Gülmeli statuslar(by_Pachker)
_Hack_
13 Sen 2013 / 21:01
Bir qızın arxanızca qaçmağını istəyirsizsə, bismillah deyib şilləni vurub qaçın.
Bəzi qızlar makiyaj eləmir, eləbil təzə üz qoyur özünə.
Hər sözə deyəcək bir cavabım var, amma bəzən ağlıma gəlmir.
Deyəsən bəzi qızlar su əvəzinə parfüm içir.
Evdə heç kim olmayanda və ac olduğum vaxt, klaviaturanı baş aşağı sallayıb içindən çıxanlarla mimoza salatı düzəldirəm.
Qaqaş yay qurtardı artıq, az çörəyini yemədik, haqqını halal et'' deyən ağcaqanadlara qanımdan 2 damcı verdim, yolda gedəndə içərlər canı yanmışlar.
Bəzən başınızı götürüb çox uzaqlara getmək istəyərsiz, amma atanız icazə verməz..
Bayaqları güzgüyə baxdım və gözəl qızların niyə belə yaraşıqlı sevgilisi yoxdur deyə ağlamağa başladım.
Atalarımızın köhnə bir sözü var idi.. "Hunqa munqa hanhan kankum nanqa tamtuqa". Çox köhnə söz idi, hələ də mənasını tapa bilməyiblər.
Istədiyim fotoaparat 2000 azndən 1999 aznə düşüb, çox duyğulandım, heç bu qədər endirim görməmişdim. Qaça-qaça gedib alıram.
İnsanın ilk öncə özünə hörməti olmalıdır, buna görə də özümü güzgüdə hər gördüyümdən köynəyimin düyməsini bağlayıb baş əyirəm.
Bizim qızları aya göndərsən, ilk addımı aydan gözləyər.
Təzə doğulmuş uşağa ''Murtuz'' adı verərlər? Uşaq həyata 35 yaşında başlayır rəsmən.
Yaponlar hər şeyə çarə tapdılar, amma o axmaq əlifbalarını dəyişdirə bilmədilər. Snie svierem.. Necə yazıldığını da unutmuşam :/
Salam qızlar, mən futbol oynamaqdan nifrət edən, alışveriş üçün ürəyi gedən o axtardığınız oğlanam.
40 dərəcə istidə əl-ələ tutan sevgililər var, çox qəribədir. Qısqandığım üçün demirəm, əlinir tərliyər yəni.
Köhnə sevgilim ''səni sevirəm'' deyə mesaj yazıb, çox haqqlıdır, mən də özümü sevirəm, belə yanaqlarımı sıxıb öpmək istəyirəm amma alınmır.
Məncə uşaqlığı təbii keçən son nəsil bizik. İndiki uşaqlar gizlənpaçı da telefonda oynayır, 7 şüşəni də.
Sırf ətrafımdakıların sevgilim var deyə zənn etməsi üçün bakcelldən gələn mesajları da gülümsəyərək oxuyuram)))
[cavab]
Djaka
13 Sen 2013 / 21:08
axrinci lap superdi
[cavab]
Piryanka
13 Sen 2013 / 21:13
[cavab]
s1n1
13 Sen 2013 / 21:30
birincisi yaxshidir
[cavab]
semi007
13 Sen 2013 / 21:39
xexexexe çox gülmelidi
[cavab]
MELODI
13 Sen 2013 / 21:58
Ela cox cox COOOOOOOOOX gulmedim
red. MELODI (13.09 /21:58)
[cavab]
(=AyaN=)
13 Sen 2013 / 22:12
Super
[cavab]
_Hack_
13 Sen 2013 / 22:13
MELODI,ona gore 32 diwivin hamsi gorsenir)
[cavab]
Bölmeye qayıt