sonuncu liliya. EMIN98

pol EMIN98 3 Sen 2013 / 00:42
Sonuncu Liliya...
16cı mərtəbədən baxırsan saraya
Mənsə sənin gözlərində görürəm saraylar
Ərköyün şəhzadə fikir vermirsən haraya
Məni bu hisslər görən sonda aparacaq haraya
Deyillər sevgi səhər dumanı kimidi sıx və tez itən
Məndə çıxacam bir gün cümləndəki mötərizədən
Sahildəsənsə dəniz artıq maraqsızdı
Cənnətdəsənsə mənə həyat maraqsızdı...

O güllər solacaq atılacaq
Xoş sözlər bir gün unudulacaq
Gecə gələcək yenə günəş yatacaq
Ammaki nəğmələr qalacaq əbədi yaddaşda...

Sözlər deyilib artıq mənə susmaq qalır
Əlindən tutsam belə ürəyin uzaq qalır
Ağlında mən olum qoy
Yadında mən qalım qoy
Çılğın notlarla saf ürəyini mən alım qoy...

Yenə təxirə salınır səfərlər
Yeni doğmalar köhnə şəhərdə
Yenə qələmim yaradır dənizlər
Buruq saçına burulanda sətirlər...

Uçmaq istəsən tut əlimdən
Gülüşün görünür gözlərindən
Səbəbin soruşma heç nəyin məndən
Sənə atdığım ilk addım bu nəğməm...

Mənim vicdanımda çox göz yaşı var bilirəm
Xoşbəxtliyi qənaətsiz xərcləmişəm bilirəm
Belə bir hədiyyəyə laiq deyildim bilirəm
Ammaki möcüzələrə inanmağa haqqım var...
Yalanın ən çox deyildiyi gündə sən doğuldun
Əl çatmaz arzular tək həyatımda quruldun
Və əgər dağılsa dünya
Hər tərəf viran olsa
Razıyam sənlə xoşbəxtliyim bir an olsa...
Yenədə nəğmələrdə umidsiz sətirlərdi
Sevgilər bir tərəfli görüşlər qətillərdi
Və bir görüş həyatımda günləri məhv etdikcə
Səni unudulmaz edən sadecə bir dəfə görməyimdi...
Sualtı dünyada nağıl sən orda şəhzadə
Həyatım olsun yalan nağıl təki dn orda şəhzadə
Güzgüyə bax mələk olduğunu salaraq bir yada
Sənə son toxunuşum oldu Sonuncu Liliyada.

[cavab]

pol anominka 3 Sen 2013 / 00:43
AiD-sonuncu liliya.....cox cox cox cox twk

[cavab]

pol EMIN98 3 Sen 2013 / 00:45
xowdu

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1669 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az