Niye şerh yazmırıq?
MEQATRON
9 Sen 2013 / 18:29
İnsanlar bir yazını oxuduqdan
sonra o mövzu haqqında niyə
şərh yazmaq istəməz?
Əslində şərhlər bir
yazının təməlidir.
Şərhlər sayəsində yazı
dəyər qazanar. Şərhlər
olmadan yazının da bir
mənası olmaz. Yazıya
dəyər qatan o yazıya
bildirilmiş olan şərhlər,
o mövzu ilə bağlı
açıqlanmış olan
düşüncələrdir. Şərhlər
yazının daha yaxşı
başa düşülməsini təmin
etməklə yanaşı,
həmçinin yazının
inkişaf etdirilməsi
məqsədini də daşıyır.
Təəssüf ki,
Azərbaycanda şərh yazma və
iştirak etmək nisbəti çox
aşağıdır.
Yaxşı, insanlar niyə şərh yazmaq
istəmir? Psixoloji baxımdan
bunun səbəblərini bu şəkildə
sıralaya bilərik:
* İnsanlar ümumiyyətlə yalnız
mövzuya fokuslanarlar. Yazıda
istədiklərini tapdıqlarında daha
çox zaman itirmək istəməzlər.
*Bu bir psixoloji haldır. Belə ki,
müzakirə etməyin, mövzuya
genişlik qazandırmanın özlərinə
bir fayda verməyəcəklərini
düşünərlər. Qısacası özlərini
yormaq istəməzlər. Ancaq
şərhlər yazını oxuyan digər
insanlara mütləq fayda verər.
*Əgər yazıdakı mövzu çox yaxşı
izah edilmişsə, əlavə edəcək ya
da razılaşmayacaq bir məqam
tapa bilməzlər. Amma hər
yazının mütləq əskiklikləri vardır.
* Fikir ifadə etmək, bunun üçün
vaxt ayırmaq, müzakirə etmək
özlərinə çətin gəldiyi üçün şərh
bildirmək istəməzlər.
* Yazı şərh yazmaq üçün yaxşı
bir yazı olmaya bilər. Hər yazıya
şərh bildirmək kimi bir
məcburiyyətimiz də yoxdur. Bəzi
yazılar sırf şərhsizdir, yəni şərhə
ehiyacı yoxdur. Amma bu
yazılarda belə əməyi keçənlərə
şərh yazaraq təşəkkür etmək
onları başqa yazılar yazmağa,
fəaliyyətdə olmağa və fayda
verməyə təşviq etmək üçün şərh
yazılması yaxşı olar. (Kayzendə
bunu + — sistemi əvəz edir)
* Yazının hamısını oxumayan
insanlar da vardır və
ümumiyyətlə bundan ötəri şərh
yazmaq ağıllarına belə gəlmədən
yazıdan çıxarlar. Çünki
Azərbaycanda oxuma vərdişi
təəssüf ki, çox inkişaf
etməmişdir. Bu vərdişin
olmaması da şərh yazmamanın
əsas səbəblərindəndir.
* Yenə Azəbaycanda
ümumiyyətlə iştirakçı və
təşəbbüskar olmadıqlarından
ötəri şərh yazmağı zaman itkisi
olaraq qiymətləndirənlər az
deyil. Xəbər, məqalə və ya digər
yazı növləri 100 dəfə
oxunmasına baxmayaraq, bir
dəfə də şərh bildirilməz.
Şərh yazmamağın səbəbləri tək
bunlarla məhdudlaşmır. Daha çox
səbəblər var. Bəzən insanlar bir
neçə şərh görər və şərh yazmaq
istəyərlər. Kütlə psixologiyasıdır
bu. Təbii ki, heç şərh
bildirmədiklərində də şərh əlavə
etmənin mənasız olduğunu
düşünərlər.
Şərh yazmaq mədəni bir
davranışdır və həm yazıya, həm
yazara, həm də digər
ziyarətçilərə dəyər və fayda
verər. Bunun üçün
qarşılaşdığınız hər yazıyla
əlaqədar öz düşüncələrinizi şərh
yazaraq ifadə etməniz çox
əhəmiyyətlidir.
[cavab]
MEQATRON
9 Sen 2013 / 18:33
menali mövzulara şerh yazn
red. MEQATRON (09.09 /18:34)
[cavab]
Bölmeye qayıt
0.1948 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az