ne qelemim yaza biler,nede cumleler izah ede biler seni

pol F*e*R*m*a 14 Sen 2013 / 18:31
Hər səhər oyandığım gün
işığında
Kiçik dünyama sızan işıqlığın
özündəsən.
Gəldiyin də, apaydınlıq örtülən
gözlərimdə
Getdiyin vaxt ən tünd
qaranlıqlara düşərəm
bilirsənmi?
Gün boyu yaşadığım hər
dəqiqəni göstərən
Sol yanımda daşıdığım saatımın
əqrəbindəsən.
Hər göstərdiyi anda səninçün
darıxaram.
Hər saniyə keçəndə, sənsizliyi
çəkirəm.
Bu, necə çətindir sənə görə
atan ürəyimə bilirsənmi?
Sən hardasan məndə
bilirsənmi?
Qələmimin ucundan damlayan
şeir dadıyla
Hər boş kağıza yazılan ən gözəl
sözlərdəsən.
Nə qələmim yaza bilər, nə
cümlələr izah edə bilər.
Söz tapmağa çətinlik çəkdiyim
ən sıx sevgimdəsən
Məndəki səni izah etmək nə
qədər çətindir bilirsənmi?
Hər gecə dalmaq istədiyim
yuxulara acıqca
Beynimin hər hüceyrəsini örtən
düşüncəmdəsən.
Sən olmasansa da gördüyüm,
yatmağa çalışdığım ən gözəl
yuxularımdasan.
Sənsiz yaşadığım yuxu aləminin
hər dəfəsinin
Mənim üçün bir kabus kimi
olduğunu bilirsənmi?
Sən məndə hardasan
bilirsənmi?
Axıtdığım gözyaşlarımın hər
damlasında...
İçimə çəkdiyim hər
nəfəsimdəsən
Nə deməkdir bilirsənmi?
Sən məndə hardasan
bilirsənmi?
Gözlərimdə, əllərimdə,
yaşadığım hər saniyəmdəsən.
Bu günüm də, bəlkə, bəlkə
sabahımda, hələ axşamlarım da
Tək otağımı örtən divarların
əks-sədasındasan.
Sənə hiss etdiklərimi, bir
kağızlara şeir kimi
Bir də o divarlara hər gecə
qışqırdığımı bilirsənmi?
Sən, Sən məndə hardasan indi
anlayırsanmı?

[cavab]

pol Susqun_Meley 14 Sen 2013 / 18:36
Mesaj qutunu ac

[cavab]

pol *Deniz_dalgasi* 14 Sen 2013 / 18:45
lan oglum sen awik olmuwsun!!!
Awiksin awiksik sen awiksin arkaaadaaaw

[cavab]

pol *Sesi** 14 Sen 2013 / 18:48
F*e*R*m*a, ela

[cavab]

pol F*e*R*m*a 14 Sen 2013 / 18:59
*Deniz_dalgasi*, abicim hemde nasil deli kimi seviremee

[cavab]

pol F*e*R*m*a 14 Sen 2013 / 19:00
*Sesi**, tesekkur

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2123 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az