..zohr vaxti::..

pol aze 6 Sen 2013 / 00:23
Həzrəti Məhdinin (ə.c) Zühuruna yaxın vaxtlarda
1. Muhəmməd peyğəmbər (s): İmam Məhdinin (ə) zühuruna yaxın vaxtlarda insanlar arasında ixtilaf və ziddiyyət hakim olacaq.
2. Həzrəti Əli (ə): İmam Qaimin (ə.c) zühuruna yaxın vaxtlarda bəzi qadınlar ərləri kimi ticarətlə məşgul olarlar.
3. Həzrəti Əli (ə): İmam zamanın (ə) zühuruna yaxın vaxtlarda nahaq qanlar çox tökülər.
4. Həzrəti Cəfəri Sadiq (ə): İmam Höccətin (ə) Zühuruna yaxın vaxtlarda qumarbazlıq yayılacaq, şərab içmək dəb olacaq, qeybət camaatın ruhunun xörəyi olacaq və halal haram yeməsi ilə maraqlanan şəxslərin sayı az olacaqdır.
5. Muhəmməd peyğəmbər (s): Həzrəti Bəqiyyətullahın (ə) zühuruna yaxın vaxtlarda insanların çoxu dünyanı başları ütündə tutacaqlar və dini ayaqları altına atacaqlar. Haramı mənfəət hesab edəcəklər.Böyüklər kiçiklərə rəhm etməyəcək, kiçiklər böyüklərin hörmətini saxlamayacaqlar. Şəriklər alverdə bir-birinə xəyanət edəcək. Günahlar aşkara çıxacaq. Canavarlar insan şəklində olacaqlar.Sözlər baldan şirin, Ürəklər bibərdən acı olacaq.
ardı olacaq.....

[cavab]

pol aze 6 Sen 2013 / 00:23
Həzrəti Məhdi (ə.c)zühuru vaxtinda
1.İmam Rza(ə): İmam Sahibəzzaman (ə) zühur etdiyi zamanda,qısa müddət ərzində yer kürəsində bütün insanlar onun zühurundan xəbərdar olacaq.
2.İmam Sadiq (ə): İmam Qaim (ə.c) zühur etdiyi zamanda 313 nəfərdən ibarət olan əsas ordusu dünyanın hər tərəfindən özlərini qısa müddətdə onun yanına catdırıb ona beyət edərlər.
3.Həzrəti Əli (ə): İmam höccət(ə) zühur etdiyi zaman, Allahın dörd diri Peygəmbəri (Həzrəti İsa, Həzrəti İdris, Həzrəti Xızır, Həzrəti İlyas) köməkci kimi hazır olacaqlar.
4.İmam Sadiq(ə): İmam Məhdi (ə) zühur etdiyi zaman Allah öz qüdrəti ilə onun qorxusunu bütün düşmənlərinin ürəyinə salar.
5.Həzrəti Əli (ə): İmam-Zaman zühuru (ə) vaxtında binalar çox möhkəm olar.
6. İmam Həsən Əsgəri (ə): Həzrəti Məhdi (ə) zühur edən vaxt quşlar yuvalarına meyl eden kimi Allahın yaxşı bəndələri də imama tərəf meyl edərlər.
7. İmam Cəfəri Sadiq (ə): imam Zaman zühuru vaxtında elm o qədər inkişaf edər ki, uzaqdakı tük də aydın görünər.
8. İmam Əli (ə): Həzrəti Höccət (ə) o vaxt zühur edəcək ki, dünyanın gözü kor olub həqiqəti seçə bilməyəcək.
9. Muhəmməd Peygəmbər (s): Həzrəti Məhdi (ə) zühur etdiyi zaman düşmənə qarşı səsli silahlarla mübarizə aparacaq.
10.Həzrəti Sadiq (ə): Həzrəti Höccət zühuru vaxtı bu həqiqət dünyanın qulağına çatacaq ki, yalnız və yalnız Əli (ə) övladı və Şiələri xoşbəxtdir.
11. Muhəmməd Peygəmbər (s): Dünya insanlarin əli ilə lərzəyə gələn vaxt Məhdi (ə) zühur edəcək.
12. Həzrəti Baqir (ə): Həzrəti Məhdi (ə) zühuru vaxti onu görən dərdlilərin ürəkləri qüvvət tapacaq.

[cavab]

pol Golf 6 Sen 2013 / 01:06
Qesengdi maraqli idi

[cavab]

pol aze 6 Sen 2013 / 18:23
Golf, tesekkur

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1566 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az