Kompüterdən daha çox istifadə zamanı, demək olar ki, əksəriyyətimiz göz yorğunluğu problemindən əziy
_Hack_
10 Sen 2013 / 20:49
Kompüterdən daha çox istifadə
zamanı, demək olar ki, əksəriyyətimiz
göz yorğunluğu problemindən əziyyət
çəkirik. Bu yorğunluq gözlərdə ağrı,
gərginlik, qaşınma, quruluq, qızartı,
cüt görmə, uzun müddət ekrana baxdıqdan sonra uzaq görmədə
bulanıqlıq, baş ağrısı və peysər ağrısı
ilə müşayiət olunur. Hətta bəzi
insanlarda işığa qarşı həssaslıq və
rəngləri qarışıq salma da meydana
gəlir. Ortaya çıxan fəsadların getdikcə ağırlaşmaması üçün vaxtında tədbir
görmək lazımdır. Məsələn, davamlı
kompyuter ekranına baxmaq əvəzinə,
10 dəqiqədən bir pəncərədən bayırı
və ya uzaq bir mənzərəni seyr edin.
İmkan varsa, müvəqqəti olaraq gözlərinizi qapayın və istirahət edin.
Monitorun yerləşdiyi yer də əhəmiyyət
daşıyır. Əgər xırdaşriftli yazıları
uzaqdan oxuya bilmirsinizsə, yazını
böyüdərək oxuyun. Kompyuter ekranının üst qismi göz
səviyyəsində və ya göz səviyyəsindən
aşağı olmalıdır. Yüksəyə yerləşdirilmiş
ekran gözə zərərdir. Klaviatura
ekranın qarşısında olmalıdır. Yana
yerləşdirilsə, gözlər tez yorular. Həkimin məsləhəti ilə istifadə edilən
xüsusi eynəklər də göz
yorğunluğunun qarşısını alır.
[cavab]
*_TeNHa_*
10 Sen 2013 / 21:12
(=LoVe=), söyüş söymə
[cavab]
Dead_Love
10 Sen 2013 / 22:05
_Hack_,
[cavab]
semi007
10 Sen 2013 / 23:15
sağol melumata göre
[cavab]
Bölmeye qayıt