Qızlar var ki ... Oğlanlar var ki
_Hack_
11 Sen 2013 / 06:09
Qızlar var ki ürəkdən sevərlər, qızlar da var ki ürəklərdə olmağı sevər. *Oğlanlar var ki, gözlərdəki gözəlliyi sevərlər, oğlanlar da varki gözəllikləri gözlərlə sevərlər. *Qızlar var ki, işinin professionalıdır, qızlar da var ki, yalan danışmağın professionalı. *Oğlanlar var ki, günü-gündən artan hörməti, işi onu professionallığıdır, oğlanlar da varki günü-gündən artan qızları, sevgililəri onun professionallığıdır. *Qızlar var ki, "HEÇ BİR QIZ OĞLANIN DİQQƏTİNİ HİSS ETMƏYƏCƏK QƏDƏR DƏLİ DEYİL, ONU BİRUZƏ VERMƏYƏCƏK QƏDƏR AĞILLIDIR" prinsipinə əsaslanaraq QIZ*LA OĞLANIN DOSTLUĞU MÜMKÜNDÜR deyərlər. *Oğlanlar var ki, dostluğu dostunun pis günündə ona sahib çıxmağında görür, oğlanlarda var ki dostluğu dostunun cibində görür. *Qızlar var ki, dəblə forslanarlar, qızlar da var ki,forslarından dəb yaradarlar. *Oğlanlar var ki, cəmiyyətdə qiymət verilmək üçün geyinir,oğlanlar var ki, cəmiyyətdə dəyər qazanmaq üçün geyinir. *Qızlar var ki, "HEYİF QIZLAR ƏSGƏRLİYƏ GETMİR" desələr də adi qan şəkillərindən belə qorxarlar. *Oğlanlar var ki əsgərliyi hər gecə yatacağı kazarmada təsəvvür edir, oğlanlar da var ki, əsgərliyi Bodrumda təsəvvür edir. *Qızlar var ki, göz yaşları onlar üçün zəiflik əlaməti, qızlar da var ki, göz yaşları onların müdafiə silahıdır. *Oğlanlar var ki, göz yaşı onlar üçün ölüm, oğlanlarda varki gözyaşı onlar üçün çıxış yoludur. *Qızlar var ki, "PAXILLIĞIM TUTUR" ifadəsi əvəzinə, "MƏNƏ PAXILLIQ EDİRLƏR" ifadəsini işlədərlər. *Oğlanlar var ki, paxıllıq sözünü hələdə kiminsə maşınında, telefonunda axtarır, oğlanlar da var ki, paxıllığı əldə edə bilmədiyi savadın və itirdiyi vaxtında görür. *Qızlar var ki, onlar üçün digər qızın gözəlliyini qəbul etmək faciə, dilə gətirmək isə ölümə bərabərdir. *Oğlanlar var ki, gözəllikləri ilə qızların qəlbini fəth etmək istər, oğlanlar da var ki ,bir qızın qəlbinə sahib çıxmağı gözəllik bilər. *Qızlar var ki, imtahanlarının nəticələri ilə fəxr edərlər, qızlar da var ki, onlara söz atan oğlanların sayı ilə... *Oğlanlar var ki, institut oxuyub ali savad qazanır, amma ona qoyulan
hörmət elə eynidir, oğlanlar da var ki, məktəbi bitirib fəhlə işləyir amma onun hörməti günü gündən artır.
[cavab]
Bölmeye qayıt