Qisqancliginizi yoxlamaq ucun test

pol _Hack_ 10 Sen 2013 / 20:39
Qisqancliginizi yoxlamaq ucun bir
test buyurun 1. Sevgilinizin çox yaxın olduğu
qarşı cinsdən dostu var?
a. Yox, yoxdu, ola da bilməz
b. Var, amma çox yaxın deyillər
c. Hə, var və hamısı yaxşı insanlardı
d. Yaxın dostu varsa da bilmirəm, onsuz da maraqlı deyil 2. Sevgilinizin qarşı cinsdən olan
dostuna ad günü hədiyyəsi seçməyə
getməsinə necə baxardınız?
a. Dünyasını qaraldardım
b. Hirslənərəm, amma üzə
vurmaram c. Çox incə bir davranış olduğunu
deyərəm
d. Əhəmiyyət vermərəm 3. Təklikdə yemək yeməyə
getdiyiniz vaxt qarşı cinsdən olan
qarsona (ofisanta) gülümsəməsi,
xoş davranması, zarafat etməsi sizə
necə təsir edər?
a. Qarsona hirsimi tökərəm b. Hirslənərəm, amma üzə
vurmaram
c. Mən də gülümsünərəm, zarafata
qoşularam
d. Vecimə almaram 4. Birlikdə tətilə getmiş olsanız
oteldə keçirilən əyləncələrdə
sevgilinizin iştirakına, qalib
gəlməsinə münasibətiniz necə olar?
a. Hərkəsin ona baxmağına görə
narahat olardım b. “Bax, bu mənim sevgilimdi”
deyib fəxr edərdim
c. O əyləncələrdən zövq aldığı üçün
problem yaratmaram
d. Əhəmiyyət vermərəm 5. Sevgilinizin köhnə sevgilisi hər
hansı bir məsələdə kömək istəmək
üçün sevgilinizə müraciət etsə, nə
tədbir görərsiniz?
a. “Bu nə məsələdi?” deyib aləmi
qarışdıraram. b. Kömək etmək üçün mən də
əlimdən gələni edərəm
c. Hirslənərəm, amma hiss
etdirmərəm
d. “Birinci dəfədən heç nə olmaz”
deyib fikir vermərəm 6. Sevgilinizin qarşı cinsdən olan
qohumları ilə yaxın və səmimi
münasibətini necə
qiymətləndirərsiniz?
a. Çox yaxındılarsa, əsəbləşərəm
b. “Qohumu” deyirsiniz, əlbəttə ki, yaxın olacaqlar
c. O qədər də can-ciyər olmağa
ehtiyac yoxdu!
d. Heç fikir vermərəm 7. Saatlarla iş yerində qarşı cinsdən
bir iş yoldaşı ilə işlədiyini bilsəniz nə
reaksiya verərsiniz?
a. Dünyanı başına yıxaram
b. Çox sert reaksiya vermərəm,
amma etirazımı bildirərəm c. Hirslənərəm, amma hiss
etdirmərəm
d. İş işdir, əbəttə ki, işləyəcək 8. Siz olmadan getməli olduğu 1
məclisə dəvət alsa, nə edərsiniz?
a. Qətiyyən getməyini istəmərəm
b. Başqa kimin dəvət olunduğunu
öyrənib, ona görə davranaram
c. Narahat olaram, amma gizlədərəm
d. Heç nə etmərəm, son dərəcə
normal bir haldır 9. Gecə vaxtı telefonuna mesaj
gəlsə, sonra sizdən uzaqlaşıb kiməsə
zəng etsə, qayıtdıqdan sonra sizə bu
barədə heç nə deməsə, nə edərsiniz?
a. O gecəni fəlakətə çevirərəm
b. Çox sərt reaksiya vermərəm, amma kefim pozular
c. “Deməli şəxsi məsələdi” deyib,
üstünə çox düşmərəm
d. Əhəmiyyət vermərəm 10. Qarşı cinsdən olan bir iş yoldaşı
sevgilinizə ad günü hədiyyəsi alsa,
nə edərsiniz?
a. Hədiyyəni əvvəlcə sevgilimin,
sonra iş yoldaşının başında
parçalayaram b. Bunun nə mənaya gəldiyini
sevgilimdən soruşaram
c. Qanım qaralar amma ağ
eləmərəm
d. Nə qədər incə düşüncəli, diqqətli iş
yoldaşı olduğunu düşünərəm cavablardan
A - 3 bal,
b - 2 bal,
c - 1 bal
d - 0 bal hesablayın 20-30 olsa
Siz qısqanclığınızla sevgilinizi dəli
edərsiniz! Dəhşətsiniz! Bu qədər də
qısqanmaq olar??? Bu qədər də
olmaz axı... Sizin qısqanclığınız
ucbatından birlikdə olduğunuz anlarda sevgiliniz rahat davrana
bilmir. Bəlkə onu 1 otaqda ağzı
bağlı saxlayasınız, heç kim
görməsin, hərdən bir də yeməyini-
suyunu verin. Çox qısqanc insanlar
təhlükəli olurlar. Sevginizi qısqanmaqla, qadağan etməklə,
onu həyatından bezdirməklə yox,
xoş davranışla, onu başa düşməklə,
istəklərini reallaşdırmaqla da
göstərmək olar. 10-19 olsa
Əslində qısqanc sayılırsınız, amma
sevgilinizə qoyduğunuz hörmət sizə
özünüzə nəzarət etmənizə kömək
edir. Bəzən anidən özünüzdən
çıxsanız da, səbrli davranırsınız. Bu da qısqanclıq sayılmır, çünkü
normal insanlar da belə reaksiya
verir. Amma qarşınızdakı insan
bunu qiymətləndirməli, sizi
qısqandırmamalıdır. 0-9 olsa
Qısqanmaq??? O necə olur? Həddən
artıq qısqanmaq psixoloji xəstəlik
hesab edilsə də, hərdən ətrafınızda
baş verənlərlə maraqlanın. Siz o
qədər rahatsınız ki, sevgiliniz hərdən onu sevib-sevmədiyinizə
şübhə ilə yanaşır. Onun həyatınızda
necə vacib adam olduğunu
qısqanclıq olmadan da göstərə
bilərsiniz. Doğrudan da çox
rahatsınız, sizi təbrik edirik! Dünyada hər kəs sizin kimi olsaydı,
hamı problemsiz yaşayardı, dünya
vecinə olmazdı.

[cavab]

pol ErRoR_CoManDo 10 Sen 2013 / 21:29
HAMSI AAAAA.

[cavab]

pol anominka 10 Sen 2013 / 21:41
20-30...biyabircilig

[cavab]

pol _men_ve_sen_ 10 Sen 2013 / 21:52
26 :)

[cavab]

pol *SiBEL* 10 Sen 2013 / 22:28
Men sifde biruze vermirem sora burnunan getirirem

[cavab]

pol Privacy 10 Sen 2013 / 22:48
Mende 20 oldu axi men qisqanc diyilem axi:-)

[cavab]

pol rowa 11 Sen 2013 / 01:04
20,30:)))yaxsidi...

[cavab]

pol Ferid63 12 Sen 2013 / 15:47
20 30 !

[cavab]

pol EMIRASLANINAM 12 Sen 2013 / 17:57
30 cox qisqancam ölümcül xestelikdi

[cavab]

pol _Hack_ 12 Sen 2013 / 18:16
28)))

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1447 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az