..::Bes mescide getmeyecekdin::..

pol aze 9 Sen 2013 / 02:36
Bəs bir daha məscidə gəlməyəcəkdin?

Onunla yolda qarşılaşdığımız zaman azan verilirdi.

- Gəl gedək məscidə. Yəqin bilirsən bu gün cümədir.
- Bilirəm. Amma onu da bilirsən ki, mən heç vaxt
məscidə getmirəm.
- Məscidə getmədiyini bilirəm. Amma çoxdandır bunun səbəbini axtarıram. Həqiqətən maraqlıdır, məscidə niyə getmirsən?
- Nə bilim! Özün bilirsən ki, geyim həvəskarıyam. Düşünürəm ki, məsciddə oturarkən bütün fikrim geyimimdə olacaq.Həm də şalvarın yerə sürtülüb,rənginin pozulmasından qorxuram.
Qeyri-ixtiyari gülməyə başladım:
- Hər halda zarafat edirsən, bunun üçünmü məscidi tərk etmisən? Həyatında bir dəfə də olsa məscidə getməmisən?
- Uşaq ikən bir dəfə babam ilə getmişdim. Amma artıq inanmıram ki, nə vaxtsa məscidə gedəcəm.
Söylədikləri məni dəhşətə gətirmişdi. Bir qədər getdikdən sonra ayrıldıq.
Bu hadisədən iki ay keçdi. Onun məsciddə olduğunu eşitdim. Tələsik həmin məscidə yollandım. Bəli, məsciddə idi, özü də namaz sıralarının ən önündə. Yavaşca yanına yaxınlaşdım:
- Nə oldu? Bəs bir daha məscidə gəlməyəcəkdin?
Səsini çıxarmadı. Çünki yaşıl örtüklü tabutun içində yatırdı.

[cavab]

pol KaRiNNoY_BoY 9 Sen 2013 / 02:40
aze, :(

[cavab]

pol aze 9 Sen 2013 / 02:40
KaRiNNoY_BoY, xmm

[cavab]

pol ultionis 9 Sen 2013 / 02:42
hmmmm

[cavab]

pol aze 9 Sen 2013 / 02:44
ultionis, xmmm

[cavab]

pol NARDARANLI 9 Sen 2013 / 02:44
Super

[cavab]

pol Ayla 9 Sen 2013 / 02:46

[cavab]

pol aze 9 Sen 2013 / 02:49
Ayla, :)

[cavab]

pol aze 9 Sen 2013 / 02:50
NARDARANLI, :)

[cavab]

pol [AFTO]@[XULiQAN 9 Sen 2013 / 02:52
;super:

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1292 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az