..::Dinsizlik::..

pol aze 5 Sen 2013 / 02:18
Peyğəmbər(s) buyurur: "Allah-təala dini olmayan aciz mömin ilə düşməndir". Soruşdular: "Dini olmayan aciz mömin kimdir?" Həzrət buyurdu: "Nəhy əz-münkər (pislikdən çəkindirmək) etməyən şəxs" (Vəsailuş-Şiə, c.11, s.397).
Əgər insanın həmişə susub, pozğunçuluq və zülmə qarşı çıxmaması Allah dərgahında yaxşı bir iş olsaydı, onda İmam Baqir(ə) belə buyurmazdı: "Vay o şəxsin halına ki, əmr be-məruf və nəhy əz-münkəri (yaxşılığa sövq edib pislikdən çəkindirmək) özünə vəzifə hesab etmir." (Həmin mənbə).
Həzrəti-Əli (ə) yaxşılığa sövq edib pislikdən çəkindirmək barədə buyurur:
"..Bunların hamısından ən əhəmiyyətli və üstünü ədaləti müdafiə etmək üçün zalım hökmdar qarşısında deyilən sözdür" (Nəhcül-bəlağə (Sübhi Salehi), 374-cü hikmət)
Hər bir işi başlamazdan öncə o iş barədə ümumi məlumat əldə edildikdən sonra sənin bu işdə tutacağın mövqe və vəzifə müəyyənləşdirilir. Sonra icra qydasının və bu vəzifəsinin metodunun mənimsənilməsi mərhələsi başlayır. Deməli, biz bu ilahi vəzifənin metodu ilə tanış olmalıyıq. Bəzən metodsuzluq bizi vəzifəmizin yerinə yetirilməsidə uğursuluğa düçar edir və necə deyəllər qaş düzəltmək istədiyimiz yerdə vurub gözü də çıxarırıq.

[cavab]

pol *Sesi** 5 Sen 2013 / 02:23
aze, allah senden razi olsun . Amin...!

[cavab]

pol aze 5 Sen 2013 / 02:23
*Sesi**, sizden de:)Amin:)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1566 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az