qulaq asin
idrisqurbanov98
17 Sen 2013 / 03:45
Oğlan dedi:Mənim çox qızlardan xoşum gəlir, ona
görə mən təkcə birini sevə bilmərəm.
Qız cavab olaraq, sadəcə gülümsündü.
Oğlan dedi: Mən azad olmağı xoşlayıram və heç
kimə heçnə borclu deyiləm.
Qız gözlərini aşağı dikdi. Oğlan dedi:Mən elə qadınları xoşlayıram ki, onlar
məndən heçnə tələb etməsinlər və mənim
azadlığıma hörmət etsinlər.
Qız sadəcə onu dinləyirdi və heç bir söz demirdi.
Vaxt keçir.
Oğlan dedi: Sən mənim xoşuma gəlirsən.Gəl boş vaxtımızı bir yerdə keçirək.
Qız onun gözlərinə baxırdı. Bu razılıq bildirirdi.
Oğlan soruşdu: Yəqin sənin çox sevdiyin insan
olub?
Qız onu möhkəm qucaqladı.
Oğlan soruşdu: Sənə mənimlə yaxşıdır? Qız gözlərini yumdu.
Səhər gedərkən oğlan qıza dedi:Gəl sadəcə
olanları unudaq.
Qız əlini uzadıb oğlanın köynəyindəki tozu əli ilə
təmizlədi və sanki onun dedikləri qız üçün
əhəmiyyətsiz idi. Oğlan dedi:Vaxtım olsa sənə zəng edərəm.
Qız başı ilə razılıq bildirib, qapını bağladı.
Həmin gün axşam oğlan zəng etdi.Amma qız evdə
deyildi.
Oğlan yalnız axşam qızın mobil telefonuna zəng
edə bildi.Qız icazə verdi ki, yanına gəlsin. Oğlan soruşdu: Mənsiz yaxşı vaxt keçirirdin?
Qız gülümsündü və oğlana kofe təklif etdi.
Oğlan hər gün qıza zəng edirdi.Amma qız cavab
vermirdi.O, sadəcə telefonu qaldırmırdı.
Oğlan tez-tez qızın evinə gəlirdi. Amma qız
sadəcə qapını açmırdı. Oğlan anladı ki, ona təkcə o qız lazımdır. Qız cavab
verməyəndə oğlan pis olurdu.O, istəyirdi ki,
həmişə onunla olsun.
Qız buna razı deyildi.
Bir gün oğlan böyük gül dəstəsi ilə qızın yanına
gəldi. Qız gülləri alıb, oğlandan xahiş etdi ki, daha ona zəng etməsin.
Oğlan istəyirdi ki, qıza evlənmək təklifi etsin.
Qız dedi:Mən azad olmağı xoşlayıram.
Oğlan siqareti yandırdı. Onun əlləri əsirdi. Ona
birdən çox soyuq oldu.
Qız dedi: Mən heçkimə heçnə borclu deyiləm. Oğlana elə gəldi ki, bu dəqiqə onun ürəyi
dayanacaq.
Qız son sözünü dedi: Mən heç nəyi həyatımda
dəyişməyəcəyəm...
[cavab]
[cavab]
SoN_BaHaR
17 Sen 2013 / 03:47
super
[cavab]
Apola
17 Sen 2013 / 04:11
Qizin axrinci sozunu bawa duwe bilmedim.
[cavab]
*_ALiK_*
17 Sen 2013 / 13:05
Tekrardi ama Super
[cavab]
10suz_1_Heyat
17 Sen 2013 / 14:21
Mende qizin axirinci sozun bawa duwe bilmedim
[cavab]
Sevka
17 Sen 2013 / 15:30
Qiz esil menim kimidir intikam atewi)
[cavab]
*Deniz_dalgasi*
17 Sen 2013 / 16:03
Sevka, Paaaa mismar atewi
[cavab]
Bölmeye qayıt
0.228 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az