..::ALLAH::..
aze
4 Sen 2013 / 01:57
Imam Əli (ə.s) buyurur: Həmd olsun heç bir natiqin vəsf və mədh edə bilmədiyi Allaha.O Allaha ki,Onun infaq etdiyi nemətləri saymaq istəyənlər sayıb qurtara bilməz. Çalışıb cəhd göstərsələr də nemətlərini qaytara bilməz, şükrünü edə bilməzlər. Uca Allah elə bir Mebuddur ki,dərin düşüncələr Onu dərk edə bilməz. Əql və fikir dəryasına baş vuranlar Zatının əslinə vara bilməzlər. Nə Sifətlərini əhatə edəcək bir hədd-hüdud,nə də tərif və mədh ediləsi bir Sifəti vardir. Uca Allah üçün müəyyən edilmiş zaman və təyin edilmiş ömür yoxdur.Uca Allah xilqəti Öz Qüdrəti ilə yaratdı. Küləkləri Mərhəməti ilə əsdirdi. Yerin hərəkətini, titrəyişlərini nəhəng qayalar və əzəmətli daşlarla möhkəmlindirdi.
Dinin əvvəli Allahı tanımaqdır.
Allahı tanımağın kamalı Allahı təsdiq etməkdir.
Təsdiq etməyin kamalı Allahı tək bilməkdir.
Allahı tək bilməyin kamalı Allah üçün əməlləri xalis etməkdir.
Əməlləri xalis etməyin kamalı Allahı nöqsan sifətlərdən uzaq bilməkdir. Çünki hər bir sifət vəsf olunandan ayrı bir şeyi bildidrir.Hər vəsf olunan isə sifətdən ayrı olduğuna dəlalət edir. Deməli, Allahı vəsf edən,Allahı başqa birisinə bənzətmiş olur. Allahı başqasına bənzədən ikili olduğunu güman edir. Belə güman edənsə Allahın bölünüb parçalana biləcəyinə qail olar. Allahın bölünə biləcəyinə inanan Allahı tanımayandır. Allahı tanımayan Allaha əlamət nisbəti verərək işarə edər. Allaha işarə edən Allaha hədd-hüdud nisbət verər. Allaha hədd-hüdud nisbət verən isə Allahı zaman və məkanın daxilində bilər.
Hər kəs, - O nədir? - desə, Uca Allahın nəyinsə daxilində olduğunu güman edər.
Hər kəs, - Nəyin üzərindədir? - desə, onda Uca Allah üçün məkan olduğunu güman edər.
Allahın mövcudluğu sonradan yaranma yolu ilə deyil. Varlığı da yoxluqdan yaranmışdır. Uca Allah yanlarında olmadan hər şeylədir, onlardan kənar deyil.
Uca Allah hərəkətə və alətə möhtac olmadan iş görəndir.
Uca Allah xəlq etdiklərini vücuda gəlməmişdən öncə görəndir.
Heç bir varlıq və yaradılış olmadıqda Yeganə və Tək idi.
[cavab]
Bölmeye qayıt
0.1573 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az