Qizlar var ki.,,, Oglanlar var ki.,,,(by_Pachker)

pol _Hack_ 11 Sen 2013 / 06:19
Qızlar var ki ürəkdən sevərlər, qızlar da var ki ürəklərdə olmağı sevər.

*Oğlanlar var ki, gözlərdəki gözəlliyi sevərlər, oğlanlar da varki gözəllikləri gözlərlə sevərlər.

*Qızlar var ki, işinin professionalıdır, qızlar da var ki, yalan danışmağın professionalı.

*Oğlanlar var ki, günü-gündən artan hörməti, işi onu professionallığıdır, oğlanlar da varki günü-gündən artan qızları, sevgililəri onun professionallığıdır.

*Qızlar var ki, "HEÇ BİR QIZ OĞLANIN DİQQƏTİNİ HİSS ETMƏYƏCƏK QƏDƏR DƏLİ DEYİL, ONU BİRUZƏ VERMƏYƏCƏK QƏDƏR AĞILLIDIR" prinsipinə əsaslanaraq QIZ*LA OĞLANIN DOSTLUĞU MÜMKÜNDÜR deyərlər.

*Oğlanlar var ki, dostluğu dostunun pis günündə ona sahib çıxmağında görür, oğlanlarda var ki dostluğu dostunun cibində görür.

*Qızlar var ki, dəblə forslanarlar, qızlar da var ki,forslarından dəb yaradarlar.

*Oğlanlar var ki, cəmiyyətdə qiymət verilmək üçün geyinir,oğlanlar var ki, cəmiyyətdə dəyər qazanmaq üçün geyinir.

*Qızlar var ki, "HEYİF QIZLAR ƏSGƏRLİYƏ GETMİR" desələr də adi qan şəkillərindən belə qorxarlar.

*Oğlanlar var ki əsgərliyi hər gecə yatacağı kazarmada təsəvvür edir, oğlanlar da var ki, əsgərliyi Bodrumda təsəvvür edir.

*Qızlar var ki, göz yaşları onlar üçün zəiflik əlaməti, qızlar da var ki, göz yaşları onların müdafiə silahıdır.

*Oğlanlar var ki, göz yaşı onlar üçün ölüm, oğlanlarda varki gözyaşı onlar üçün çıxış yoludur.

*Qızlar var ki, "PAXILLIĞIM TUTUR" ifadəsi əvəzinə, "MƏNƏ PAXILLIQ EDİRLƏR" ifadəsini işlədərlər.

*Oğlanlar var ki, paxıllıq sözünü hələdə kiminsə maşınında, telefonunda axtarır, oğlanlar da var ki, paxıllığı əldə edə bilmədiyi savadın və itirdiyi vaxtında görür.

*Qızlar var ki, onlar üçün digər qızın gözəlliyini qəbul etmək faciə, dilə gətirmək isə ölümə bərabərdir.

*Oğlanlar var ki, gözəllikləri ilə qızların qəlbini fəth etmək istər, oğlanlar da var ki ,bir qızın qəlbinə sahib çıxmağı gözəllik bilər.

*Qızlar var ki, imtahanlarının nəticələri ilə fəxr edərlər, qızlar da var ki, onlara söz atan oğlanların sayı ilə...

*Oğlanlar var ki, institut oxuyub ali savad qazanır, amma ona qoyulan
hörmət elə eynidir, oğlanlar da var ki, məktəbi bitirib fəhlə işləyir amma onun hörməti günü gündən artır......

[cavab]

pol asli 11 Sen 2013 / 06:24
_Hack_, super

[cavab]

pol *Romantic* 11 Sen 2013 / 12:48
Super

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1968 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az