..::Taxıl::..
aze
2 Sen 2013 / 01:35
İki qardaş atalarından qalan torpaqlarda taxıl əkirdilər. Qardaşlardan biri evli idi. Üstəlik ailəsi də böyük idi. O biri qardaş isə evlənməmişdi. Onlar hər gün axşama qədər əkində işləyir,yığdıqları taxılı yarı bölürdülər.
Bir gün subay qardaş öz-özünə:
“Qardaşımla taxılı yarı bölürük. Halbuki mən təkəm. Elə bir ehtiyacım yoxdur”,-deyə düşündü və beləliklə, hər gecə anbarından bir çuval taxıl götürüb gizlicə evli qardaşının anbarına aparmağa başladı.
Bu vaxt evli qardaş da:
“Qardaşımla taxılı yarı bölürük.Halbuki mən evliyəm. Qocalanda ailəm mənə baxa bilər. Onun isə heç kimi yoxdur” -deyə düşündü və beləliklə, o da hər gecə anbarından bir çuval taxıl götürüb gizlicə subay qardaşının anbarına aparmağa başladı.
Bu, bir neçə il belə davam etdi. Ancaq anbarlarından taxıl azalamırdı ki, azalmırdı. Və bu, qardaşları çox düşündürdü. Bir gecə iki qardaş yenə bir-birilərinin anbarına gizlicə taxıl aparanda yolda qarşılaşdılar. Artıq hər şey üzə çıxmışdı.
Odur ki, çuvallarını yerə qoydular və doyunca qucaqlaşdılar…
[cavab]
AFTARTET
2 Sen 2013 / 01:45
super
[cavab]
aze
2 Sen 2013 / 01:48
AFTARTET, tesekkur:)
[cavab]
Ayla
2 Sen 2013 / 02:13
Bu movzunu men acmiwam)
[cavab]
aze
2 Sen 2013 / 02:14
Ayla, tekrar??:(
[cavab]
Ayla
2 Sen 2013 / 02:32
aze, sayilir menim acdigim turk versiyonu idi)hem biraz ferqlidi bu
[cavab]
aze
2 Sen 2013 / 02:32
Ayla, :(silin onda movzunu:)
[cavab]
Golf
2 Sen 2013 / 03:46
Superdi axlamagim geldi
[cavab]
Golf
2 Sen 2013 / 03:47
Ayla, menim neter xeberim olmuyub bes
[cavab]
aze
3 Sen 2013 / 01:20
Golf, agla:)
[cavab]
Bölmeye qayıt
0.1447 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az