BUNU AXIRA KIMI OXUYUN :(

pol KaRiNNoY_BoY 6 Sen 2013 / 13:28
Qədim zamanlarda bir birilərini
dəli kimi sevən 2 sevgili
varmış.Bunlar hər zaman
deyərmişlər gülərmişlər. Zaman
keçir və bunlar artıq yavaş-
yavaş evlənmək barəsində
düşünməyə başlayırlar. Amma
ondan qabaq hələ oğlanın 5 il
müddətinə xaricə getmək
məsələsi ortaya çıxır. Oğlan
fikirləşir, fikirləşir, axırı sevgilisi
ilə görüşür və ona bu sözləri
deyir:
'Sevgilim, 5 il bilirsən ki az
müddət deyil.Çox şey ola bilər 5
ilə. Bilmirəm, bəlkə sən mənə
olan sevgindən vaz geçəcəksən,
bəlkə də mən, bəlkə də hər
ikimiz. Bəlkə də zaman və
məsafə bizim sevgimizə heç
təsir etməyəcək, bilmək olmaz.'
Bu an qız oğlanın sözünü
kəsərək 'Mən səni ömrümün
sonunadək sevəcəm'-
deyir.Oğlan cavabında 'Gülüm,
heç kəs 1 il və ya 5 il sonra nə
olacağını əvvəlcədən deyə
bilməz. Sən deyirsən 5 il də
keçsə sevərəm səni görmədən.
Bu, sadəcə olaraq sənin indi
üçün olan fikrindi.Mən də indi
elə fikirləşirəm, ama həqiqətən
də 5 ilə sevgi qalarmı bir
birimizi görməsək, onu nə yazıq
ki heç birimiz deyə bilmərik.
İndi mən sənə söz verim ki 5 il
sonra mən yenə də səni
sevəcəm və biz evlənəcəyik.
Sən də evdəcə otur məni gözlə,
hamı da sənin sevgilin
olduğunu bilib sənə elçi
gəlməsin. Mənimsə 5 il sonra
tutalım sənə olan hisslərim
bitdi və aydındır ki onda biz
evlənməyəcəyik… Onda mənə
deməzsən ki, bunu o vaxtdan
deyərdin də mənə?!!! Ona görə
də sənin ömrünün 5 ilini deyil
yalnız 1cə ilini daha istəyirəm.
1cə il məndən cavab gözlə,mən
əgər görsəm ki 1 ilə sənə olan
sevgim dəyişmir.Onda 5 il
ərzində özümdən arxayın
olaram ki səni həmişəlik
sevəcəm. Hə,deməli belə, mən
düz 1 il sonra sənə böyük bir
buketdə gül göndərəcəm.
Bütün gülləri sayarsan,əgər
güllərin sayı 100 olsa 'məni 4 il
də gözlə, sən mənimsən yenə
də' anlamını verəcək 100 gül.
Ama əgər 1cə dənə olsun gül
əksik olursa, məsələn, 99 olsa o
deməkdir ki artıq mənim sənə
olan sevgim bitibdir,gözləmə
artıq,öz həyatını qur...' Oğlan bu
sözləri deyir və qızın alnından
öpüb yola düşür...
Beləcə oğlan gedir
əsgərliyə,yavaş-yavaş
əsgərliyini çəkir və 1 il gəlib
keçir. Oğlan söz verdiyi kimi
qıza bir buket gül və içində də
bir kağız göndərir.Buket qıza
çatdırılır. Qızın az qalır ürəyi
partlaya o an. Fikri təbii ki o
güllərin sayında olur,tez elə
bayırdaca yolun ortasında
başlıyır gülləri saymağa.İ lk
dəfə sayır ürəyinə həmən
iynələr batır,çünki ilk
saydığında 99 dənə sayır.
Özünü topluyub rahatlaşıb bir
daha sayır ki bəlkə həyəcandan
səhv saya.Oturub yerə rahat-
rahat yenə başlayır saymağa.
Ama nə yazıq ki sayı yenə 99
dənə eləyir. Beləcə qız dəfələrlə
sayır,başqalarına da
saydırır,ama sayı yenə 99
olur.Nəhayət,vəziyyəti anlayır
və özünü yerə çırparaq
ağlamağa başlıyır.Sora təxmini
1 ay sonra özünə gəlir…
Olanlardan xəbər tutmuş bunu
sevən başqa oğlan buna elçi
gəlir.Elə onunlaca evlənməyə
razılıq verir.Və beləcə də oğlanı
ürəyində o biri oğlanla reallıqda
isə bu oğlanla yaşamağa
başlayır.Bu axınla 4 il də
keçir,və 5 il necə deyərlər gəlib
keçmiş olur.Oğlan ilk olaraq
qızın axtarışlarına başlayır.Qızı
tapır,və qız ondan niyə gəldiyini
soruşur.
Oğlanınsa hələ xəbəri yoxdu ki
bu artıq evlidi.Oğlan deyir necə
yəni sevgilim,bu nə deməkdi ki
niyə gəlmisən.Bunu demişdi ki o
tərəfdən 3 yaşında bir oğlan bu
qıza səslənib 'ana,acam'
deyir...Bu an oğlanın sanki
ürəyinə iynələr sancılır,vəziyəti
dərhal anlayır.V ə sanır ki
sadece olaraq qız bunu 5 il
gözləmək istəməyib,sevməyib
bunu, başqasını sevib evlənib.
Oğlan üzünü çevirib oranı tərk
etmək qərarına gəlir.
Amma sonra ürəyi dözmür və
1cə dənə sual verir ki 'Nə
zaman unutdun məni?' Qız
ağlayaraq deyir ki 'Sən heç nə
dediyini bilirsən?Sən deyildin
mənə 99 gül
göndərən,insafsız,indi də gəlib
özünü bilməməzliyə
qoyursan?!!' Oğlan bir anlıq
susur,fikirləşir.Sonra hər şeyin
niyə belə olduğunu başa düşür.
Qıza deyir: 'Sən niyə o kağızı
açıb oxumadın axı!' deyir və
özünü saxlaya bilmir ürəyinin
ağlamasını gözlərində də
göstərir. Qız isə tez içəri
qaçır,bu müddət ərzində
qoruyub saxladığı o gül buketini
açır və içindən həmən oğlan
deyən kağızı tapır. Kağızda
yazılanı oxuyur: 'Bir an belə
fikrimdən çıxmayan sevgilim,
söz verdiyim kimi gülləri
göndərdim.Say bunları, bircə
şeyi unutma ki 100cü gül
dünyadakı güllərin ən gözəli,ən
təravətlisi olan elə Sən
özünsən...'

