Zeynalabdin Tağıyev::..

pol aze 19 Sen 2013 / 19:17
Hacı Zeynalabdin Tağıyev, Almaniyada səfər zamanı orada yerləşən bahalı restoranlarından birinə rast gəlir. Restoranın görünüşünü çox bəyənib orada nahar etmək qərarına gəlir. Şəkildən də gördüyünüz kimi Hacının üzündə həmişə saqqal olardı və o restorana daxil olaraq künc masalarından birini seçərək əyləşir. Gözləyir..
Ancaq xidmətçi ona yaxınlaşmır. Səbəb olaraq isə xidmətçi Hacının xarici görünüşünü görüb, onu yoldan keçən və ya aşağı təbəqəli şərqdən gələn bir insan kimi qəbul edir. Sonda özü onu səsləmək qərarına gəlir. Səslədikdən sonra xidmətçi ona hay verir və indicə yaxınlaşacağını söyləyir. Hacı səbr edir ancaq xidmətçi yaxınlaşmır. Qərara gəlir ki restoranı tərk etsin. Belə də olur. Hacı gəldiyi kimi də nahar etmədən restoranı tərk edir və yoluna düşür. Bir müddətdən sonra restoran rəhbərliyi xəbər tutur ki onların saqqallı və şərq görünüşlü qonağı Bakıdan gələn bir millionerdir. Cəld şəkildə ağanın dalıyca bir elçi göndərirlər. Ağanı restorana gətirərək ondan üzr istəyirlər və onunçün 20 nəfərlik bir masa açıb müxtəlif təamlarla bəzəyirlər. Hacı soruşur:
- Bu masanın bir günlük qiyməti nə qədərdir?
Rəhbərlik hesablayır və cavab verir.
- Bəs 1 həftəlik?
Yenə hesablayıb cavab verirlər.
- Bəs 1 aylıq?
...
- Bəs 1 illik?
...
- Bəs 100 illik?
Rəhbərlik sualdan son dərəcə çaşqın olsalar da hesablayıb cavab verirlər. Hacının sualları əbəsdən olmur. O, restoran rəhbərliyi ilə 100 illik müqavilə imzalayır və müqavilədə qeyd olunur ki, 100 il ərzində bu restorana gələn hər bir azərbaycanlı bax elə belə bir masada təmannasız yeyib içə bilsin. Və belə də olur. Həmin restoran 100 ilərzində ora daxil olan azərbaycanlılara təmənnasız qulluq edir və yalnız 2011-ci ilin yanvar ayında müqavilənin bitmə tarixində, Almaniyanın səfirliyi Azərbaycan səfirliyinə məktub yazaraq qeyd edir ki, 1911-ci ildə sizdən bir azərbaycanlı belə bir 100 illik müqavilə imzalamışdır

[cavab]

pol Melis 19 Sen 2013 / 19:18
Aaa maraqlidi

[cavab]

pol -[FERMER]- 19 Sen 2013 / 19:23
Cox maraqlidi.bilirsiz mende onun merdekanda acdirdiqi 123nomreli mektebde oxuyuram.

[cavab]

pol Ayka)) 19 Sen 2013 / 19:48
Cox gozeldi

[cavab]

pol Just_farmer 19 Sen 2013 / 20:51
Tekrardi

[cavab]

pol Isok 19 Sen 2013 / 21:28
maraqlidi twk

[cavab]

pol Ayla 19 Sen 2013 / 21:41
Maraqlidii twk

[cavab]

pol aze 19 Sen 2013 / 23:12
Just_farmer, lap yaxsi:)

[cavab]

pol aze 19 Sen 2013 / 23:12
Ayla, deymez:)

[cavab]

pol aze 19 Sen 2013 / 23:12
Melis, aaa cox sagolun:)

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2631 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az