..::Metta::..
aze
7 Sen 2013 / 02:01
Bir gün Davud peyğəmbər (ə) ALLAHa-təalaya ərz edir:
-Ya Rəbbim, Cənnətdə mənə qonşu olan şəxsi mənə göstər.
ALLAH-təala ona vəhy edir:
-“Ey Davud, Cənnətdə sənin qonşun Yunus peyğəmbərin atası Mətta olacaq”.
Hz. Davud onun görüşünə getmək üçün ALLAHdan izn istədi. Sonra da oğlu Süleymanın əlindən tutub, Məttanı tapmağa getdi. Soraqlaşıb onun evini tapdı. Gördü ki, xurma ağacı yarpaqlarından qurudulmuş bir daxmadır, amma sahibi orada yoxdur. Davud öz oğlu ilə birlikdə onu gözləməyə başladılar. Bir qədərdən sonra o, gəldi. Başında bir dərz odun var idi. O, odunları satandan sonra Hz. Davud öz oğlu Süleyman ilə birlikdə gəlib onunla görüşdü. Mətta onları öz mənzilinə apardı. O, odun pulu ilə aldığı arpanı əl dəyirmanına çakib üyütdü. Sonra o undan xəmir yoğurub bişirdi, və hazırladığı çörəkləri duz ilə birlikdə süfrəyə qoydu. “Bismillah” deyib şükr etməyə başladı:
“Pərvərdigara, sənə çox şükürlər olsun ki, mənə əql vermisən, sihhət və qüvvət əta etmisən, əgər bunları mənə verməsəydin, gedib odun qıra bilməz, onları gətirə bilməzdim. Qırdığım odunların ağaclarını mən suvarmamışam, sən onları mənə pulsuz verirsən, sonra onları satmaq üçün sən mənə müştəri göndərirsən. Bu odunların pulundan aldığım arpanı mən əkməmişəm, sulamamışam, biçməmişəm. Daşı mənə tabe etmisən, onunla arpanı əzirəm, odu mənim ixtiyarıma vermisən, onunla özümə çörək və xörək bişirirəm, mənə iştaha vermisən, əgər o olmasa yeyə bilmərəm. Pərvərdigara, sənin nemətlərini sayıb qurtara bilmirəm”. O, bunları deyib səcdəyə düşdü və şiddətlə ağlamağa başladı. Bunu görən Davud peyğəmbər oğluna dedi:
-Ey Süleyman, mən bu kişidən artıq şükr edən adam görməmişəm, onun Cənnətdə ən ali məqam tutmağa haqqı var.
Şükrün ən yüksək və kamil dərəcəsi budur.
[cavab]
Bölmeye qayıt
0.1652 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az