SOYUDUCUDAN MEKTUB.EMIN98

pol EMIN98 3 Sen 2013 / 00:44
(QARAQANIN "SOYUDUCUDAN MEKTUB"hekayesi hele de oxumayanlar uchun buyurun)- Bilirsiniz mən indi haradayam? Mən
soyuducunun içindəyəm. Mən bu axmaq
soyuducunun içindəyəm. Soyuducunun
içindən məktub yazan adama nə deyərsiniz? –
Dəli.
Mən də deyərdim. Iki ay əvvəl bu restoranda
işə düzəldim. Hər şey yağ kimi gedirdi. Bu
günə kimi.
Amma o sarsaq italiyanın meymunu masanın
üzərinə çıxıb şamları süfrəyə yıxmasaydı mən
indi soyuducuda son sözlərimi yazmazdım.
İndi həmişəki kimi oturduğum menecer
otağında çayımı içərdim. Bilmirəm necə oldu
amma süfrə birdən-birə alışdı.
Bəlkə içkilərdəki spirtə görə alov belə güclü
oldu. Bilmirəm.. Tərslikdən döşəməni də səhər
spirtli məhlulla silmişdilər. Par- par
parıldayırdı. Süfrədən bir parça od yerə düşən
kimi bütün restoran alışdı. Mən yanğın
söndürəni götürmək istədim amma gec idi.
Bütün restoran yanırdı.
Divardakı rəsmlər , pərdələr, xalçalar, masalar.
Alov bara çatanda partlayış baş verdi. Camaat
qaçmaq istəyirdi amma qapı tərəfdə alov lap
güclü idi. Adamlar pəncərədən tullanırdı. Mən
isə çatdırmadım. Hər şey bir dəqiqənin içində
baş verdi.
Od məni qova-qova mətbəxə saldı. Beş
saniyənin içində mətbəx də alışdı. Mən də
məcbur olub bu soyuducuya girdim.
Soyuducu otaq kimi böyükdür- evdəkilərdən
deyil. Içəridə də mənfi 48 dərəcə şaxta var.
Indi mən nazik köynəkdə bu soyuducunun
içində donuram. Soyuducunun qapısını da
içəridən açmaq olmur. Lap açsam da alov
məni yandıracaq. Mən donuram!!! Həyatın
ədalətsiz və mənasız olduğunu bilirdim. Amma
bu qədər mənasız yox daa. Mən belə ölmək
istəmirəm. Istəmirəm desinlər ki “ Restoranda
YANĞIN baş verdi və o DONDU ” . istəmirəm
ölümüm bu qədər düşük olsun. 15 dəqiqədir
buradayam. Artıq dodaqlarım çatlayıb. Bütün
bədənib göyərib. Yanğının içində donuram.
Bütün həyatımı karyera qurmağa sərf
etmişdim. Hər şeyin yaxşı getdiyi bir vaxtda
bütün planlar puç oldu. Mənim bioqrafiyamda
4 cümlə yazılacaq. Doğuldu , oxudu , işlədi ,
öldü. Dördü də boş və dəyərsiz. 5 ildən sonra
məni hamı unudacaq. Amma bir gün yanğın
söndürənlərdən biri öz nəvələrinə danışacaq
ki , yanğın zamanı donan birisi də olmuşdu.
Nəvələrin ağzı açılı qalacaq. Baba isə sevinib
bu hekayəni ətraflı danışacaq.uşaql ar qulaq
asıb üzüləndə onlardan ən kiçiyi
qaqqıldayacaq. Sonra digər uşaqlar da
güləcək. Ehhh…
Artıq yaza bilmirəm , barmaqlarım donur. Son
söz olaraq demək istəyirəm:
RESTORANINIZA MEYMUNLU İTALİYANLARI
BURAXMAYIN!
ƏN ƏSASI: YANĞIN ZAMANI SOYUDUCUYA
GİRMƏYİN!

[cavab]

pol anominka 3 Sen 2013 / 00:48
Xexexe super....QaraQan №1

[cavab]

pol EMIN98 3 Sen 2013 / 00:53
he. maraqlidi

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1635 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az