Deyerli sozler.,

pol _Hack_ 11 Sen 2013 / 06:03
Ən vəfalı dostumuz, kölgəmizdir amma O da yoldaşlıq etmək üçün günəşli hava gözləyir... –[Cenap Şahabettin ] Qadınlar, əsla unutmaz deyə bir şey yoxdur... Unutmaq məcburiyyətində qaldığı hər şeyi unuda bilərlər, Amma nəyi unutduqlarını əsla...[ Elif Şafak ] Sonunda anladım ki...dostu olmamaq cinayət deyil.Yalnız olmanız, daha az probleminiz olduğunu ifadə edir... [ Whitney Houston ] Hər insan fotoşəkillərdə pis göründüyünü düşünər.Əslində bəlkə də ən gözəl olduqları yer fotoşəkillərdir.Sadəcə dayanarlar -
yalan danışmazlar, atıb getməzlər, nankor ola bilməzlər, arxanca danışa bilməzlər, qəlbini qıra bilməzlər, xəyanət edə bilməzlər.Əsilində bu yazılanların hamısını edərlər, fotoşəkil isə çəkilər
və yalnızca susar və baxar.Ona görə gəlməsin bəzi gedənlər.Bir fotoşəkil göndərsinlər o kifayət edər...:/ Həyatda heç kimi dəyişə bilməzsən . Və kimsə üçün dəyişməməlisən.. Nə sən başqası üçün məcburi istiqamətsən; Nə də başqası sənin üçün. Yorma özünü; "Burax həyatına yoldaşlıq etmək istəyənlər səninlə gəlsin..." O mükəmməl deyil.Sən də mükəmməl deyilsən.Əsl sual bir- biriniz üçün mükəmməl olub olmadığınızdır [Good Will Hunting] Bir Qadının içindəki mələyi Kişi kəşf edər.Amma o mələyin bütün məsumluğunu məhv edəcək olan yenə də Kişidir [Aldous Huxley] İnsan fürsətlərin gəlməsini gözləyər, fürsətlər də insanın gəlməsini. Fürsətlər gözləyər, insanlar gözləyər, qazanan həmişə bəhanə olar. [ Paulo Coelho] Dost kimi görünən yalataqlar, Fərqli olmağa çalışan sadə insanlar, arxamızdan qurulan oyunlar ... Belələrinə həmişə: Gül və Keç. [ Noel Adams ] Bir işi bacaranlar onu edir. Bacarmayanlar isə digərlərinə öyrədir. [Bernard Shaw] Bütün qadınlar mələkdir əslində, amma qanadları qırıldığında süpürgələrinə minərlər. [Paulo Koelho] Qadını dirçəldən , onu uçurumun dibinə qədər düşməkdən qoruyaraq həyata yenidən bağlanmasını təmin edən yeganə qüvvə eşqdir. [ F. Dostoyevski] İşığın önünə doğru irəlilə, Kölgən
səninlə istər gəlsin,istər gəlməsin [ Mark Twain ] "Yalnız 2 sonsuz şey var... Biri kainat, biri də axmaqlıq. Amma kainatın sonsuz olduğuna o qədər də əmin deyiləm" [Albert Einstein] Xoşbəxtlik maddi sevinclərdən ibarət olsaydı, çayıra qaçan öküzləri xoşbəxt saymaq lazım idi. [Heraklit] Yaşamağa zaman ayırın, çünki zaman bunun üçün yaradılmışdır… Düşünməyə zaman ayırın, müvəffəqiyyətin əvəzi budur… Sevməyə zaman ayırın, ......güclü olmanın qaynağı budur… Ətrafınıza baxmağa zaman ayırın, günlər eqoizminizə çatmayacaq qədər qısadır… Tərbiyəli olmağa zaman ayırın, insan ola bilmənin simvolu budur"… Goethe Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı - mümkünsüzlükdür. Qorxq insan üçün - naməlumluq. Düşüncəli insan üçün - ideal. [Victor Hugo] İnsanlar yaxşı və şərəfli ola bilərlər amma nəticədə cənazəsinə gələn adam sayı hava şəraitinə bağlıdır... Sonunda anladım ki...dostu olmamaq cinayət deyil.Yalnız olmanız, daha az probleminiz olduğunu ifadə edir... [Whitney Houston ] Bir gün bir yoldaşı "Səni böyüyəndən sonra döyüşə çağırsalar sən bu boyla atına minənə qədər döyüş sona çatar." - demiş. Napoleon yoldaşlarına baxar və belə deyər: "Narahat olmayın, mən böyüyəndə məni döyüşə çağıranda mən ata minməyə cəhd etməyəcəm, çünki döyüşlər mən ata minəndə başlayacaq!". [Napoleon Bonapart] Kor bir adam gecə həyətə çıxarkən neft lampasını yanında götürür. Bunu görən bir nəfər zarafat etmək məqsədilə "Sən onsuz da korsan, nəyivə lazım bu lampa" deyərək gülür. Kor cavab verir: Düzdü, ehtiyac yoxdu, amma sənin kimi korların mənə dəyməməsi üçün daşıyıram bu lampanı... Bir-birimizi anlamamız üçün eyni dildə danışmağımıza gərək yoxdu.Ayaqlar altında əzildikdən sonra hamımız eyni şərabıq...
red. _Hack_ (11.09 /06:05)

[cavab]

pol asli 11 Sen 2013 / 06:30
_Hack_, ela ela superdi

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1862 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az