Niyə kişilərin yox, qadınların xəyanəti faciə sayılır?
_Hack_
10 Sen 2013 / 20:32
Araşdırmanın nəticələrinə görə, qadınların 50 faizi gerçəkdən aşiq olduqları üçün, kişilərin 44 faizi qarşı cinsin cazibəsinə və gözəlliyinə heyran olduqları üçün xəyanət edir. Kanadada aparılan digər bir araşdırmada isə məlum olub ki, kişilərin 50 faizi xanımı tərəfindən romantik və hissi qarşılıq görmədiyindən, yüzdə 30-u yoldaşı ilə "dil tapa bilmədiyindən", yüzdə 20-si isə xanımı ilə cinsi problemlər yaşadığından xəyanət edir. "Kişilər xəyanət edər, amma qadınlar - əsla!" Bizim cəmiyyətdə milli mentalitetimizdən qaynaqlanan belə bir fikir var: "Kişilər xəyanət edər, amma qadınlar - əsla!" Maraqlıdır ki, bu fikir artıq öz qüvvəsini itirməyə başlayıb. İndi kişilər qədər olmasa da, qadınlar da
həyat yoldaşlarına xəyanət edirlər. Amma qadın və kişilərin xəyanət etmə səbəbləri bir-birindən fərqlidir. Türkiyədə aparılan bir tədqiqat zamanı ailəli qadınlara belə bir sual ünvanlanıb: "Nə vaxtsa həyat
yoldaşınızdan başqa bir kişini bəyənmisiniz?" Cavablar 3 kateqoriyada dəyərləndirilib. Evliliyi əla durumda olan qadınların 13 faizi, normal olanların 9 faizi, evliliyi pis olanların isə 100 faizi bu suala müsbət cavab verib. Beləliklə, aydın olur ki, ailədə bədbəxt olan qadının aldatma və xəyanət ehtimalı 100 faizdir. Həm psixoloqlar, həm də sosioloqlar deyirlər ki, qadınlar heç bir halda əmin olmadan qəti hərəkət etməməlidirlər. Mütləq şübhələrini həyat yoldaşları ilə paylaşmalıdırlar. Xəyanətin səbəblərini öyrənmək, durumu dəyərləndirmək lazımdır. Kişinin xəyanətinin səbəbi qadın da ola bilər. Yuxarıda qeyd etdiyimiz kimi, kişilər çox vaxt ailədə xanımlarından yetərli diqqət görmədiklərindən xəyanət edirlər. Psixoloq Sahil Əbilov deyir ki, bu, kişilərə də aiddir. Xanımının xəyanətindən şübhələnirsə, öncəliklə buna əmin olmalı, daha sonra onunla sakit bir tərzdə danışmalı, səbəbini öyrənməli, daha sonra qərar verməlidir: "Elə kişilər var ki, özlərini ideal hesab edir və xanımlarının xəyanətinin özləri ilə bağlı olmadığını düşünürlər. Amma təcrübəmə əsaslanaraq bildirim ki, istər kişi olsun, istərsə də qadın, xəyanəti yaradan səbəb ilk növbədə ailədə yaşanan problemlərdir. Əks tərəfin diqqətinin azaldığını və sevgisinin tükəndiyini
görən qadın və ya kişi xoşbəxtliyini kənarda axtarır". Kişi dəfələrlə xanımına xəyanət edir, amma qadın xəyanət edərsə, ona ən acımasız cəzanı verməyə də hazır olur: Düşüncədə xəyanət Elə ailələr də var ki, ya kişi, ya da qadın cismən olmasa da, düşüncə və fikir ilə də xəyanət edir. Bəzi psixoloqlar bunu xəyanət hesab etmirlər, çünki bu düşüncə realda həyata keçirilmir və heç kimə zərəri yoxdur. Ekspertlər deyirlər ki, düşüncədə xəyanət edənlər ailənin təzyiqilə evlənənlər, qohum evliliyi edənlər və ya aralarında yaş fərqi çox olanlardır: "Tutaq ki, valideynlərinin sözündən çıxmayıb evlənib, amma sevgi hissi, eşq yoxdur. Ola bilər ki, evlilikdən öncə, yaxud da evləndikdən sonra ürəyinə girə biləcək birini görüb,
vurulub. Eşqini kimsə bilmir, heç
sevdiyi insan da. Bu cür sevgilər bəzən xəyanət adlandırılır, bəzən yox". Bəzən isə insan öz içində kimisə sevir və ya bəyənir. Bu düşüncəni reallığa keçirmədən, gizlicə yaşayır. Bu hissləri yaşamağın adı xəyanət deyil, insanın öz motivini müəyyənləşdirməsidir".
red. _Hack_ (10.09 /20:33)
[cavab]
(=AyaN=)
10 Sen 2013 / 22:49
Mmmaraglidi
[cavab]
_*AsKoLiK*_
10 Sen 2013 / 22:51
"Kişilər xəyanət edər, amma qadınlar - əsla!" bu fikir mene gore 30% duzgundu.cunki eger 1 acar 1cox başqa-başqa qıfillari acirsa bu yaxşi acardi ama 1 qıfılı başqa başqa acarlar acirsa bu pis qıfildır.
[cavab]
Privacy
10 Sen 2013 / 22:56
Ister qadin olsun ister kiwi olsun eger ailesinde problemleri varsa yawaya bilmirler bezirlerse en yaxwisi ayrilib oz heyatini yeniden qursunlar. Xeyanete yox dimek lazimdi ister qadinlar ister kiwiler olsun xeyenet etmemelidirler. Men xeyanete qarwiyam. En coxda qadinlar xeyanet edende onlari oldurcek qeder nifret edirem. Bu menim fikrimdi.
[cavab]
(=AyaN=)
10 Sen 2013 / 22:59
Privacy, men seninle tam raziyam
[cavab]
Privacy
10 Sen 2013 / 23:01
(=AyaN=), tewekur canim.
[cavab]
(=AyaN=)
10 Sen 2013 / 23:02
Privacy, deymez ureym:)
[cavab]
NURK@
11 Sen 2013 / 00:42
Maraqli fikirlerdir tsk
[cavab]
Bölmeye qayıt