[cavab]

pol KaRiNNoY_BoY 6 Sen 2013 / 13:29
Bu an sanki bütün dünya qızın
başına yıxılır, heç nəyin geri
qayıda bilməyəcəyini anlayıb bu
əzabdan qurtarmağın yolunu
bircə özünə qıymaqda görür.
Əlinə bıçaq alıb özünə batırmaq
istəyəndə birdən çöldən qışqırıq
səsləri gəlir:'Burda biri özünü
öldürüb ay millət'.Qız bunun
kim ola biləcəyini dərhal
anlayıb tez bayıra qaçır… Ama
nə yazıq ki artıq gecdi, oğlan
artıq sevən ürəyinə mismar
sancmışdı. Bu an qız da tez o
mismarı çıxardıb özünə
sancmaq istəyəndə oğlu gəlib
anasını qucaqlayaraq 'etmə
ana' deyir.Anası sevgilisinin
adını vermiş oğlunun bu
hərəkətinə görə mismarı əli
gəlmir ürəyinə batırsın. Götürüb
gözlərinə batıraraq: 'Sizsiz hər
şeyin günahkarı!' deyir...
Və beləcə də bir birini dünyalar
qədər sevən bu 2 cavan bir
birinə qovuşa bilmir.Biri
torpağın altında qaranlıqda
yatır,biri isə üstündə qaranlıq
dünyasında yaşayır...

[cavab]

pol anominka 6 Sen 2013 / 13:36
Hmmm...belеde

[cavab]

pol semi007 6 Sen 2013 / 13:38
öf üreyim üzüldü

[cavab]

pol KaRiNNoY_BoY 6 Sen 2013 / 13:41
anominka,

[cavab]

pol anominka 6 Sen 2013 / 13:58
KaRiNNoY_BoY, nolub niye helе baxirsiz

[cavab]

pol Ayla 6 Sen 2013 / 14:05
tekrardi

[cavab]

pol KaRiNNoY_BoY 6 Sen 2013 / 14:08
anominka, kederlemiwem :(

[cavab]

pol KaRiNNoY_BoY 6 Sen 2013 / 14:08
Ayla,

[cavab]

pol anominka 6 Sen 2013 / 14:10
KaRiNNoY_BoY, niyе

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1553 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az